Haqqıxlıya dönməyən ömür: Nəvələrin nəğməsində - FOTO/VİDEO

 
Qərbi Azərbaycanın füsunkar təbiətli Dilican dərəsində, Karvansaray rayonunun Haqqıxlı (Vurğun) kəndində bir ömür cücərmişdi – köklərini torpağa salmış, göyə baş uzatmağa çalışan bir tale... Bu torpaqda doğulan Siyavuş Eldar oğlu İbrahimov da həmin torpağın səsinə, ruhuna bələnmiş, o torpağın suyundan içib, havası ilə nəfəs almışdı. 17 dekabr 1961-ci ildə doğulmuş, kəndin tozlu yollarında uşaqlıq şıltaqlıqlarıyla iz buraxmışdı.
Uşaqlığı atmacalı zarafatlarla, dadlı-duzlu sözlərlə yadda qalan Siyavuş, ailənin və elin yaddaşına mehriban və parlaq təbəssümlə həkk olunmuşdu. 1978-ci ildə Haqqıxlı kənd orta məktəbini bitirdikdən sonra yolu Bakıya yön aldı – burada təhsilini davam etdirdi, əmək həyatına atıldı, ömrünü qurmağa çalışdı.
Amma onun ürəyi hələ də Haqqıxlıda qalırdı. Hər il, bəzən ildə bir neçə dəfə doğma yurda baş çəkərdi. Torpaq çağırırdı onu, ana laylası kimi qulaqlarında səslənən xatirələr geri çəkirdi. Lakin həyatın acı həqiqətləri bu kövrək bağa balta vurdu. Haqqıxlı əhalisi zorla kənddən çıxarıldı.
Bu hadisə yalnız bir yurdun yox, yüzlərlə yaddaşın, uşaqlığın, həsrətin torpaqdan qoparılması idi. Siyavuş da həmin acını sinəsinə basanlar arasında idi. Həsrətə dönən torpaq artıq gözlərdə yox, qəlbdə yaşamağa başladı.
Bu nisgilin sədası elə bu misralarda da əks olunurdu:
Sındırıb qəlbimi, dəymə xətrimə,
İlk nəfəs almağım Haqqıxlıdadı.
Ana laylasıyla taxta beşikdə,
Qımışıb yatmağım Haqqıxlıdadı.
Vaxt ötür, ömür tükənir... 19 avqust 2022-ci ildə etibarsız fələk Siyavuşu əbədi yuxuya qərq etdi. Lakin vətən həsrəti onun gözlərini yumduğu an belə sönmədi. Onun arzusu – doğma kəndi bir daha görmək – gerçəkləşmədi...
Amma Tanrının ədaləti başqa cür yazıldı. Siyavuşun ocağında onun yolunu davam etdirəcək bir oğul böyüdü – Ayaz. Vətənə bağlı, elinə sədaqətli, atasının həsrətini canında daşıyan bir övlad... Ayaz bu torpaq həsrətini yalnız özündə saxlamadı – onu öz övladlarının nəğmələrinə də hopdurdu.
İndi o nəğmələrdə torpaq deyir, Vətən deyir, babanın yurduna sədaqət deyir:
Vətənim, kəndim mənim şərəfim-şanım,
Babalarımın yadigarı, mənliyimdir.
Vətən satılmır, dəyişmir, köhnəlmir.
Vətən əbədidir...
Uşaqların səsində səslənən bu nisgil, gələcəyə daşınan bir and kimi səslənir: “Torpağımız əvvəl-axır özümüzün olacaq.”
Siyavuşun görmədiyini nəvələri görəcək – bu inamla yaşamaq bu xalqın alın yazısıdır.


Oglu Ayaz İbrahimov


Müəllif: Ramiz İsmayılov


21-06-2025, 20:40 796

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060