“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi Cəlilabad və Zaqatalada


Bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə effektivliyini artıraraq yüksək məhsuldarlığın əldə edilməsi və fermer xərclərinin optimallaşdırılması məqsədilə 2021-ci ilin birinci rübündə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi başlanıb.

Sumqayit.tv xəbər verir ki, ilkin mərhələdə pilot layihə olaraq Quba və Qusar rayonlarında fəaliyyət göstərən 4 iqlim stansiyası əhatəsindəki alma, gilas, şaftalı və nektarin təsərrüfatları ilə məşğul olan 5800-dən artıq fermer hədəf seçilib.

Cari il ərzində dəmgil, boz çürümə, deşikli ləkəlilik, yarpaq qıvrılması və s. xəstəlikləri, alma meyvəyeyəni zərərvericisi haqqında fermerlərə ümumilikdə 20,583 SMS bildirişləri göndərilib.
Stansiyalar üzərində quraşdırılmış sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaqların nəm qalma müddəti, yağıntıların düşmə vaxtı və küləyin sürəti barədə məlumatları toplayır. Bu məlumatlar süni intellekt vasitəsilə emal edildikdən sonra yekun nəticələr Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Xəstəlik və zərərvericilərin yayılması üçün uyğun şərait qeydə alındıqda, mövcud risklə bağlı fermerlərə SMS bildirişlər göndərilir.
Risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı “Telegram” kanalı (https://t.me/ktnsmart) yaradılıb. Bu kanalla, həmçinin fərdi olaraq keçirilmiş qiymətləndirilmələrdə layihə fermerlər tərəfindən müsbət dəyərləndirilib.
Bunları nəzərə alaraq, “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsinin əhatə dairəsinin genişləndirilməsi 2022-ci il üçün hədəf qoyulub və bu istiqamətdə işlərə başlanıllıb. Belə ki, növbəti ildə Cəlilabad rayonu ərazisində kartofda fitoftora, alternarioz, qara-ayaq və kolorado kartof böcəyi üzrə, Zaqatala rayonu ərazisində isə fındıq təsərrüfatlarında unlu şeh və antraknoz xəstəlikləri üzrə fermerlərə müvafiq SMS bildirişləri göndəriləcək.

27-12-2021, 16:00 175

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041