Giriş:Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan, geosiyasi baxımdan enerji və nəqliyyat xətlərinin kəsişmə nöqtəsində yerləşir və Xəzər hövzəsinin enerji mənbələrindən mühüm paya malikdir. Bu vəziyyət, Azərbaycanın regiondakı və qlobal güclər üçün əhəmiyyətini artırarkən, eyni zamanda bəzi mənfi cəhətlər də yaradır. SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan edən Azərbaycan, Rusiya dəstəyi ilə Ermənistanın Dağlıq Qarabağı işğalı ilə üzləşmiş və ərazilərinin 20%-i işğal edilmişdir. Bu, Azərbaycan üçün böyük bir travma yaratmış və xarici siyasətinin prioritetini Qarabağın azad edilməsinə yönəltmişdir.
44 günlük Vətən müharibəsindən sonra Qarabağın azadlığı təmin edilmiş və Azərbaycan xarici siyasətində yeni prioritetlər müəyyən etmişdir. Bunlar arasında regionda iqtisadi canlanma, Ermənistanla münasibətlərin normallaşması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, Türk Dövlətləri ilə əlaqələrin gücləndirilməsi və Türkiyə ilə strateji müttəfiqliyin davam etdirilməsi yer alır. Həmçinin, Aİ ilə enerji və ticarət əməkdaşlığının inkişaf etdirilməsi də Azərbaycanın prioritetlərindəndir.
D-8 Zirvəsi və Azərbaycanın Regiondakı Addımları
İqtisadi Əməkdaşlıq üçün Yüksələn Səkkiz Ölkə (D-8) Təşkilatının 11-ci Zirvəsi Qahirədə başladı. Zirvəyə Azərbaycan Baş naziri Əli Əsədov ilk dəfə qatıldı. Misir Prezidenti Əbdülfəttah əs-Sisi, zirvəyə qatılan dövlət və hökumət başçılarını məmnuniyyətlə qarşıladı. D-8 Qrupu 1997-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılmışdır. Hazırkı üzvlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədən ibarətdir. Misir, qrupun sədrliyini gələn ilin sonuna qədər icra edəcəkdir.
1. Azərbaycanın Qarabağ Zəfərindən Sonra Artan Region Gücü 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan, işğal altındakı Qarabağ ərazilərini azad edərək beynəlxalq arenada və regiondakı balanslarda mühüm bir uğur qazanmışdır. Prezident İlham Əliyevin bu zəfəri, Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də diplomatiya və strateji manevr qabiliyyətini ortaya qoydu. Qarabağ Zəfəri, Azərbaycanı bölgədə daha inamlı bir mövqeyə gətirdi və həm dostlarına, həm də rəqiblərinə güclü mesajlar verdi. İlham Əliyev, bu zəfərdən sonra ölkəsini yalnız Cənubi Qafqazın deyil, daha geniş bir coğrafiyanın aktiv bir oyunçusu olaraq mövqeyə qoymağa çalışır. Bu baxımdan, D-8 Zirvəsinə qatılım, Azərbaycanın regionda daha fəal bir rol alması cəhdini əks etdirir.
2. Azərbaycanın D-8 Zirvəsinə İlk Qatılması: Yeni Bir Ufuk Azərbaycan Baş naziri Əli Əsədovun D-8 Zirvəsinə qatılması, Azərbaycanın bu cür platformalarda ilk dəfə iştirak etməsi baxımından tarixi bir addımdır. D-8, əksəriyyəti müsəlman ölkələrindən ibarət olan bir iqtisadi əməkdaşlıq təşkilatı olaraq Orta Şərq və Asiya arasında strateji bir körpü rolunu oynayır. Azərbaycanın bu platformada iştirak etməsi, enerji, ticarət və nəqliyyat sahələrində yeni əməkdaşlıqlar inkişaf etdirmək, Orta Şərq ilə əlaqələrini gücləndirmək və həm Türkiyə, həm də digər D-8 üzvləri ilə strateji əlaqələrini dərinləşdirmək mənasına gəlir. Bu, Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Orta Şərqdə önəmli bir oyunçu olma hədəfini göstərir. İlham Əliyevin, 21-ci əsrin “birləşmə siyasəti” ilə Orta Şərqə açılma strategiyası, Azərbaycanı beynəlxalq arenada daha güclü bir mövqeyə gətirə bilər.
