50.000 müəllim repetitorluq edir - EKSPERT RƏYİ


Əksəriyyəti  uşaqları öz tərəfinə çəkir ki, onun evinə hazırlığa getsin


Azərbaycan təhsilində olan problemlər daim diqqət mərkəzindədi. Bunlardan biri də məktəblilərin sözün hər iki mənasında dərs yükünün çox olmasıdır. Bu kimi halların yanından ötüb keçmək düzgün olmazdı.

 Şagirdlərin ağır çantalarla məktəbə getməsi geniş müzakirə mövzusudur. Müxtəlif dərs vəsaitləri, testlər şagirdlərin aşırı dərəcədə yüklənməsinə səbəb olur. Tibbi baxımdan uşaqlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. İstər ibtidai siniflər olsun, istərsə də yuxarı siniflər olsun. Bu siniflərdə oxuyan şagirdləri kütləvi şəkildə repetitor yanına aparırlar. Söhbət burda repetitorluq edən müəllimlərin çörəyinə bais olmaqdan getmir. Adətən, 10-11-ci siniflərdə abituriyentlər repetitor yanına və kursa gedər. Bu, hardasa anlaşılandı. Amma  2-ci sinifdə və ya 5-ci sinifdə oxuyan uşaqlar müəllim yanına getməlidirmi? Bəzən bu uşaqlar dərsdən sonra məktəbdə ona dərs deyən müəllimin yanına hazırlığa gedir. Elə isə orta məktəblərin fəaliyyəti yox səviyyəsinə düşür. Əgər məktəblərdə  fənlər düzgün tədris olunmursa, məktəblərin fəaliyyətinə ehtiyac qalmır. Düzdü, qəribə səslənir. Amma məzmunca belə çıxır.  Ələlxüsus, indi testlər də daxil, müxtəlif dərs vəsaitlərindən istifadə olunur. Bu hesabla indi təhsilin səviyyəsi yüksək olmalıdı. Problemin kökü nədən qaynaqlanır? Çıxış yolu nədi ? Bu haqda təhsil eksperti Elçin  Əfəndiyevin fikirlərini öyrəndik: “Son 8-10 ildi bu məsələ gündəmdədi. Sayı 4440-dan çox olan orta təhsil müəssisələrindən bir neçəsini çıxmaq şərti ilə təhsilin keyfiyyəti olduqca bərbaddı. Nəticədə şagirdlər əlacsızlıqdan məhz onlara dərs deyən müəllimlərin evinə hazırlığa getməklə elm öyrənmək istəyirlər. Bir növ burda maraqların toqquşması var. Bütün müəllimlərə şamil olunmur. Ancaq müəllim yaxşı dərs keçmirsə, bu vəziyyət yaranmalıdı. Ölkədə 150.000-dən çox müəllim fəaliyyət göstərirsə, onun 100.000 –ni qoyuram kənara. Əksəriyyəti  uşaqları öz tərəfinə çəkir ki, onun evinə hazırlığa getsin. Nəticə olaraq ibtidai sinifdən 11-ci sinifə qədər şagirdlər müəllim yanına gedir. Bu xoşagəlməz haldı. Belə tendensiya davam edərsə, nəticə olaraq dövlət məktəblərinin də ödənişli əsaslarla fəaliyyəti önə çıxır. Çünki biz hesablasaq, 1-ci sinifdən 11-ci sinifə qədər valideynlər hazırlıq üçün ən azı 2000-3000 manat xərc çəkir. Nəticədə valideynlər məktəblərin pullu tədrisə keçidini tələb edə bilər. Sırf keyfiyyətli tədris tələb etmək üçün. Hamımız bilirik müəllimlər çox aşağı məvacib alır, ona görə evində hazırlıq keçir. Müəllim  yaxşı maaş alacaqsa, buna da nəzarət olunmalıdı.  Müəllim konkret saat 09:00-dan saat 18:00-a kimi məktəbdə olmalıdı, 1500-2000 manat məvacib almalıdı. Nəticədə həmin təhsil müəsisəsində yaxşı təhsil verilə bilər. Monitorinqlər aparıla bilər, zəif nəticə göstərən şagirdlərə görə müəllimdən məsuliyyət tələb oluna bilər. Bütün bu proseslər icra olunmayacaqsa, qarşıdakı illərdə də analoji problem davam edəcək. Ölkədə 1 milyon 600 min şagird təhsil alır. Bu şagirdlərin imkanları eyni deyil. Onların hamısı liseylərə, kolleclərə, ali məktəblərə hazırlaşmırlar. 20-30 min kolleclərə, 40-42 min universitetlərə qəbul olur. Müsabiqədən kəsilənlərin sayı onu deməyə əsas vermir ki, onlar müəyyən təhsil ocaqlarında təhsilini davam etdirmək istəyir. Məqsəd odur ki, düzgün təbliğat aparılsın, normal tədris icra olunsun. Əksinə, valideynlər böyük məbləğdə pul  xərcləməsin. Reallıq odur ki, bir neçə məktəb istisna olmaqla, digər məktəblərin şagirdləri istədikləri nəticəni qazana bilmirlər”.

Vüsal HACISOY

20-10-2022, 17:36 564

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086