Holokost İkinci Dünya Müharibəsi zamanı nasistlər və onların müttəfiqləri tərəfindən altı milyon yəhudinin sistematik şəkildə məhv edilməsinə aiddir. Yəhudilərlə yanaşı, əhalinin müəyyən qruplarının, qaraçıların, sosialistlər və kommunistlər irqi və bioloji aşağılığına dair inanclara, dini və siyasi baxışlarına görə təqiblərə məruz qalıblar. “Holokost” yunan mənşəli bir sözdür və “yanan qurban” deməkdir. Yəhudi xalqı da bu dövrü “Şoah” adlandırır. Nasistlər üçün “Yəhudi məsələsinin son həlli” deyilən məqsəd Avropadakı bütün yəhudiləri məhv etmək olub. Qurbanların əksəriyyəti Ausşvitz-Birkenau kimi konsentrasiya düşərgələrində, bir çoxu operativ ölüm dəstələrinin əlində, qalanları Varşavadakı kimi gettolarda məh edilib.
1933-cü ildə Hitlerin Almaniya kansleri təyin edilməsi yəhudilərə qarşı təqiblərin başlanğıcı olub. Bu hadisədən cəmi iki ay sonra Münhen yaxınlığındakı Daçauda ilk konsentrasiya düşərgəsi tikilir. Əvvəlcə yəhudilər təzyiq və təhqirlərə məruz qalırlar, lakin 1938-ci ildə zorakılığın ciddi şəkildə artması müşahidə edilmişdir: Sınıq Şüşə Gecəsi zamanı minlərlə mağaza, sinaqoq və ev yandırıldı, 100-dən çox yəhudi məhv edildi. öldürüldü, minlərlə insan həbs edildi. 1942-ci ildə “Yəhudi məsələsinin son həlli” planı hazırlanmışdır. Bundan qısa müddət sonra Treblinka və Belzec kimi ölüm düşərgələrində qaz kameralarında insanların kütləvi qətilləri başladı. Yəhudilərin məhvi yalnız 1945-ci ildə anti-Hitler koalisiyasının qüvvələrinin Almaniyaya və nasistlər tərəfindən işğal olunmuş Polşa ərazisinə hücumu nəticəsində dayandırıldı.
Biz qısaca xronologiyalara nəzər salaq:23 Mart 1933-cu il. Daçauda düşərgəsi yaradıldı və bura yalnız siyasi məhbusların saxlanması üçün nəzərdə tutulmuşdu. Lakin Heinrix Himmler düşərgəni açdıqdan sonra buradan da məcburi əmək üçün istifadə olunmağa başlayır. Düşərgənin mövcud olduğu dövrdə yəhudilər, alman və avstriyalı məhbuslar və işğal olunmuş ölkələrin vətəndaşları da daxil olmaqla təxminən 41.500 nəfər öldürülür.
13 Mart 1938-ci ildə Alman ordusu Avstriya ərazisinə daxil olur. Ölkə əhalisinin əksəriyyəti bu hadisəni hərarətlə qarşılayır. Maneəsiz ilhaqın nəticələrindən biri Avstriyada antisemit qanunların tətbiqi olur.
5 Oktyabr 1938-ci il Daxili işlər naziri bütün alman yəhudi pasportlarını etibarsız sayır. OnlarYəhudilər köhnə pasportlarını təhvil verməli və bu pasportlar yalnız “J” möhürü vurulduqdan sonra yenidən etibarlı olmuşdur.
Almaniyada yəhudilərə qarşı artan düşmən münasibət nəticəsində 9 noyabr 1938-ci ildə yəhudilərə məxsus 7000 mağaza dağıdılaraq qarət edilir. Yəhudilərə məxsus yüzlərlə sinaqoq və ev yandırılır. 92 yəhudi öldürülür, 31.000-i həbs edilərək konsentrasiya düşərgələrinə göndərilir. Sonrakı həftələrdə yeni qanunların qəbulu ilə bütün yəhudi müəssisələri bağlanır, bütün yəhudi əsilli uşaqlar dövlət məktəblərindən qovulur, yəhudilərin hərəkət azadlığı məhdudlaşdırılır.
27 Sentyabr 1939-cu ildə Polşanın Almaniya tərəfindən işğal olunmuş əraziləri ilhaq edildikdən sonra nasistlər təqib, terror və istismarı asanlaşdırmaq üçün dolanışığı məhdudlaşdırmaq və Polşanın 3,5 milyonluq yəhudi əhalisini təcrid etmək məqsədilə ölkənin yüzlərlə bölgəsində yəhudi gettoları yaradırlar.
23 Noyabr 1939-cu ildə Polşa yəhudilərinə fərqli bir yamaq taxmaq əmri verilir. Bu əmrə əməl edilməməsi ölümlə cəzalandırılırdı. Belə sarı ulduzları tez-tez "rüsvayçılıq nişanı" adlandırırdılar.
