“Bir polşalı bələdçi dedi ki, Bakıda tikilən bütün binaların memarı Polşa vətəndaşlarıdır"

  Bələdçilərin təlim keçməyi üçün dövlətin xərclədiyi pullar hara getdi?

Azərbaycan yeraltı və yerüstü  sərvətləri ilə həmişə diqqət mərkəzində olub. Bu isə ölkə əhalisinin müxtəlif sahələrdən gəlir əldə etmək və güzəranını yaxşılaşdırmaq üçün geniş imkanlar açır. Bu sırada turizm də qeyri-neft sektorunda özəl paya malikdir. Tədricən bu sahənin inkişafı üçün otellər, istirahət və əyləncə mərkəzləri inşa olundu. Paralel olaraq dövlət ixtisaslı turizm əməkdaşlarının yetişdirilməsi üçün xeyli vəsait xərclədi. Açığı, ilk illərdə turizm ölkə vətəndaşlarının gəlirlərini artırdı. Bu sahənin əməkdaşları kənar dəstək gözləmədən öz həyat şəraitini təmin etməyə başladı. Amma nədənsə bəlli müddətdən sonra turizm sektorunda fəaliyyət göstərən müxtəlif dillərdə xidmət göstərən turizm bələdçilərinin fəaliyyəti məhdudlaşmağa başladı. Bu işdə bir çox xoşagəlməz faktlar var ki, hüquq çərçivəsində çarəsi tapılmalıdır. Məsələn, yerli bələdçilər işsiz qaldığı bir dönəmdə xarici vətəndaşlar Azərbaycanda Azərbaycan haqda bələdçilik edir. Elə isə bələdçilərin təlim keçməyi üçün dövlətin xərclədiyi pullar hara getdi? Bəlkə dövlətin bu sahəyə ayırdığı pul təyinatsız yerə xərclənib?! Öz ölkəsini sevən, onun tarixini, mədəniyyətini, turizm potensialını öyrənmiş, öyrənməyə davam edən turizm bələdçilərinə qarşı laqeydliyin səbəbi nədi? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları bu sahənin inkişafını daim diqqətdə saxlayır. Amma ara yerdə səhlənkar addımlar yerli turizm bələdçilərini "offside" vəziyyətinə salır. Bəs analoji problemlə qarşılaşan turizm bələdçiləri bu haqda nə düşünür?
 


“Bir polşalı bələdçi dedi ki, Bakıda tikilən bütün binaların memarı Polşa vətəndaşlarıdır"

