Baytarlıqla bağlı onlayn görüş keçirilib


Aqrar Xidmətlər Agentliyində (AXA) “Baytarlıq sahəsində xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli, 998 nömrəli Fərmanının icrası üzrə görülmüş işlər, özəl baytarlıq xidmətlərinin üstünlükləri və göstərilən baytarlıq xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş onlayn formatda görüş keçirilib.

Görüşdə AXA-nın, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), rayon heyvan sağlamlığı və baytarlıq xidməti idarələrinin, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin regional bölmələrinin rəhbərləri və digər aidiyyəti əməkdaşları, eləcə də özəl baytar həkimləri iştirak edib.
Tədbirdə çıxış edən AXA-nın sədri Mirzə Əliyev ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini, bununla əlaqədar fermerlərə göstərilən baytarlıq xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sağlam rəqabət mühitinin yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılmasının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb.
Bildirib ki, mövcud olan 798 sahə baytarlıq məntəqələri ləğv edilərək, tam özəl xidmətə keçirilib, eyni zamanda bu sahədə çalışan baytar həkimləri və feldşerlərlə xidməti müqavilələr bağlanılıb. Belə ki, 1158 nəfər baytar mütəxəssisi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınaraq, onlara özəl baytarlıq xidməti ilə məşğul olmaq üçün şəhadətnamə verilib və tədbirlərin icrası üçün AXA ilə müqavilə bağlanıb. Hazırda bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Cari ildə də vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi, ölkədə epizootik vəziyyətin sabit saxlanılması üçün rayon, şəhər heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin üzərinə böyük vəzifə düşür.
Tədbirdə özəl baytarlıq xidmətlərinə keçid dövrü zamanı qarşıya çıxan problemlər, heyvandarlıqla məşğul olan fermerlərin daha keyfiyyətli və səmərəli baytarlıq xidmətlərinə çıxışının təmin edilməsi üçün özəl baytarlıq xidmətləri ilə məşğul olan baytar mütəxəssislərinə dəstək, baytar mütəxəssisinin fermerlərlə işinin qurulması, həmçinin torpaqlarda aqrokimyəvi analizlərin aparılmasının əhəmiyyəti və payızlıq və çoxillik bəyanların monitorinqi  barədə ətraflı məlumat verilib və müzakirələr aparılıb.
Görüşün sonunda baytarlıq xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə və DAİM-lərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Baytarlıq sahəsində görülmüş işlərlə bağlı onlayn görüş keçirilib

3-03-2022, 15:54 277

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086