AQTA sədri Pablo Roka Blaskonu qəbul edib



Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Pablo Roka Blasko ilə görüşüb.

Görüşdə AQTA sədri Qoşqar Təhməzli Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, bu məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, bununla bağlı həyata keçirilən irimiqyaslı tədbirlər və  qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılmasından söz açan sədr şərab məhsullarının qida təhlükəsizliyinə nəzarətin AQTA-nın müvafiq laboratoriyalarında aparılan təhlillərin nəticəsinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Həmçinin qonağın diqqətinə çatdırılıb ki, uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Avropa İttifaqı (Aİ)  ölkələrinə ixracı həyata keçirilib.
Baş verən hallara görə təəssüfləndiyini bildirən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Pablo Roka Blasko Azərbaycanla OIV arasında səmərəli əməkdaşlığın qurulduğunu, bu münasibətlərin qarşıdakı illər ərzində də müsbət dinamika üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycan ərazilərində qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların istehsalı, Aİ  ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını xahiş edən qonaq saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar aparılacağını qeyd edib.
Daha sonra əməkdaşlıqda növbəti mərhələlər üzrə prioritet kəsb edən digər məsələlər müzakirə edilib. Şərab normalarının hazırlanması sahəsində mümkün əməkdaşlığın həyata keçirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarların təşkili, şərabçılıq məhsullarının laboratoriya analizlərinə cəlb olunması ilə bağlı təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb. OIV rəhbərliyi tərəfindən müsbət yanaşılan bir çox məsələlərlə bağlı, o cümlədən Agentlik əməkdaşlarının standartların hazırlanmasında iştirakı, sınaq metodlarının hazırlanması üzrə Təşkilatın komissiyasında təmsil olunması, elektron sertifikat platformasına Azərbaycanın qoşulması və s. üzrə müvafiq qərarlar qəbul olunub.

7-05-2022, 14:00 150

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903