Balaş Maqsudbəyli, Azərbaycanın fəxri bələdçisi, BMT-nin sülh mükafatçısı, ingilis dili üzrə bələdçi:  “Mən Balaş Maqsudbəyli qaldırdığınız bu məsələni ölkə üçün problem kimi görürəm. 1985-ci ildə Moskvada İnturistin Xüsusi GİD tərcüməçilər kursunu bitirmişəm.  38 illik bələdçi təcrübəsinə sahibəm. Hüquqşünaslar bu məsələyə necə münasibət göstərəcək bilmirəm. Məncə, bu, qəti şəkildə qarşısı alınmalı problemdi. Bir neçə dəfə tanımadığım əcnəbilərin öz ölkəsinin vətəndaşları ilə birgə Bakıda bələdçilik etməsini görmüşəm. Bilərəkdən deyil, sadəcə yanından ötüb keçərkən nə danışdıqlarını eşitmişəm. İçərişəhərdə, gərək ki, Cənubi Koreya vətəndaşı idi. Məlumat verirdi ki, orta əsrlərdə bu ərazidə Azərbaycanın şahı yaşayıb, o şahın adı Şirvan olub. Bu saray da onun adına Şirvanşahlar adlanır. Xaraktercə etik normaları gözləyirəm, o bələdçi yerli bələdçi olsaydı belə, ona müdaxilə etməzdim və müdaxilə etmədim. Belə bir səlahiyyət mənə verilməyib başqalarının yanında kimisə alçaldım. Amma bu halların  qarşısı alınmalıdır. Məsələn, bir polşalı bələdçi İosif Qoslavskinin memarı olduğu hazırki Bakı şəhər İcra Hakimiyyəti binasının qarşısında dedi ki, “Bakıda tikilən bütün binaların memarı Polşa vətəndaşlarıdır”. Belə çıxır bizim Məmmədhəsən Hacınski, Zivər bəy Əhmədbəyov kimi memarlarımız olmayıb. Elə nə bina tikiblərsə, hamısını polşalılar tikib. Təbii ki, əslən Polşadan olan memarlar o zamanın ən gözəl şəhəri olan Sankt-Peterburqdan gəlib Bakıda Avropa üslublu gözəl binalar tikiblər. Yevgeni Skibinski, Yozef Ploşko, İosif Qoslavski kimi məşhur memarların Azərbaycanda gördüyü işlərə görə onlara böyük təşəkkür düşür. Cənab Prezident İlham   Əliyevin təşəbbüsü ilə onların adına küçə də salındı. Əməkləri danılmazdı. Amma bu o demək deyil ki, Bakıda bütün binaları polşalı memarlar tikib. Azərbaycanın da memarlıq tarixi dərin dövrlərə gedir. Məsələn, Zivər bəy Əhmədbəyovun İosif Ploşko ilə birgə inşa etdiyi Şamaxı Cümə məscidi kimi. 
Bələdçi kimi bu problemin qəti əleyhinəyəm. Deyək ki mən özüm gedib ABŞ, İtaliya, Avstriya, Polşada, heç qardaş Türkiyədə belə bələdçilik edə bilmərəm. 44 günlük müharibədə məşhur olan "itiqovan" kimi qovarlar adamı. Bütün tarixi bilsəm də, gözəl bələdçilik etsəm də, heç yaxına buraxmazlar məni. İnsanlar da bunu yaxşı qarşılamaz. Adi Türkiyədə belə savadlı müəllimlərin qarşısında  imtahan verməlisən, sertifikat almalısan ki, bələdçi işləyə biləsən. Heç kim gəlib burda bələdçilik edə bilməz. Türkiyədə təbii ki tur rəhbərləri var, bu başqa şeydi. Amma Türkiyədə Osmanlı tarixini dərindən bilməlisən. 
Mənim kimi insanlara səlahiyyət verilmir, gördüyüm xarici bələdçilərin qarşısına keçəm deyəm ki, "sənin nə ixtiyarın var, bizim ölkədə bələdçilik edirsən?" Bu, etik norma deyil. Ancaq əcnəbilərin burda bələdçilik etməsi qanuniləşdirilməli və birbaşa olaraq kənarlaşdırılmalıdır. Xarici vətəndaşın burada tur aparması qəbuledilən deyil. Sizə də təşəkkür edirəm ki, bu problemi gündəmə gətirdiz".
 
 
“Həmin qrupun bələdçisi Azərbaycanı necə gəldi, necə istəyir, elə də təqdim edirdi”
 
Yəhya Bayramov, Azərbaycan Turizm Bələdçiləri Asossasiyasının üzvü, rus dili üzrə bələdçi: "Bu problem dəfələrlə qaldırılıb. Turizm polisinin yaradılması təklif olunub ki, belə bələdçilərə qarşı ciddi mübarizə aparılsın. Biz də eyni problemi yaşayırıq. Ötən il Azərbaycana İsrail qrupu ilə rusdilli bələdçi gəlmişdi. Həmin qrupun bələdçisi Azərbaycanı necə gəldi, necə istəyir, elə də təqdim edirdi. Bu ölkəmizin adına mənfi nəticə verə bilər. Dövlət Turizm Agentliyi də problemdən xəbərdardır. Bunun çıxış yolu nədi? Dövlət Miqrasiya Xidməti Daxili İşlər Nazirliyi ilə birgə mübarizə aparıb belə bələdçiləri saxlayıb, cərimə yazmalıdı. Bu, konkret qanun pozuntusudu. Onların burda işləmək səlahiyyəti yoxdu. Bu məsələyə ciddi yanaşmaq lazımdı.  Təqribən 3 ay reyd aparıb onları cərimələmək vacibdi. Digər yandan, bu proses  aparılsa, hamısı cərimələnsə, ilkin mərhələdə turizm axınına mənfi təsir edəcək. Ancaq növbəti mərhələdə xarici qruplar istər-istəməz yerli bələdçilərə müraciət edib onların xidmətindən yararlanacaq. Məqsədimiz budur ki, bu problemləri həll edək. Nəticə etibari ilə gələcək nəsillər əziyyət çəkməsin. Problemin strateji tərəfi odur ki, qıraqdan kimsə gəlib Azərbaycanı həqiqətə uyğun olmayan formada təqdim edəndə nəticə ölkənin əleyhinə işləyir. Dayanıqlı turizm üçün mütləq yerli bələdçilərdən istifadə olunmalıdır".
 
