İki həftə öncə Sumqayıtçaya atılan toyuq cəsədləri haqda xəbər yayılmışdı. Toyuqlar yığışdırıldı və ara yenə sakitləşdi. Amma çayın məcrası yenə də müxtəlif cür məişət tullantıları ilə dolu idi.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Televizordan tutmuş pampersə kimi hər şey tapmaq olar. Amma burda ən çox tikinti tullantılarına rast gəlinir və tikinti tullantılarını təkcə burda deyil, Pirəküşküldən başlayaraq seyr etmək olar.
Sumqayıtçay Abşeronun ən böyük çayıdır. Bu çayın ətrafında isə özünəməxsus, unikal ekosistem uyğunlaşıb. Çayda çoxsaylı balıq növlərinə rast gəlmək olar. Çayın suyundan isə çoxlu sayda canlılar qidalanır. Çox təəssüflər olsun ki, çayın ətrafını qoruq kimi qoruyub, gələcək nəsillərə ötürmək əvəzinə tullantı poliqonuna çevrilir