Nasistlər üçün vuruşan xain qəhrəman – Onu sovet dövləti də təltif edib, almanlar da

  

II dünya müharibəsi dövründə 1,2 milyona yaxın sovet hərbçisi nasistlərin tərəfinə keçib. Almaniyanın xidmətindəki müxtəlif rütbəli hərbçilər həm arxa cəbhədə çalışıblar, həm də sovet ordusuna qarşı döyüşüblər. Bütövlükdə Almaniyanın düşərgələrində qırmızı ordunun 5 milyondan çox əsgər və zabiti olub. Demək olar ki, hər onuncu hərbi əsir həbs düşərgələrində dözülməz şəraitə görə nasistlərlə işləməyə razı olub. Adolf Hitlerə xidmətə təkcə sıravi əsgər və zabitlər deyil, generallar və Sovet İttifaqı Qəhrəmanı fəxri adı almış adamlar da keçib. Onların siyahısında pilot Bronislav Romanoviç Antilevskinin adı xüsusi hallanıb.
Gənc yaşında qəhrəman
Belarusda kəndli ailəsində anadan olan Bronislav Antilevski (1916-1946) yeddi illik məktəbi bitirdikdən sonra Minskdə texnikuma daxil olub. Daha sonra o, orduya çağırılıb. Antilevski Moskva vilayətindəki aviasiya məktəbinə göndərilib və 1939-cu ildə topçu-radio operatoru kimi aviasiya alayında Finlandiyaya qarşı müharibədə iştirak edib. Döyüş meydanında əsl qəhrəmanlıq göstərən gənc pilot Finlandiyanın 2 qırıcısını məhv edib və 20 uğurlu döyüş əməliyyatı həyata keçirib. Xidmətə başladıqdan bir il sonra Antilevski göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb və “Qızıl ulduz” medalı ilə təltif edilib.
Alman-sovet müharibəsi dövründə Bronislav əvvəlcə xüsusi hərbi aviasiya məktəbində yenidən hazırlıq kursu keçib və 1942-ci ildən döyüş tapşırıqları icra etməyə başlayıb. Antilevski dərhal sahəsinin peşəkarı kimi özünü təsdiqləyib, ona görə də bir neçə aydan sonra o, əlahiddə bölmənin komandiri təyin edilib. Təkcə 1942-ci ildə Bronislav 60-a yaxın döyüş missiyasını yerinə yetirdiyinə görə “Qırmızı Bayraq” ordeni alıb.
Düşmənçilikdən müttəfiqliyə
1943-cü ilin avqustunda Bronislav yanan təyyarədən paraşütlə tullanaraq xilas olsa da, əsir düşüb. O, faşistlərə ifadəsində sovet hərbi hissəsinin harada yerləşdiyini, hansı silah növlərinin olduğunu, şəxsi heyətin sayını ətraflı açıqlayıb. Qiymətli məlumatlara görə nasistlər pilotu həbs düşərgəsinə göndərməyiblər. Digər tərəfdən, alman pilotları arasında yüksək itkilər olduğu üçün sovet hərbi əsirlərini döyüş əməliyyatlarına cəlb etmək onlar üçün vacib olub.
Odur ki, Bronislavı sovet ordusuna qarşı keçiriləcək əməliyyatlara hazırlamaq işi sovet ordusunun nasistlərlə işləyən keçmiş polkovniki Viktor İvanoviç Maltsevə tapşırılıb. Qeyd edək ki, Maltsevin ailəsi İosif Stalinin repressiyalarından çox əziyyət çəkdiyi üçün o, almanlara əməkdaşlığa razılıq verib. Viktorla görüşlərdən sonra Antilevski Almaniya təyyarəsini idarə etməyə razılaşıb.
“Ostland” qrupunun məlumatına görə, Bronislav partizan dəstələrinin məhv edilməsində iştirak edib, şərq cəbhəsində sovet ordusuna qarşı döyüşlərdə fərqlənib. Bronislav hərbi əsirlərin Hitlerin tərəfinə keçməsi üçün fəal şəkildə kampaniya aparıb. Beləliklə, onun böyük tirajla çap olunan müraciəti bütün hərbi əsirlərə təqdim edilib.
Bir müddət sonra Bronislav Antilevski “Yunkers” bombardmançılarının ikinci eskadrilyasının komandiri olub. 1945-ci ilin qışında o, “Üçüncü Reyx” ordeni ilə təltif edilərək kapitan rütbəsinə layiq görülüb. Həmin ilin aprelində Antilevskinin komandirlik etdiyi eskadron Oder rayonundakı sovet hərbi hissələrini bombalayıb. Həmin döyüşdə 33-cü orduya ciddi ziyan dəyib, komanda məntəqəsi və cəbhə xəttindəki artilleriya məhv edilib, eləcə də əsgərlər ölüb.
Ölümə aparan çəkmə dabanındakı medal
Nasistlərin müharibədə məğlub olmasından sonra Bronislav Antilevski təhlükəsizlik baxımından Berezovski adı altında saxta sənədlər düzəltdirib. SSRİ-yə qayıdan Bronislav özünü partizan hərəkatının iştirakçısı kimi təqdim edib. Ancaq bir xırda detal onun həyatında əhəmiyyətli dönüş yaradıb. Antilevski hər ehtimala qarşı Sovet İttifaqı Qəhrəmanı medalını çəkməsinin dabanında gizlədib.
Lakin saxta ad ona kömək etməyib. 1945-ci ildə iyunun 12-də NKVD tərəfindən saxlanılan keçmiş pilotun evində axtarış zamanı gizli mükafat da tapılıb. Medalın üzərindəki rəqəmlər Antilevskinin bütün hərbi keçmişini tez bir zamanda ortaya qoyub. Onun əleyhinə çoxlu materiallar, o cümlədən şahid ifadələri tapılıb.
Nəticədə, 25 iyul 1946-cı ildə tribunalın qərarı ilə Bronislav Romanoviç Antilevski ölüm cəzasına məhkum edilib. Güllələnmə bir neçə gündən sonra həyata keçirilib. 1950-ci ildə Bronislav ölümündən sonra bütün mükafat və titullarından məhrum edilib. Hətta 2001-ci ildə II dünya müharibəsi işlərinə baxılarkən Antilevski barədə bəraət hökmü çıxarılmayıb, günahı dəlillərlə sübuta yetirilib və tarixdə əbədi olaraq vətən xaini olaraq qalıb.

11-12-2024, 17:14 197

Digər xəbərlər

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Bu gün, 10:27
Bu gün, 08:43
Dünən, 21:33
Dünən, 17:00
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 12:44
Dünən, 11:37
Dünən, 09:26
Dünən, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1067