Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın Mitsubishi Şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb.Görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.