Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkında gözoxşayan maraqlı təşəbbüs irəli sürülüb. Belə ki, parkın Sumqayıt bulvarının giriş hissəsinə yaxın ərazidə ağacların dibi rənglənmiş ağ daşlarla əhatələnib. Xeyli müddətdi park işçilərinin icra etdiyi bu təşəbbüs maraqlı görüntülərə səhnə olub.