3. Suriya ilə Azərbaycan Arasındakı Dayanışma Azərbaycan, son 12 ildə Əsəd rejimi ilə münasibətlərini kəsmişdi, çünki Əsəd, Ermənistanı dəstəkləyirdi. Lakin bir ay əvvəl Əsəd rejiminin süqutu və Əsədin Moskavaya qaçması, Suriyada siyasi tarazlığı dəyişdirdi. Bu inkişaf, Azərbaycanın Suriyayla münasibətlərini yenidən gücləndirməsi üçün bir fürsət yaratdı. Azərbaycan, Suriyadakı Türkmən soydaşlarının yanında olma öhdəliyini yenidən təkrarlayaraq, son dövrlərdə Suriya’ya humanitar yardım maşınları göndərməkdədir. Azərbaycanın bu yardımları, Suriyanın yenidən qurulmasına və toparlanmasına dəstək olmağı hədəfləyir. Bu cür yardımlar, Azərbaycanın həm Orta Şərqdəki imicini gücləndirə bilər, həm də regiondakı əməkdaşlığına töhfə verə bilər.
4. Prezident İlham Əliyevin Məqsədləri və Mesajları Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “Türkiyənin maraqlarına uyğun olanlar, bizim də maraqlarımıza uyğundur” sözü, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin nə qədər güclü və dərin olduğunu vurğulayan bir ifadədir. Bu söz, yalnız iki ölkə arasındakı dostanə münasibətlərə deyil, eyni zamanda Türk dünyası və regional əməkdaşlıq baxımından da önəmli bir mənaya sahibdir.
İki dövlətin qurucuları olan ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevincı bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözü ilə Ümumi Milli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə əl-ələ, çiyin-çiyinə və birgə bu qardaşlıq bağının təməlini qoyan güclü ifadələrin fonunda, heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməz.
Hörmətli İlham Əliyevin bu açıqlaması, Azərbaycanın Türkiyə ilə həmrəyliyi və ortaq maraqlar çərçivəsində hərəkət etdiyini, eyni zamanda Türk dünyası ilə olan güclü bağlarını vurğulayır. Azərbaycan və Türkiyə, bir çox sahədə oxşar strateji hədəflərə sahibdirlər və bu iki ölkə bir-birini həm iqtisadi, həm də təhlükəsizlik baxımından mühüm bir müttəfiq olaraq görürlər. Həmçinin, iki ölkə diplomatik, hərbi, mədəni və ticarət sahələrində əməkdaşlıqlarını gücləndirərək, regional və qlobal məsələlərdə birgə mövqe sərgiləyirlər.
Azərbaycan, xüsusilə Türkiyənin Qarabağ müharibəsindəki dəstəyini və bölgədə Azərbaycanın hüquqlarını müdafiə etmək rolunu yüksək qiymətləndirir. Qarabağdakı zəfər yalnız Azərbaycan üçün deyil, eyni zamanda Türkiyə üçün də böyük bir strateji qazanc olmuşdur. Bu səbəbdən, Azərbaycanın Türkiyənin maraqlarına olan həssaslığı, həm siyasi, həm də mədəni baxımdan qarşılıqlı dəstək və həmrəyliyin əlamətidir.
Hörmətli İlham Əliyevin son dövrlərdəki strategiyaları, həm regional bir lider olmağı, həm də Azərbaycanı qlobal arenada daha görünən etmək məqsədini güdür.
- Dostluq Əli mi, Meydan Oxuma mı?
Cənab Əliyev, Qarabağ Zəfərindən sonra qazandığı hərbi gücü, diplomatik mənada bir alət olaraq istifadə edir. Bu baxımdan, müttəfiqlərinə dostluq əlini uzadarkən, rəqiblərinə də qətiyyətlə qarşı durmağı göstərir.
