Generalın təyinatı Ermənistanda QORXU YARATDI:Zəngəzur dəhlizinin açılması üçün…

 



Vətən Müharibəsi Qəhramanı general-mayor Kənan Seyidovun Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin edilməsi Ermənistanda qorxu yaradıb. Ermənistanda əsas narahatlıq yaradan məqam Kənan Seyidovun Xüsusi Təyinatlı Qüvvələrə mənsub olmasıdır. O, XTQ Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsində çalışıb, eləcə də Quru Qoşunlarının 5-ci Ordu Korpusunun komandiri olub. K.Seydovu 44 günlük Vətən müharibəsində iştirakına görə müxtəlif orden və medallarla təltif edilib, həmçinin, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. K.Seydidov Şuşa əməliyyatının əsas iştirakçılarındandır.
Erməni ekspertlər K.Seyidovun bu təyinatını Zəngəzur dəhlizi ilə əlaqələndirirlər. Erməni şərhçi Vahram Atanesyan iddia edir ki, Zəngəzur dəhlizinin açılması məqsədilə siyasi və hərbi addımlar da daxil olmaqla, bütün ssenarilər daim gündəmdədir.

Ümumən Ermənistanın, xüsusən də erməni şərhçilərin bu narahatlığına əsas varmı? Əgər danışıqlar yolu ilə Ermənistan Azərbaycandan Naxçıvana quru əlaqəsinin açılmasına imkan verməzsə, rəsmi Bakı hərbi yolla bu əlaqəni yarada, Zəngəzur dəhlizini güc yolu ilə aça bilərmi? Bu halda proseslər hansı istiqamət üzrə inkişaf edər, nələr baş verər? Region dövlətləri, beynəlxalq aləmin buna reaksiyası necə olar?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi Azərbaycan ordusunda vəzifə təyinatlarına diqqət etmək əvəzinə, 2020-ci ilin 10 noyabr tarixli Birgə bəyanatın şərtlərinin rəsmi İrəvan tərəfindən yerinə yetirilmədiyinə fikir yönəltsələr daha yaxşı olar.

Onun sözlərinə görə, Ermənistan məğlub tərəf kimi üzərinə götürdüyü öhdəlikləri dörd ildir ki, yerinə yetirmir: “Bu, nədənsə Ermənistandakı şərhçiləri qətiyyən narahat etmir. Amma Azərbaycan ordusunda vəzifələrə Vətən müharibəsi qəhrəmanlarının və ya digər hərbçilərin təyin olunması dərhal Ermənistan tərəfinin diqqətini cəlb edir. Bu, çox primitiv və məntiqsiz yanaşmadır. Azərbaycan tərəfi Birgə bəyanatla və ondan sonrakı dövrdə aparılan danışıqlarda Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərin hamsını son nöqtə-vergülünə qədər İrəvan tərəfindən yerinə yetirilməsinə nail olacaq. Ermənistan tərəfi hansısa öhdəliklərini, o cümlədən Zəngəzur dəhlizinin açılmasını ləngitməyə cəhd edərsə, o zaman Azərbaycan tərəfi təbii ki, başqa vasitələrlə İrəvanın bu öhdəlikləri yerinə yetirməsinə nail olacaq”.

Hərbi ekspert vurğulayıb ki, region dövlətlərinin Azərbaycana qarşı təsir imkanları son dörd ildə yalnız bəyanatlar səviyyəsində hiss olunub: “Azərbaycana qarşı kimsə şərt irəli sürə bilməz. Azərbaycan regionun lider dövlətidir. Azərbaycan regionda təhlükəsizliyi təmin etmək üçün sülhsevər qüvvələrin hamısı ilə əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik edir. Odur ki, Ermənistan tərəfi nahaq yerə gah Fransaya, ondan əvvəl Rusiyaya, indi isə ABŞ-yə, İrana, Roma papasına arxayın olurlar. Bu nağıllara inanmaq Ermənistanı bədbəxt günə qoyub. Yaxşı olar ki, Ermənistan tərəfi, o cümlədən İrəvandakı hakimiyyət təmsilçiləri, hərbi-siyasi rəhbərlər nağıllara deyil, real ərazidə baş verən proseslərə inansınlar. Azərbaycan tərəfindən səslənən və qısa müddət sonra da həyata keçən fəaliyyətləri diqqətlə izləsinlər. Və özləri üçün doğru-dürüst dərs çıxarsınlar. Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmayana qədər rahat və təhlükəsiz bir həyata nail ola bilməyəcək”.

6-08-2024, 12:59 110

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041