Üzümçü fermerlər üçün seminar keçirilib



6 fevral 2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun  əməkdaşları Şamaxı rayonunun üzümçü fermerləri üçün tarla şəraitində “Üzümçülükdə qış mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri” və “Yeni salınmış üzüm bağlarının sürətli üsulla məhsula salınması” mövzusu üzrə praktiki seminar keçirilib. Seminar zamanı aqrotexniki, aqrokimyəvi, bitki mühafizə qulluq işlərinin tətbiqi qaydaları nümayiş etdirilib, nəmlikqoruyucu tədbirlər, torpaq becərmələrində innovativ texnika, texnologiya və müasir aqreqatların praktiki əhəmiyyəti barədə məlumat verilib.
Qeyd edək ki, üzümçülükdə yeni üzüm bağlarının sürətli formalaşdırılması və bara salınması” son dövrdə mühüm iqtisadi əhəmiyyətə malik məsələlərdən biridir. İnstitutun alim və mütəxəssisləri bunu nəzərə alaraq yeni əkilmiş üzüm bağlarının sürətli formalaşdırılması üsullarını əyani şəkildə nümayiş etdiriblər.
İnstitutun alim və mütəxəssisləri rayonda üzümlüklərdə hazırda mövcud olan problemlərə toxunaraq son dövrlər qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıqların, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində qeyri-bərabər paylanmasının üzümün mövsümü becərilməsində ciddi problemlər yaratdığını bildiriblər. Qeyd olunub ki, Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitində olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır. Bu şəraitdə tənəkarası frez (“Tənəkarası (ağacarası) becərən hidravlik frez”) torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.
Üzümçü fermerlər üçün seminar keçirilib Üzümçü fermerlər üçün seminar keçirilibÜzümçü fermerlər üçün seminar keçirilib






16-02-2022, 16:15 213

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041