- Şahin Kimi Hədəfə Kilitlənmə:
Orta Şərqdə artan varlığı, Azərbaycanın enerji və nəqliyyat siyasətlərinin bir parçasıdır. Xüsusilə Zəngəzur dəhlizi kimi layihələr, həm Azərbaycan, həm də Türk dünyası üçün strateji əhəmiyyət daşıyır.
Hörmətli Əliyev, Türkiyə sərhədindəki Naxçıvanla Azərbaycanın birləşməsini təmin edəcək "Zəngəzur dəhlizinin mütləq açılmasının lazım olduğunu və açılacağını bildirərək, “Ermənistan bu gerçəyi nə qədər tez qəbul edərsə o qədər yaxşı olar. Ermənistan, Türkiyə ilə Azərbaycan arasında coğrafi bir maneə olaraq qala bilməz” dedi.
Hörmətli Əliyev, bu addımlarla həm yeni dünya düzənində bir körpü rolunu oynamağı, həm də Türk dünyası və İslam dünyası üçün bir lider olaraq önə çıxmağı hədəfləyir.
5. Azərbaycanın Artan Təsiri və Gələcəyə Yönəlik Strateji Addımları Azərbaycan Qarabağ Zəfəri sonrası yüksələn profilini həm Orta Şərq, həm də beynəlxalq sahədə daha güclü bir mövqeyə çevirməyə çalışır. D-8 Zirvəsinə Azərbaycanın qatılması Suriya xalqına edilən yardımlar və digər strateji addımlar, Azərbaycanın regional və qlobal miqyasda yeni bir rol üstlənmək üçün verdiyi mübarizəni göstərir. Azərbaycan yalnız enerji və ticarət sahələrində deyil, həm də diplomatiya və humanitar yardımlar sahəsində daha görünən bir oyunçu halına gəldi.
6. Qara Dəniz ilə Xəzər Dənizi Arasında: Azərbaycanın Coğrafi Mövqeyi Azərbaycan Qara Dəniz ilə Xəzər Dənizi arasında yerləşən və Cənubi Qafqazın mərkəzi ölkəsi olaraq coğrafi mövqeyi sayəsində cənub-şimal və şərq-qərb enerji və nəqliyyat xətlərinin kəsişmə nöqtəsindədir. Xəzər hövzəsindəki enerji ehtiyatlarının mühüm bir hissəsinə sahib olan Azərbaycan, bu üstünlüyü ilə regional və qlobal güclərin diqqətini cəlb edir. Lakin, bu vəziyyət ölkə üçün həm üstünlüklər, həm də mənfi tərəflər yaratmaqda davam edir.
7. Qarabağ Zəfəri və Yeni Dövrün Prioritetləri Qarabağ Zəfəri sonrası Azərbaycan, xarici siyasətində yeni prioritetlərə fokuslanmışdır. Bu prioritetlər arasında müharibənin yaralarını sarımaq, iqtisadi canlanmanı təmin etmək, Ermənistanla münasibətləri normallaşdırmaq, Cənubi Qafqazda sülh və sabitliyi bərpa etmək, Türk Dövlətləri ilə əlaqələri gücləndirmək və Türkiyə ilə strateji müttəfiqlik bağlarını möhkəmləndirmək yer alır.
8. Azərbaycan-Türkiyə Əməkdaşlığı və Qlobal Səviyyədəki Təsirləri İkinci Qarabağ Müharibəsi, Azərbaycanın zəfəri ilə başa çatmış və Türkiyənin bu prosesdəki dəstəyi tarixi bir əhəmiyyət qazanmışdır. Türkiyə müharibə boyunca Azərbaycana güclü dəstək vermişdir. Azərbaycan və Türkiyə, Qafqazda 30 ildir davam edən status-kvonu dəyişərək yeni tarazlıqların yaranmasına zəmin hazırlamışdır. Azərbaycan-Türkiyə tərəfdaşlığı, regional və qlobal səviyyədə təsir yaratmağa davam edəcəkdir.
