Şəkidə innovativ texnikalar tarla şaraitində nümayiş etdirilib

Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Çiləyicilərdən və gübrəsəpənlərdən istifadənin nümayişi" mövzusunda tarla müşavirəsi keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, Şəki rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.
Müşavirədə təchizatçı şirkətlər tərəfindən innovativ texnikalar, innovativ çiləyicilər və gübrəsəpənlərin iş prinsipi, bu texnikaların nizamlanması qaydaları tarla şəraitində nümayiş etdirilib. Bildirilib ki, aqrar sektorda innovasiyaların geniş tətbiqi kənd təsərrüfatının intensiv inkişafına zəmin yaradır. Ölkəmizdə bütün sahələrdə innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Fermerlərimiz dövlət tərəfindən maliyyə dəstəyi alır, o cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artmasına səbəb olur. Eyni zamanda, innovativ texnikaların geniş tətbiqi nəticəsində torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər.
Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən innovativ texnikalar və kənd təsərrüfatı istehsal vasitələrinin satış qaydaları barədə fermerlərin məlumatlandırılması, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, onlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırma işlərinin aparılması, təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasına nail olmaqdır. Tədbir çərçivəsində taxıl əkinlərində üzvi və mineral gübrələrin əhəmiyyəti, zərərvericilərə və alaq otlarına qarşı innovativ texnikalardan istifadə edərək səmərəli mübarizə tədbirlərinin təşkili barədə fermerlərə ətraflı məlumat verilib. Müşavirədə taxılçıqla məşğul olan fermerlərə payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirlərinin sürətləndirilməsi tövsiyə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb. Bu formatda müşavirələrin respublikanın digər rayonlarında da təşkil edilməsi nəzərdə tutulur.
Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib Şəkidə innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib 

7-04-2022, 10:21 261

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041