 “Həmin əcnəbi müəyyən orqanlar tərəfindən dəqiq bir şəkildə araşdırılmalıdı”
 
Rəşid Həsənov, ərəb dili üzrə bələdçi: “Əvvəla xarici vətəndaş olan bir ərəbin ölkəmizin turizm sahəsində çalışması yolverilməzdir. İlk öncə həmin əcnəbi müəyyən orqanlar tərəfindən dəqiq bir şəkildə araşdırılmalıdı. Vətənimizlə bağlı qərəzli mövqeyinin olmaması bilinməlidir. Daha sonra isə həmin əcnəbi ölkəmizdə tur bələdçisi kimi deyil, ən yaxşı halda, öz ölkəsinin turizm şirkətinin nümayəndəsi (“incoming” meneceri kimi ) bizim turizm şirkətlərindən biriylə əlaqə saxlayıb, rəsmi formada əməkdaşlıq etməyə sövq edilməlidir. Əgər hər hansı bir xarici turizm şirkəti Azərbaycanda şirkət açmaq istəyirsə, qanunvericiliklə bu tənzimlənməli, mütəmadi olaraq həmin şirkət nəzarət altında qalmalıdır. Daha yaxşı olar ki həmin şirkət öz ölkəsində olan şirkətinin Azərbaycanda filialını açsın. Əgər əcnəbi şirkət və ya bələdçi qanuna zidd addım atarsa, çox ciddi şəkildə cəzalandırılmalı və lazım gəlsə, ölkəyə müəyyən müddətə girişinə qadağa qoyulmalıdır. Ölkəmizdə turizm sahəsinin müxtəlif yönlərində boşluqlar var. Əlbəttə ki, bu boşluqlarla bağlı biz turizmçi olaraq öz irad və təkliflərimizi verməliyik. Vətənimizin turizm sahəsinin gələcək inkişafı naminə bunu etməliyik. Toxunulacaq mövzulardan biri xarici bir şəxsin burada turizm dili ilə desək "qonaq oğurlaması"dır. Min bir əziyyətlə ölkə turizmçiləri xarici turisti ölkəyə cəlb etsinlər, sonra da xarici bir vətəndaş həmin turisti müxtəlif yalançı vədlərlə yoldan çıxartsın və aldatsın. Əlbəttə ki belə bir addım yolverilməzdir. Bu, bir çox prizmadan zərərlidir. İlk öncə ölkəmizi doğru və düzgün bir şəkildə tanımayan əcnəbi yalnız məlumatlar verərək bizim dövlət imicimizə çox ciddi şəkildə zərər verir. İkinci növbədə onların "fəaliyyəti" nəticəsində turizmçilər (əsasən də bələdçi və sürücü) işsiz qalır. Məncə, bunun üçün inzibati xətalar şəklində sərt qanunlar tətbiq edilməlidir. Qoy digərlərinə də dərs olsun".


“Təklif edərdim Türkiyə  praktikası burda da tətbiq edilsin”

Anar Fərəcov,   alman dili üzrə  bələdçi: "Deyək ki, Ukraynada gedən məlum müharibə   heç kəsə hüquq tanımır. Onlar gəlib Azərbaycanda işləyə bilər. Bir şərtlə onun rəsmi qaçqın statusu varsa. Bu yolla dövlətlər onlara kömək edə bilər. Amma rəsmi qaçqın statusu yoxdusa, nə  Yəmən, nə Suriya, nə   Ukrayna  vətəndaşı gəlib burda işləyə bilməz. Təklif edərdim Türkiyə  praktikası burda da tətbiq edilsin. Yəni ölkədə yalnız yerli bələdçilər işləməli və öz ölkəsinin vətənpərvər nümayəndəsi kimi lazım olan məlumatları çatdırmalıdır.
 Qaçqınlar haqda beynəlxalq humanitar layihələr var.  Lakin turizm bələdçiləri bu proqramda yer almır. Yalnız ölkə əhalisinin çox hissəsi yaşlı olarsa, kənardan gətirilən  turizm bələdçilərindən istifadə oluna bilər. Bizdə isə bu hal müşahidə olunmur. Elə isə turizm sahəsində təhsil almış savadlı bələdçilərimizdən istifadə olunmalıdır”.
Vüsal HACISOY

17-06-2022, 11:04 775

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903