9. Azərbaycan Təyyarəsinin Vurulması və Rusiya'nın Üzr İsteməsi Azərbaycan və Rusiya arasında, Qarabağ zəfərindən sonra gözlənilməz bir gərginlik yaşanmışdır. Rusiya hava sahəsində Azərbaycanın təyyarəsini təsadüfən vurmuşdur. Hadisənin ardından Rusiya, Azərbaycandan üzr istəmiş və əlaqələrdəki gərginlik qismən yumşalmışdır.
10. Dünyada və Regionda Yenidən Şəkillənən Tarazlıqlar İkinci Qarabağ Müharibəsi yalnız Azərbaycan və Ermənistanı deyil, həm də Rusiya və İran kimi regional oyunçulara da təsir edən nəticələr doğurmuşdur. Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı, regiondakı güc tarazlıqlarını əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Rusiya və İran bu inkişafları diqqətlə izləyirlər.
Dünyada tarazlıqların dəyişdiyini qeyd edən İlham Əliyev, "Ermənistana baş verənləri yaxşı qiymətləndirmələrini tövsiyə edirəm. Dostları siyasət səhnəsindən utanc verici şəkildə çəkilir. Kanada Baş Naziri Justin Trudeau istefa vermək məcburiyyətində qaldı. Fransada olanları da görürük", - deyə bildirib.
Fransa rəhbərliyi ilə siyasi sisteminin Azərbaycanın əleyhinə birləşdiyini qeyd edən İlham Əliyev, yalnız hakimiyyətin deyil, hakimiyyətə iddia edənlərin də eyni görüşdə olduqlarını bildirib və "İslam və xarici düşmənçiliyi, Fransız siyasətçilərinin ən mühüm xüsusiyyətidir" dedi.
Azərbaycan lideri Brüsselə də tənqidi yanaşdı və özləri ilə danışmaq istəyən AB rəhbərlərinin Bakıya gəlməli olduğunu vurğuladı.
11. Altılı Platforma və Regional Əməkdaşlıq Prezident Ərdoğan və İlham Əliyevin irəli sürdükləri “Altılı Platforma” təklifi, Türkiyə və Azərbaycanın regional sabitliyi təmin etmə hədəfini göstərir. Bu mexanizmin effektiv ola bilməsi üçün Ermənistanın aqressiv siyasətlərindən imtina etməsi və Rusiya ilə İranın münaqişə siyasətlərini tərk etməsi tələb olunur.
12. Azərbaycanın Suriya’dakı Olası Rolu Azərbaycanın Suriya’dakı mümkün rolu, Türkiyənin regional siyasət və Azərbaycan-Türkiyə əməkdaşlığının yeni bir mərhələyə daşınması ilə əlaqəlidir. Azərbaycan, enerji ehtiyatları və iqtisadi inkişaf təcrübələrini Suriyanın yenidən qurulmasına töhfə verərək köçürə bilər. Eyni zamanda, Qarabağ Müharibəsi sonrası qazandığı diplomatik təcrübələr ilə, Suriya’da sülhün təmin olunması üçün təşəbbüslər irəli sürə bilər.
13. Siyasi və Diplomatik Dəstək Türkiyənin Suriya siyasətinə Azərbaycanın daxil edilməsi, xüsusilə Qərb və Rusiya ilə balanslı siyasətin bir hissəsi olaraq qiymətləndirilə bilər. Azərbaycan, Suriyanın gələcəyi ilə bağlı platformalarda Türkiyənin tezislərini dəstəkləyən diplomatik bir oyunşu olaraq yer ala bilər.
- Rusiya və İranın Reaksiyaları
Azərbaycanın Suriyada fəal bir rol alması, Rusiya və İran kimi regional dövlətlər tərəfindən diqqətlə izləniləcəkdir.
