Qubad İbadoğlu Sumqayit.tv-yə AÇIQLAMA verib

Süni vasitələrdən istifadə etdilər və kooperativ maraqlar önə çıxdı 

Artıq 6 aydı Rusiya-Ukrayna arasında baş verən müharibə qlobal sferada öz fəsadlarını göstərir. Belə ki dünya bazarında buğdanın bahalaşması Azərbaycana da təsirsiz ötüşmədi, unun və çörəyin qiymətlərində artım baş verdi. Artıq bəzi mağazalarda un tapılmır. Son aylarda unun 1 kilosu 80 qəpikdən 1 manata qədər qalxıb. Hətta bəzi mağazalarda un çatışmazlığı var. Satıcılar son bir həftədə mağazaya  un gətirməkdə çətinlik çəkdiyini qeyd edirlər. Sumqayit.tv olaraq mövcud vəziyyət və çıxış yolları ilə bağlı iqtisad elmləri namizədi, iqtisadçı-ekspert Qubad İbadoğlunun fikirlərini öyrəndik. Qubad bəy  ümumi olaraq bunları qeyd edib: “Əslində indiki qiymət bahalaşması süni qiymət bahalaşmasıdır. Çünki qlobal bazarlarda qiymətlər sabitləşib, hətta iyul ayında iyun ayına nisbətən ucuzlaşma var. Eyni zamanda Azərbaycanda mövsüm dövrüdür. Hansı ki anbar qiymətləri formalaşmayıb. Mən hesab edirəm ki, qiymətlərin artmağına gərək yox idi. Görünür, burda süni vasitələrdən istifadə etdilər və kooperativ maraqlar önə çıxdı. Hökumət ilk növbədə belə halların qarşısını almalıdır. İkincisi, digər bazarlarda qiymət bahalaşmasına, un və çörəyin qiymətinin bahalaşmasına təsirini azaltmaq üçün hökumət çalışmalıdı ki bütün bazarlarda rəqabəti dəstəkləsin və iqtisadiyyatın liberallaşması istiqamətində addımlar atsın. Bu baxımdan hesab edirəm ki, hökumət həm də 2022-ci ildə taxıl əkinindəki səhvlərdən nəticə çıxarmalıdır. Çünki verilən məlumata görə 110000 ha taxıl əkinindən ziyan olub. Eyni zamanda prezident İlham Əliyev də açıqlama verdi ki, Qarabağda 50000 ha taxıl əkininin məhsuldarlığı çox aşağı olub. Bu da onu deməyə əsas verir ki, kənd təsərrüfatı düzgün və peşəkarlar tərəfindən idarə olunmur. Azərbaycanın həm dəmyə, həm də suvarma torpaqlarında taxılın məhsuldarlığı çox yüksəkdir. Hökumət çalışmalıdır ki, məhsuldar sortlarla, toxumlarla eyni zamanda peşəkar fəaliyyətlə və aqrotexniki qaydalarla taxılın məhsuldarlığının artımına nail olsun. Beləliklə, Azərbaycanın xaricdən taxıl idxalından asılılığını aşağı salsın. Digər tərəfdən, düşünürəm ki, suvarma probleminin aradan qaldırılması üçün addımlar atılmalıdır. Müasir texnologiyaların ölkəyə gətirilməsi təşviq olunmalıdır və bu da yalnız və yalnız ölkədəki investisiya, biznes mühitinin dəyişməsindən asılıdır. Azərbaycanda əlverişli sahibkarlıq mühiti yaratmaq üçün də islahatlar aparılmalıdır. İlk növbədə məhkəmələrin müstəqilliyi təmin olunmalıdır ki, bura xaricdən investorlar gəlsin. Eyni zamanda dövlət rəqabəti dəstəkləməlidir, tenderlər açıq əsaslarla keçirilməlidir, dövlət sifarişlərinin hesabatlılığı və şəffaflığı artırılmalıdır, korrupsiya və inhisarçılıqla mübarizə güclənməlidir. Qısaca görüləsi işlər çoxdur".

20-08-2022, 22:07 284

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964