Zavod buraxılış tarixi 10 ili keçən avtomobilləri ölkəyə gətirmək İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

 
Azərbaycana müxtəlif ölkələrdən yeni avtomobillərlə yanaşı, 2-ci əl avtomobillər də gətirilir.
Müşahidələr göstərir ki, vətəndaşlar həmin nəqliyyat vasitələrindən "Ford, “Chevrolet”, “Mercedes”, "KİA", “Hyundai” və "Toyota” kimi markalara daha çox meyl edirlər.
Bununla belə, son vaxtlar Almaniya, Cənubi Koreya və Yaponiyaya məxsus markalar əksər hallarda öz ölkəsindən deyil, daha çox okeanın o tayından - ABŞ-dan gətirilir. Nəticədə 2-ci əl avtomobil bazarında "Amerikanka"ların payı xeyli artıb.
Yeni qəbul olunmuş qərara əsasən, gələn ildən etibarən istehsal ili 2014-cü ildən əvvəl olan avtomobillərin ölkəyə girişi qadağan olunacaq. İlin sonuna sadəcə bir il qaldığını nəzərə alaraq qərar qəbul olunmamışdan əvvəl xərici ölkələrdən avtomobil sifariş etmiş vətəndaşların aqibəti isə hər kəsə maraqlıdır.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans.az-a açıqlamasında bildirib ki, yeni ilə bir ay qalmasına baxmayaraq, hətta dekabr ayında sifariş olunan avtomobillər belə maneəsiz şəkildə sahiblərinə çatdırılacaq.
"Ötən il də biz bu halla rastlaşdıq. Sifarişçi Gömrük Komitəsinə avtomobili sifariş etdiyi tarixi göstərdiyi anda düşünürəm ki, artıq ciddi bir problem yaşanmayacaq. 2023-cü ilin son ayında belə sifariş edilibsə, ödənişi həyata keçirilibsə bu avtomobil ölkəyə gələcək. Çünki hər kəsə məlumdur ki, xarici ölkələrdən sifariş verilmiş avtomobillərin Azərbaycana gəlib çıxması 2-3 ay müddət tələb edir. Buna görə də artıq sifariş verilibsə vətəndaş heç bir maneə ilə qarşılaşmayacaq. Təbii ki, vətəndaşlara bu haqda daha tez məlumat verilsə idi daha yaxşı olardı. Lakin bu kimi hallarda maneələr minimuma endirilir, vətəndaş düşünülür".

6-12-2023, 12:00 186

Digər xəbərlər

Sumqayıtda sakinlər metaləritmə zavodundan şikayətçidirlər: "Havanı zəhərləyir" - FOTO

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 21:20
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1068