Aqrar sahə ilə bağlı görüş keçirilib


“Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlyan formatda görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi və ölkəmizdə fəaliyyət göstərən təchizatçı şirkətlərin nümayəndələri iştirak edib.

Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində “Aqroservis” ASC tərəfindən alınmış 45 mindən çox, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq 19 min ədədə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasına, o cümlədən müasir tipli pambıqyığan və taxılyığan kombaynlara, traktorlara, yedəklərə və digər kənd təsərrüfatı texnikasına dövlət vəsaiti hesabına 40 faiz güzəşt tətbiq edilməklə fermerlərə lizinq yolu ilə satılıb. Bununla yanaşı, kənd təsərrüfatı texnikası, eləcə də onların ehtiyat hissələrinin istehsalı, satışı və idxalı ƏDV-dən və gömrük rüsumundan azad edilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, kənd təsərrüfatının ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın, çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı inkişafı təmin olunub.
Tədbirdə innovativ və kombinə edilmiş çox funksiyalı, əkinçilik nöqteyi nəzərən torpaq və resurs qoruyucu texnikaların ölkəyə idxalına xüsusi önəm verilməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlərin görülməsi, eləcə də bu sahədə təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyacın olduğu təchizatçı şirkətlərin diqqətinə çatdırılıb.
Görüşdə bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Cari ildə Kənd Təsərrüfatı Nazirliyinin və təchizatçı şirkətlərin təşkilatçılığı ilə bölgələrdə innovativ texnikaların sərgi-satış yarmarkalarının və tarla günlərinin təşkil edilməsi təklif olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.
“Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlyan formatda görüş keçirilib

18-01-2022, 14:49 171

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041