1940-cı ilin may ayından başlayaraq ilk məhbuslar Osvensim konsentrasiya düşərgəsinə gəlməyə başladılar. Ausçvitz-ə sürgün edilən 1,3 milyon insandan 1,1 milyonu həlak oldu. Qurbanların sayına 960 000 yəhudi, 74 000 qeyri-yəhudi polyak, 21 000 qaraçı, 15 000 sovet hərbi əsiri və təxminən 15 000 digər avropalı daxildir. Çoxları aclıqdan, yorğunluqdan, xəstəlikdən, döyülmələrdən və ya tək-tək edam edildiyi, qalanları isə tibbi təcrübələr zamanı öldürülür.
22 İyun 1941-ci ildə Almanların Sovet İttifaqına hücumu, əməliyyat cəza dəstələri olan Eynsatzgruppen tərəfindən sovet yəhudilərinin kütləvi şəkildə öldürülməsinə səbəb olur. Beləliklə, 28 sentyabr 1941-ci ildə Babi Yarda 33 min yəhudi və naməlum sayda qaraçı öldürüldü. 1941-1945-ci illər arasında Einsatzgruppen və onlarla əlaqəli olanların əlində iki milyondan çox insanın öldüyü təxmin edilir.
20 Yanvar 1942-ci ildə Berlində keçirilən Vannzee Konfransı zamanı nasist liderləri bütün Avropa yəhudilərini məhv etmək planını - "Yəhudi məsələsinin yekun həlli"ni hazırlayırlar. Reinhard Heydriç Avropada yaşayan yəhudilərin necə ovlanacağını və Polşanın işğal olunmuş ərazilərində yerləşən ölüm düşərgələrinə sürgün ediləcəyini və orada öldürüləcəkləri planını izah edir.
Sobibor ölüm düşərgəsində ilk dəfə qaz kameralarından istifadə edilməyə başlanılır. 1942-ci il martın 17-də Belzek düşərgəsində, 1 iyun 1942-ci ildə isə Treblinka düşərgəsində dəhşət alovunun başlanğıcı qoyulur. Almaniyanın işğal etdiyi Avropa ərazilərində yəhudi xalqının kütləvi və mütəşəkkil soyqırımı başlayır.
9 Aprel 1943-cu ildə Varşava Getto üsyanı - İkinci Dünya Müharibəsi zamanı yəhudilərin ən böyük üsyanı. Gettoda qalan insanların ölüm düşərgələrinə köçürülməsinə müqavimət göstərmək üçün son cəhd edilmişdir. 13.000 yəhudinin həyatına son qoyan bu hadisədən iki ay sonra Himmler Polşa və Rusiya yəhudilərinin saxlandığı bütün gettoların bağlanmasını əmr edir. Qalan sakinlər ölüm düşərgələrinə göndərilir. Sonrakı aylarda məhbuslar Treblinka düşərgəsində (avqust 1943), 1943-cü il oktyabrın 14-də isə Sobibor ölüm düşərgəsində üsyan qaldırırlar. 7 oktyabr 1944-cü ildə krematoriyada işləyən Sonderkommando üzvləri Auşvitsdə üsyan qaldırır.
Qırmızı Ordu 27 yanvar 1945-ci ildə Auşvitsə gəlir; 2005-ci ildən Beynəlxalq Holokost Anma Günü məhz bu tarixdə qeyd olunur.
1945-ci ilin mart və aprel aylarında digər ölüm düşərgələri Britaniya, Amerika və Sovet qoşunları tərəfindən azad edilir.
Nasistlərin yəhudilərə istənilən yardıma görə ölümlə hədələmələrinə baxmayaraq, işğal olunmuş ölkələrdə yəhudilərin xilas edilməsində on minlərlə insan iştirak edib. Polşada yəhudiləri xilas etdiyinə və ya onlara kömək etdiyinə görə 2000-dən çox insan edam edilib.
BMT Baş Assambleyası 27 Yanvar, Osvensim şəhərinin azad edildiyi günü Beynəlxalq Holokostu Anma Günü elan etmişdir. BMT Baş Assambleyasının tələbi ilə Holokost və BMT-nin təhsil proqramı hazırlanmışdır ki, bu da “Təşkilat üzv dövlətlərinin Holokostla bağlı təhsil proqramlarının hazırlanmasını və vətəndaş cəmiyyətinin təhsil və informasiya məqsədləri üçün səfərbər edilməsini təşviq etməyi nəzərdə tutur. " Analoji tamamlayıcı təhsil proqramı UNESCO tərəfindən hazırlanmışdır.
Holokost qurbanlarının xatirəsi, bütün dünyada olduğu kimi, Azərbaycanda da anım günü qeyd edilir. Hər il olduğu kimi, ölkədə fəaliyyət göstərən Yəhudi Dini İcmalarına, Sinaqoqlara, Holokost soyqırım qurbanlarının beynəlxalq anım gününün qeyd olunması üçün yüzlərlə yəhudilər toplaşır.
Heç vaxt belə bir dəhşətin dünyada baş verməməsini və hər zaman dünyamızda sülhün, əminamanlığın olmasını arzu edirəm. Bir cəmiyyət olaraq hər zaman sülhə, əminamanlığa, sabitliyə çalışmalıyıq.
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru:Nəsimi Əbilov