Vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi... - Anar Bağırov

 


“Rəqəmsallaşdırma cəmiyyətimizin və dövlətimizin həyat fəaliyyətinin əksər sahələrini əhatə edir, bu baxımdan istintaq və məhkəmə praktikasında da rəqəmsal texnologiyalardan geniş istifadəyə zərurət yaranıb”.
Sumqayit.tv Musavat.com-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda bildirib.
O deyib ki, bu gün rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi vətəndaşlarımızın ən mühüm konstitutsion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnu reallaşdıran vəkillik sahəsində də geniş tətbiq olunur:

“Cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyaya müasir İKT texnologiyalarından daha geniş istifadə olunması tövsiyə edilib. Bu tövsiyənin icrası məqsədilə Kollegiyanın “Elektron vəkillik” Komitəsi və “Elektron vəkil platforması” təsis olunub. Yaradılmış Platforma çərçivəsində ilk olaraq bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir. Hər bir vəkil üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş elektron vəkil kabineti istifadəyə verilib. Həmin kabinetlər vasitəsilə vəkillər “Davamlı tədris üzrə” elektron platformadan istifadə edərək distant qaydada kurslarda iştirak edə bilirlər. Eyni zamanda Kollegiya ilə vəkillər arasında sənəd dövriyyəsi kabinet vasitəsilə həyata keçirilir. Bulud texnologiyasına əsaslanan “Elektron vəkil dosyesi”nin yaradılması imkanı da təmin edilib. Həmçinin Vəkillər Kollegiyasının daxili fəaliyyəti tam şəkildə elektronlaşdırılıb”.

Anar Bağırov onu da əlavə edib ki, növbəti istiqamət Ədliyyə Nazirliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində dövlət hesabına göstərilən hüquqi yardımla bağlı qərarların mərkəzləşdirilmiş və onlayn qaydada bölgüsünün həyata keçirilməsidir:
“Belə ki, artıq məhkəmələr tərəfindən dövlət hesabına vəkillərin ayrılması ilə bağlı təyinat qərarları onlayn qaydada, insan faktoru olmadan müvafiq vəkil büroları arasında bölüşdürülür. Hesab edirik ki, məhkəməyəqədər istintaq mərhələsində də ərazi üzrə vəkil qurumunda fəaliyyət göstərən vəkillərin siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi, onun həmin siyahıdan vəkil seçməsi, vəkilin dəvət olunması və s. məsələlər vahid elektron məkan üzərindən həll edilməlidir.
Platforma çərçivəsində görülən işlər içərisində ən mühümlərindən biri isə elektron vəkil orderinin istifadəyə verilməsi olub. Belə ki, artıq vətəndaşlar vəkil bürolarına getmədən, onlayn qaydada, dünyanın istənilən nöqtəsindən vəkillə hüquqi yardımın göstərilməsi barəsində müqavilə bağlaya bilir”.

2-04-2024, 11:26 180

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041