Əsrarəngiz Sım, ləziz Talış mətbəxi, kinkan, qreyfrut, kivi bağı - FOTOLAR


Son illər Azərbaycanda turizmin inkişafı prioritet məsələ kimi hədəf seçilib. Hərçənd 2010-cu ildən bu yana 17 yaşadək qadınlar arasında Dünya çempionatı, "Avroviziya" musiqi yarışması, Birinci Avropa Oyunları və Formula 1 yarışının təşkili ölkədə turizmin canlanmasına şərait yaratdı.


Azərbaycan turizminin hələ  istənilən şəkildə tanıdılmayan sahələri var. Bu istiqamətdə aparılan işlər  davam etdirilir. 
"Agrivision" layihəsi çərçivəsində yaradılmış "Yaşıl   Obalar" layihəsi də bu sıraya aid edilir. Avropa İttifaqının maliyyə dəstəyi, Avrasiya Əməkdaşlıq Fondu və "Konstitusiya" Araşdırmalar Fondu ilə birlikdə təşkil olunan layihə 20-22 may tarixlərində Lənkəran iqtisadi rayonu üzrə icra olundu. 
 
Tur proqramına əsasən əvvəlcə iştirakçılar mayın 20-i saat 15:00-da Bakıdan onlar üçün ayrılmış neoplan avtobusu ilə yola çıxdı. Amma bu dəfə ölkənin tanınmış turizmçilərinə bələdçilik etmək “Konsitutisiya” Araşdırmalar Fondunun əməkdaşı, növcavan görkəmli, sakit təbiətli və operativ qərar verən Şahin Nəsrullayevin qismətinə düşdü.  Ölkənin turizm şirkətlərinin əməkdaşlarının yer aldğı qrup yolboyu qızğın müzakirələrə qoşularkən əslən cənub bölgəsindən olan turizmçi yoldaşlar da bölgə haqda xüsusi məlumatlar verməkdə maraqlı görünürdü. Masallı rayonu ərazisindən keçərkən geniş əraziləri əhatə edən çiyələk sahələri və orada çalışan kəndlilər şüuraltı kadra düşəcək görüntülərə səhnə olurdu. Müxtəlif iqlimlərin birləşdiyi bu ərazilər dumanlı dağları, hündürlüyü ilə seçilən palıd, vələs meşələri ilə insanın gözünü darıxmağa qoymurdu.

Xüsusilə almandilli bələdçi Anar Fərəcov sanki  ürəyini bizə açırmış kimi mətbəxdən tutmuş Astaranın Sım kəndinin bənzərsiz təbiət gözəlliyi, bulaqları, şəlalələrinə qədər  emosional formada fikirlərini çatdırırdı. Anar bəy ara-sıra bədən dilinin bütün elementlərindən istifadə edib danışırdı ki, bu da onun doğma Lənkəranına olan sevgisindən irəli gəlirdi. Nəhayət axşam saatlarında təyin olunan turizm nöqtəsinə - Astara Beach istirahət mərkəzinə çatırıq. Astarada bizi şahə qalxan Xəzərin dalğaları, küsəyən qıza bənzəyən narın yağış qarşılayır. Çatdığımız yerdən 3 km aralıda Azərbaycan - İran sərhədi yerləşirdi. Ara-sıra şütüyən yük tırları da nəzərdən qaçmır. Astara Beach-də Balıqçı Abi bizə çoxçeşidli cənub mətbəxi haqda çox gözəl məlumatlar çatdırır. Açığı, indiyədək eşitdiyim “cənub mətbəxi  zəngindi” ifadəsini restoranda bizə xidmət göstərilərkən hiss etməyə başladıq. Qoz küküsü, ləvəngi badımcan, ləvəngi-plov, feyxoa kompotu bir-bir təqdim olunurdu.

Ardınca çərəz və İran konfetləri ilə bəzənmiş samovar çayı süfrəsinə təşrif buyurduq ki, bu məqamda solo ifası ilə könül oxşayan bələdçi dostumuz Rüfət Əliyev restoranın müğənnisi ilə duet ortağı yaratmağı da bacardı. Bir cinahda Müslüm Maqomayevin “sinyaya veçnosti” mavi əbədiyyət mahnısı, digər cinahda isə Vətənim mahnısı gözlənilməz və maraqlı tandem yaratmış oldu. Artıq yol yorğunluğu var, yatmaq vaxtıdı. Zirvə otelinin bəmbəyaz kotecləri bizi gözləyir. 


Növbəti gün Balıqçı abi yenə bizimlə idi. Astaranın Şərmətük kəndində yerləşən balıqçılıq təsərrüfatı və kotecləri ilə tanışlıq bizi gözləyirdi. Buna qədər Almaniya istehsalı olan neoplanı tərk edib, Rusiya istehsalı olan minik avtomobillərinə -  “06” “07”-lərə minib asfaltsız, palçıqllı yollarla Şərmətük çayı və meşəsinə gəlib çıxırıq. Böyük şövqlə istirahət mərkəzi haqda məlumat verən Balıqçı Abi ərazini qarış-qarış tanıtmağa davam edir. Fotonun dostu sayılan təbiət mənzərələri isə telefon yaddaşına köçürülür. 


Səfərimizin daha bir xüsusi nöqtəsi – bu dəfə mikroavtobusla çalxalana-çalxalana Bal qayasının yerləşdiyi Sıma gedirik.

