Salyanda üzümçü fermerlər üçün tarla seminarı keçirilib



Salyan rayonunda fermer təsərrüfatları üçün “Üzümçülükdə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin həyata keçirilməsi qaydalarını fermerlərin diqqətinə çatdırmaqdır.
Sumqayit.tv xəbər verir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azər Şükürov, “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov və Salyan DAİM-in nümayəndəsi Vidadi Cəfərov tərəfindən 15 sentyabr 2021-ci il tarixində üzüm sortlarının məhsuldarlığı və məhsulun keyfiyyəti qiymətləndirilmiş, aprobasiya və seleksiya işləri davam etdirilib. Üzüm sortlarında şəkərliliyin miqdarı tarla refraktometri vasitəsilə müəyyən edilib, orqanoleptik və laborator analizlərlə əmtəəlik xüsusiyyətlərinin yaxşılaşdığı, şəkərliliyin və digər əhəmiyyətli göstəricilərin miqdarının yüksəldiyi məlum olub. Bundan başqa süfrə üzümünü tənək üzərində uzun müddət saxlamaq üçün institutun mütəxəssisləri tərəfindən verilən məsləhətlər əsasında vacib tədbirlər həyata keçirilib. Üzüm tənəkləri mütəmadi nəzarətdə saxlanılıb və boz çürümə xəstəliyinə qarşı bir neçə dəfə funqisidlərlə- Kumulus 6-8 kq /ha, Botran 1,5-2,0 kq/ha, Heradion 1,0-1,5 kq/ha və s. çiləmələr aparılıb. Suvarılan sahələrdə su rejimi gözlənilib, havaların isti və quraq keçdiyi nəzərə alınaraq üzümlüklər vaxtı-vaxtında suvarılıb. Üzüm yığımı dövründə bəzi təsərrüfatlarda məhsulun yığılmasında müəyyən səbəblərdən bəzi gecikmələr baş verdiyindən, o cümlədən müvafiq süfrə üzüm sortlarını tənək üzərində uzun müddət saxlamaq məqsədilə, eləcə də məhsulu vəhşi heyvanlardan, arılardan, quşlardan və digər təsirlərdən qorumaq üçün xüsusi torlarla üzümlüyün üstü örtülüb.
Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, xüsusi torlar, mövsümə uyğun olaraq üzümün aqrotexnikası, aqrokimya və inteqrir mübarizə texnologiyalarının əks olunduğu çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.
Salyanda üzümçü fermerlər üçün tarla seminarı keçirilib Salyanda üzümçü fermerlər üçün tarla seminarı keçirilib Salyanda üzümçü fermerlər üçün tarla seminarı keçirilib



20-09-2021, 16:06 380

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964