
Sumqayıt şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın pilləkən qəfəsindəki elektrik lövhəsində yaranıb.
Hadisə nəticəsində 10 ədəd elektrik sayğacı, 10 qoruyucu açar və təxminən 3 metr kabel yanıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində mənzillər yanğından mühafizə olunub və alov qısa müddətdə söndürülüb.




Dünən, 20:16
7


















