Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 4553 turist səfər edib. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
A.Babayevanın sözlərinə görə, bayram tətili günlərində ölkə ərazisində hava şəraiti o qədər əlverişli olmasa da, turistlər həvəslə milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük veriblər.
“Milli parklarımız əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri ziyarət edərək həm füsunkar mənzərələrdən zövq alır, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.