Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən "Bahar" şadlıq sarayının həyətində ağac kəsilməsi faktı ilə bağlı aparılan araşdırma başa çatıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavad bildirib ki, araşdırma zamanı ağacın sözügedən ərazinin mülkiyyətçisi "Nemət-Ə" firmasının göstərişi ilə kəsildiyi müəyyən edilib.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa gondərilməsi üçün hazırlanır”.
Xidmət rəsmisi mülkiyyətçilər tərəfindən yaşıllıqlara qarşı bu cür məsuliyyətsiz əməllər törədildiyini təəssüflə qeyd edib və tikinti şirkətlərini belə addımlardan çəkinməyə, min bir əziyyətlə ərsəyə gələn ağaclara zərər verməməyə, əksinə yaşıllıqları qoruyaraq artırılmasına töhfə verməyə çağırıb.