Şuşa və Xankəndidə evlərin qiyməti Bakıdan və Sumqayıtdan baha olacaq?


İşğaldan azad edilən ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə böyük qayıdışı həyata keçirilir. Eyni zamanda əhalinin digər qismi də işğaldan azad edilən ərazilərdə, xüsusən Şuşa və Xankəndi şəhərlərində məskunlaşmaq, ev sahib olmaqda maraqlıdır.
Bir neçə gün öncə Prezident İlham Əliyev yerli telekanallara müsahibə zamanı deyib ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır.
“Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın”, – dövlət başçısı bildirib.
Qeyd edək ki, hələlik azad edilən ərazilərdə özəl şirkətlər tərəfindən tikilən binalardakı mənzillərin qiyməti məlum deyil. Ancaq bəziləri azad edilən ərazilərdə mənzillərin qiymətinin paytaxtla müqayisədə baha olacağını düşünür. Çünki bu daha çox tələb-təklif məsələsidir. Tələb çox, təklif az olduğu üçün qiymətlərin yüksək olması normal qəbul edilə bilər.
Bəs Xankəndi və Şuşada evlərin qiyməti nə qədər olacaq? Bakı ilə müqayisədə qiymətlər yüksək ola bilərmi?

Sumqayit.tv xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, hazırda bu barədə nəsə demək çox tezdir:
“Ölkəmizdə, xüsusən də Bakı, Abşeron Sumqayıt ərazilərində daşınmaz əmlakların satış qiymətləri ən pik həddədir. Bakı şəhərində daşınmaz əmlak qiymətlərini 20 il bundan əvvəlki qiymətlərlə müqayisə etsək, 10-15 bəzi ərazilərdə isə 20 dəfə qiymət artımının baş verdiyini görərik. Bakı şəhərinə sürətli axın 30 ildən artıqdır ki, davam edir. Bölgələrdə satış dəyəri 30 min olan əmlak Bakıda 100-150 min manata dəyərləndirilir. Şuşa şəhərinin ərazisi kiçikdir. Ora demək olar ki, tarixi, qoruq şəhərdir. Düşünmürəm ki, gələcəkdə Şuşa şəhərində kütləvi satışlar baş versin. Həmin ərazi turizm zonasına çevriləcək”.
Ekspert hesab edir ki, Ağdam və digər böyük şəhərlərimizdə tələbat Xankəndi və Şuşadan daha çox olacaq:
“Çünki Ağdam işğal olunmazdan əvvəl, demək olar ki, regionun iqtisadi mərkəzi idi. Xankəndiyə köç etmək istəyən insanların sayı çox olsa da, bu köç mərhələli şəkildə və qeydiyyatlı formada aparılacaq.
Bu baxımdan düşünmürəm ki, yaxın gələcəkdə Bakı qədər bahalı əmlaklar satışa çıxarılsın. Bu o halda baş verə bilər ki, həmin ərazidə təhsil müəssisələri, böyük iqtisadi zonalar, yeni iş yerləri, yüksək gəlirli iş mənbələri olsun. Tələbat artarsa, bu qiymətlərə də təsir edəcək. Əmlakların qiymətlərin artıran əsas amil torpaq sahəsidir.
Bu gün Bakıda daşınmaz əmlakların qiymətinin baha olması, torpaq sahələrinin qiymətinin kəskin baha olması ilə bağlıdır. Bu tikintinin maya dəyərinə təsir edir.
Şuşa şəhəri istisna olmaqla azad olunmuş ərazilərdə başdan-başa boş ərazilər var. Buna görə tikintilərin də maya dəyəri aşağı qiymətə başa gələcək. Yaxın illərdə qiymətlərin artacağı bəlli deyil. Qiymət artımı torpaq sahəsi və təlabatla bağlıdır. Təlabat artarsa, köç sürətlənərsə, satış məqsədi ilə yeni binalar inşa olunarsa, bu qiymətə də təsir edəcək”.

23-01-2024, 10:00 169

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101