- Rusiya:
Suriyada hərbi və siyasi mövcudluğunu qorumağa çalışan Rusiya, Türkiyə və Azərbaycanın bölgədəki təsirinin artırmalarını narahatlıqla qarşılaya bilər. Lakin Azərbaycanın Rusiya ilə 2022-ci ildə imzaladığı genişmiqyaslı müqavilə, bu iki ölkə arasındakı münasibətlərin tamamilə pisləşməsini əngəlləyə bilər. Azərbaycan, Türkiyə və Rusiya arasında balans siyasətini qoruyaraq hərəkət edə bilər.
- İran:
İran, Suriyada təsirini artırmağa çalışarkən, Azərbaycanın bölgədəki rol almasını təhdid olaraq görə bilər. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti, İranın regiondakı təsirini məhdudlaşdıra bilər. Lakin Azərbaycanın İranla birbaşa hərəkət etməsi ehtimalı azdır.
14. Gələcək Strateji Nəticələr- Türkiyə ilə İttifaqın Güclənməsi:
Azərbaycanın Suriyada mövcudluğu, Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirəcəkdir. Bu, iki ölkənin hərbi və siyasi əməkdaşlığının yanında iqtisadi inkişaf layihələrində də birgə fəaliyyətini təmin edə bilər.
- Regional Liderlik:
Azərbaycan, Suriyadakı varlığı ilə yalnız Qafqazda deyil, Orta Şərqdə də bir oyunşu olma qabiliyyətinə çatacaq. Bu vəziyyət, Azərbaycanın coğrafi əhəmiyyətini artıracaqdır.
- Beynəlxalq Nüfuz:
Suriyada sülh və yenidən qurulma proseslərinə qatılması, həmçinin beynəlxalq səviyyədəki nüfuzunu artıraraq, qlobal məsələlərdə daha təsirli bir oyunşu olma yolunda əhəmiyyətli addımlar atacaqdır.
Qarabağ zəfəri və sonrakı inkişaflar, Azərbaycanın regional və qlobal arenada yüksələn bir güc olaraq mövqeyini gücləndirmiş, Türkiyə ilə strateji tərəfdaşlığını daha da möhkəmləndirmişdir.
Nəticə olaraq: Azərbaycan Prezidenti İlham Əliyev, 2020-ci ildəki Qarabağ Zəfərindən sonra etdiyi addımlarla, həm şahin kimi hədəflərə fokuslanaraq regional gücünü möhkəmləndirməyi, həm də dünyaya meydan oxumağı hədəfləyir. Əliyev, Azərbaycanı yalnız hərbi anlamda deyil, diplomatik, iqtisadi və mədəni sahələrdə də daha güclü bir oyunçu halına gətirməyi hədəfləyir. Bu mənada, Zəngəzur Koridoru kimi strateji layihələrlə Azərbaycanın regional və qlobal təsirini artırmaq istəyi mövcuddur.
Lakin Əliyev, eyni zamanda qarşılaşdıqlarına qarşı qətiyyətli bir mövqe sərgiləyərək, “zeytun dalı” uzatma strategiyasını da nəzərə alır. Türkiyə ilə sıx əməkdaşlıq və Türk dünyası ilə güclü bağlar quraraq, qlobal səviyyədə daha təsirli bir oyunçu olmağı hədəfləyən Azərbaycan, İqtisadi Əməkdaşlıq üçün glən səkkiz ölkə (D-8) Təşkilatı, AB, ABŞ, BMT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirib, qlobal nüfuzunu artırmağı planlaşdırır.
Azərbaycanın xarici siyasətinin əsas daşlarını təşkil edən bu əlaqələr, Türkiyəyə olan güvən və həmrəyliyin bir göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev, regional güc tarazlığını öz xeyrinə çevirməyi, eyni zamanda strateji ittifaqlarla dünyaya meydan oxumağı və dostane əlaqələrlə beynəlxalq müstəvidə Azərbaycanın rolunu gücləndirməyi məqsəd qoyur. Həm meydan oxuma, həm də sülhə əsaslanan əməkdaşlıq bir arada aparılan bir strategiya kimi görünür.
Suriya Türkmən Eli Azərbaycan Dostluq Cəmiyyətinin Sədri. Dr. Muxtar Fatih BEYDİLİ