Yenə arxada Anar Fərəcov coşan bulaq kimi izahatlarına davam edir. Artıq çatmışıq. Sımda iki rəng var- Yaşıl və Mavi. Mavi səmanı, Yaşıl torpağı mötərizəyə alıb. Qonaq olduğumuz evdə şirniyyat süfrəsi təşkil olunur. Buna qədər isə bulaq suyundan içib nəfəsimizi dəririk. Məlumat verilir ki, kənddə 83 bulaq, 4 şəlalə və mixi yazısı olan kitabə var. Baxdıqca göz oxşayan yaşıllığın harmoniyası və quşların səsi adamı buranın sakini olmağa çağırır.

Geriyə dönüb Astaranın Səncərədi kəndinə yollanırıq. Çatan kimi ərazidə yetişərkən sarı olan yapon əzgili diqqət çəkir. Düzdü, dənəsi çoxdu. Amma suyunda turş və şirin bir-birinə qarışıb. Dadına baxmamaq əldə deyil. Artıq Yaşıl göl adlanan ərazinin balıqları da bizim gəlişimizdən xəbərdardı.

Sahilə yan alan balıqları bələdçilər çörək qırıntıları ilə mükafatlandırır. İmkan tapıb düyü sahəsini də seyr edirik. Ailə təsərrüfatında təqdim olunan Talış mətbəxinin yeməkləri və qızardılmış qızıl balıq ləhcə variantı “yeməklər yaman daddıydı” ifadəsini yetişdirir.

Növbəti dayanacaq Lerikin Piran kəndində yerləşən balçılıq təsərrüfatıdı. Süfrədə hazır vəziyyətdə gözləyən doğranmış bal parçaları və isti çayla antraxt etməyə dəyər.

Dolanbac yollarla tura davam edib Lerikin Aşağı Bilnə kəndində olan Səfalı Gölə çatırıq. Şam yeməyi vaxtı bala pişik diqqət mərkəzinə düşür. Qərar verilir ki, pişik komfortlu neoplanla Bakıya kimi gedəcək. Hərçənd tur ərzində ekstravaqant davranışları ilə yadda qalan Rüfət Əliyev bu məsələdə qayğıkeş insan təəssüratı oyadır.  Gecə saatlarında sağ-salamat Lənkərana qayıdıb oteldə məskunlaşırıq. 

Layihənin 3-cü günü ilk olaraq Lənkəranın İstisu kəndində yerləşən Sitrus Bağı ilə tanış oluruq. Ərazidə kivi, kinkan, qreyfrut, feyxoa kimi müxtəlif ağaclar əkilib. Çayqırağı hündür ağacdan asılan yellənçəklər uşaqlıq hisslərini təkrarlamağa imkan yaradır. Ömrünün 32 ilini müəllimliyə həsr edən Sitrus Bağının sahibi Rəftarə Şükürova ailə təsərrüfatı yaradaraq İstisu kəndində olan insanların dolanışığı üçün böyük imkanlar açıb.

Rəftarə müəllimə bu dəfə bizə müəllimlik edərək meşəlik yerdə təsərrüfatı haqda geniş məlumat verir ki, ərazidə meyvə yetişdirilməsi ilə yanaşı gecələmək üçün qonaq evləri də var. Bağ gəzintisi daxil 10 manata səhər yeməyi təklif olunur. Kompleksdə xeyli kənd sakini işləyir, məhsul toplayır. Kəndlilər öz məhsullarını bu təsərrüfat vasitəsi ilə satışa da çıxara bilir. Hətta kənddə olan taksilər də müəyyən sifarişləri bu ərazidən götürür. Zəncirvari şəkildə insanların dolanışığını təmin edir.  


Sonda bizə bağın meyvələrindən bişirilən mürəbbələr təqdim olunur ki, burda yenilik kinkan mürəbbəsi oldu. Təsərrüfat istehsalı olan nanəli kinkan kompotu da test edilmək üçün yeni dad idi.  Rəftarə xanım bizi xoş təəssüratlarla avtobusa qədər yola salır. Açığı, ara-sıra “Bakıya gedən pişik ərazidə itər” deyə düşünürdüm. Amma narahatlığımı pişik arxamıza düşməklə sığortaladı.


Növbəti dayanacaq Masallının Ərkivan kəndində yerləşən Obal təsərrüfatıdı. Bizim üçün nahar hazırlayan bal təsərrüfatı çiyələkdən başqa bütün rasionu öz həyətindən əldə etdiyini diqqətə çatdırır. Ailənin balaca fidanları da bələdçi dostlarla ünsiyyət qurur, şəkillər çəkdirirdi.


Ev sahibi istehsal etdiyi balı və çiçək tozu haqda məlumat verir. Çay süfrəsi zamanı isə  süfrəyə qoyulan balı dadmış oluruq. Son dayanacaq isə Masallının Boradigah kəndində yerləşən misgərlik sexidi. Burada müxtəlif və fərqli təyinatlı məhsullar istehsal olunur. Həmçinin sifarişlər də qəbul olunur. Sexin qarşısında kollektiv şəkil çəkdirdikdən sonra Bakıya geri dönürük. 

Beləliklə 3 gün çəkən cənub bölgəsi ilə tanışlıq sona yetdi.  
Vüsal HACISOY








23-05-2022, 18:26 1 023

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903