Azərbaycan çəltikçilik sahəsində Malayziya ilə əməkdaşlıq edəcək



Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə olan tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son  illərdə  bir sıra əhəmiyyətli tədbirlər görülüb. Çəltikçilik sahəsində fəaliyyət göstərən beynəlxalq, regional və milli qurumlarla əməkdaşlıq əlaqələri genişləndirilir. Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) bu bitkinin xəstəlik və zərərvericilərə davamlı və məhsuldar sortlarının yaradılması, həmçinin kadr hazırlığı sahəsində Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi (CWARice) və Türkiyə ilə əməkdaşlıq edir.  

Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin təşəbbüsü ilə çəltikçilik sahəsində ƏETİ ilə Malaziya Kənd Təsərrüfatı Tədqiqat və İnkişaf İnstitutu (MARDİ) arasında onlayn görüşlər keçirilib və nəticədə Əməkdaşlığa dair Memorandum layihəsi hazırlanıb. Memorandumun imzalanması və qarşılıqlı müzakirələrin aparılması məqsədilə MARDİ-nin direktoru Dr. Mohamad Zabavinin rəhbərliyi ilə həmin institutun nümayəndə heyəti Azərbaycanda səfərdə olub.  
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Dato’ Yubazlan Yusof ƏETİ-də və Lənkəran rayonunda olublar. ƏETİ-də tədqiqat infrastrukturu ilə tanışlıqdan sonra tədqiqat heyəti ilə elmi diskussiyalar aparılıb və atılacaq növbəti addımlar müzakirə edilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov ölkədə əkinçilik sistemləri, prioritet bitkilər, torpaq və iqlim şəraiti, kənd təsərrüfatı sahəsində qəbul edilmiş dövlət  proqramları, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi və çəltikçiliyin mövcud vəziyyəti barədə məlumat verib. Gürüşün sonunda ƏETİ-nin direktoru Faiq Xudayev və MARDİ-nin direktoru Dr. Mohamad Zabavi Əməkdaşlığa dair Memorandumu imzalayıblar.  
Daha sonra səfir və nümayəndə heyəti çəltik emalı müəssisələri ilə tanış olmaq və çəltikçiliyin mövcud vəziyyəti ilə bağlı yerli istehsalçılarla müzakirə aparmaq üçün Lənkəran rayonuna səfər ediblər. Lənkəran DAİM-də keçirilən müzakirələrdə Lənkəran, Masallı, Astara DAİM-lərin rəhbərləri və əməkdaşları, Lənkəran Aqrar İnnovasiya Mərkəzinin direktoru, fermerlər iştirak edib. Tədbirdə Lənkəran DAİM-in direktoru Tofiq Rzayev bölgədə çəltikçiliyin vəziyyəti, ƏETİ-nin direktoru Faiq Xudayev isə seleksiya və toxumçuluq işlərinin vəziyyəti barədə məlumat veriblər. Fermerlər məhsuldarlığın artırılmasında sertifikatlı toxumun əhəmiyyətli rolu olduğunu vurğulayıblar. Nümayəndə heyəti Lənkəran rayonunda fəaliyyət göstərən bir sıra özəl  müəssisələrdə həyata keçirilən emal prosesi ilə də tanış olub.
Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir Çəltikçilk sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

1-03-2022, 11:51 207

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064