NATO PA-na Vətən müharibəsi barədə məlumat verildi

NATO PA-nın Rouz-Rout seminarında Vətən müharibəsi barədə məlumat verildi

İyunun 28-də Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

Sumqayıt.tv - yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin moderatorluğu ilə keçirilib.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlardan və imkanlardan bəhs edib, regionda sülhün və təhlükəsizliyin təmini, faydalı əməkdaşlığın və iqtisadi inkişafın davamlılığı üçün görülməli işlərdən söz açıb. Bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanda və xaricdə olan revanşist qüvvələrə qarşı ciddi tədbirlər görməli, regionda kommunikasiya yollarının təxirə salınmadan açılması, işğaldan azad olunmuş bütün ərazilərin minalanma xəritələrinin qısa müddətdə Azərbaycana təhvil verilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyasının aparılması işlərini dəstəkləməlidir. Qeyd edib ki, bütün bölgə xalqlarının da mənafeyinə və rifahına uyğun olan bu tədbirlər Ermənistanı da iqtisadi tənəzzüldən qurtarar, xalqlar arasında etimad mühiti yaradar.

Deputat Kamran Bayramov isə çıxışında Ermənistan nümayəndələrinin Azərbaycana qarşı irəli sürdükləri iddialara cavab verib. O, Ermənistan tərəfindən səsləndirilən ermənilərin "suveren" ərazisinin işğalı, azad olunmuş ərazilərdə erməni abidələrinin dağıdılması ittihamlarını rədd edib. Azərbaycanda guya ermənilərə nifrətin olması iddiasına cavabında isə bildirib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməninin yaşaması, Ermənistanda isə bir nəfər də olsun azərbaycanlının yaşamaması hansı dövlətin nifrət siyasətini həyata keçirdiyini göstərir.

Avropalı ekspert Tomas de Vaala verilən cavabda isə bildirilib ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib, müvafiq sənədlər qəbul olunub. Təkcə BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilsə də, onlar icra olunmayıb, lakin uzun illər sonra Azərbaycan bu qətnamələrin icrasını özü təmin edib.
Bununla da NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarı başa çatıb.

29-06-2021, 12:45 227

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086