"Oğlum əfsanəvi bir qəhrəman idi.." - Əli Nur ilə müsahibə

Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti Əli Nurun şəhid olan oğlu Rövşən Nurzadə ilə bağlı sia-ya müsahibəsini təqdim edirik:
- Oğlunuz Rövşən Nurzadə necə bir insan idi?
- Oğlum əfsanəvi bir qəhrəman idi, əfsanəvi... İgid, cəsur, vətənpərvər, dövlətpərvər, ailəcanlı, şirincanlı, valideyncanlı qəhrəman bir oğlan idi.
- Oğlunuzla bağlı ən yaddaqalan xatirələrinizdən danışardınız.
- Onun dünyaya gəlməsi təsadüf yox, zərurət idi. Qəribə bir vaxtda dünyaya gəldi.
Mən o vaxt Sumqayıt Dram Teatrında çalışırdım. Erməni yazıçısı Aromaşad Papayanın "Parisi-kürəkən" tamaşında baş rolu oynayırdım. Həmin vaxt bilet yox idi, bütün biletlər satılmışdı. Teatrın keçmiş direktoru, baş rejissoru, xalq artisti Ağakişi Kazımov gələndə ona yer yox idi. Qəflətən xəbər yayıldı ki, müəllifİrəvandan uçub Bakıya, Bakıdan isə Sumqayıta gəlib kassirə yaxınlaşıb ki, mənə bilet ver. Deyiblər ki, bilet yoxdur. O, bir çəngə pul çıxarıb atıb ki, mənə bilet ver.Yoldaş bilet yoxdur, deyiblər. Deyib - mən bu əsərin müəllifiyəm. Direktora xəbər ediblər, direktor onu aparıb birinci yerdə kimisə qaldırıb onu oturdub. Tamaşanın fasiləsində Rövşənin anası xəstəxanada idi. Bizim aktrisa Sevil Məhərrəmova mənə yaxınlaşdı ki, muştuluğumu ver, oğlun olub. Rövşən belə bir vaxtda, şəraitdə, belə bir anda dünyaya gəldi... O uşaqkən belə qorxmaz, cəsur uşaq idi. Sumqayıtda 31 saylı məktəbdə oxuyarkən 9-cu sinifdən Qarabağa könüllü getmişdi. Məktəbdə qızlı-oğlanlı, hamısı ona yol tədarükü görmüşdülər. Direktor Oqtay müəllim bunu mənə xəbər verdi. Onu saxladıb soruşublar ki, - sən kimsən, deyib ki, - tələbəyəm, xalamgilə gəlmişəm. Əslində, bizim Qarabağda heç bir qohumuz yox idi. Ona deyiblər ki, - sən şagirdsən, filankəssən, adın Rövşəndir, soyadın Nurzadədir. Deyib, - bəli. Aktyor Əli müəllimin oğlusan?, - deyib - bəli. Soruşublar ki, nə lazımdır? Deyib - düşmənlə vuruşmağa gəlmişəm. Uşağın arzusu olaraq əlinə avtomat alıb, tankın üstündə fırlanıb gəlib. Daha sonra bir mayor gətirib onu məktəb direktoruna təhvil verib. Orta məktəbi bitirdikdən sonra arzusu hərbçi olmaq idi. Özümün də hərbə çox marağım olub. O, Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdi. 1998-ci ildə Qarabağda 190 saylı hərbi hissəyə rota komandiri olaraq getdi. Orada 5 il fəaliyyət göstərdi. Mən onu oradan çıxardım. Səbəb isə oradakı vəziyyətin ağırlığı idi. Sonra ikinci iqtisadi təhsil aldı, iqtisadiyyat sahəsində çalışdı.
- Rövşən Nurzadə necə şəhid oldu?
- İkinci Qarabağ müharibəsi başlamadan öncə oğlum ancaq zabitlərlə görüşürdü, onlarla oturub-dururdu, onlarla çay içirdi, onlarla dərdləşirdi. Mübariz İbrahimov şəhid olanda o çox sarsıntı keçirdi. Kaş mən onun yanında olaydım, -dedi. Polad Həşimov şəhid olanda oğlum kədərləndi və dedi ki, - mən Poladla bir sinifdə oxumuşam, heyif Poladdan...
İkinci Qarabağ Savaşı başlayanda o könüllü döyüşə getdi. Yasamal rayonunun hərbi komissarlığı ilə telefonla danışıb, - müharibəyə bizi nə zaman aparacaqsan? Müharibə qurtarandan sonra? Orada kiçik yaşlı uşaqlar mənfur düşmənlə vuruşa bilməz. Oraya mənim kimi təcrübəli zabit lazımdır, - deyib. O özü ilə beş zabit apardı. Gedən kimi döyüşlərə qoşuldu. Böyük komandir oldu. Cəbrayılda səs yazısı var: "Mən artıq Cəbrayıldayam. Cəbrayılda, Qubadlıda döyüşdü. Qubadlıda onun çoxlu videogörüntüləri var. Noyabrın ikisində səhər tezdən gecə 1-ə, 2-ə kimi mənimlə danışdı. Dedi ki, - biz Cəbrayıldayıq. Cəbrayılı alıbsız? Niyə gəlmirsən Cəbrayıla? - deyə soruşdum. Dedi: "Harasa gedəcəyik. Hara gedəcəyini soruşanda - hərbi sirrdir, bunu demək olmaz, - deyə bildirdi. Onlar Şuşanı azad etməyə gedirmiş. Ayın 3-ü səhər tezdən Şuşada Daşaltı tərəfdən döyüşə başladılar. Zabitlərin dediyinə görə, ümumi komandanı Rövşən əlinə almışdı. Noyabrın 3, 4, 5, 6-sı şiddətli döyüşlər getdi. Məqsəd Şuşada olan ermənilərin bütün diqqətini cəlb etmək, arxadan isə bizim xüsusi təyinatlı ordu qayalara, dağlara dırmanıb Şuşaya girmək idi. Qəflətən mərmi düşür onun əsgərləri yaralanır. Bir neçə zabit içərisində oğlum da yaralanır. Onu soyundururlar, qanını filan silirlər. Özünə ağrıkəsici morf-filan vurdurur. Buna deyirlər ki, komandirsən, geri qayıt. Yox, birimiz canımız, birimiz qanımızla almalıyıq qələbəni. Mən Şuşaya gedirəm, - deyib. Noyabrın 6-sı Şuşanın girəcəyində onu yaxın məsafədən snayperlə sağ çiynindən iki güllə ilə vururlar. Güllənin biri qolunun altından çıxır, digəri isə onun ürəyinə, ciyərinə işləyir. 45 dəqiqə sonra çavuş Sərxanın qucağında dünyasını dəyişir. Dünyasını dəyişərkən son sözü bu olur: - Sərxan, biz bu qədər vuruşa-vuruşa yol gəlmişik. İndi bizim ölməyə ixtiyarımız yoxdur. Oğlum orada şəhid olur. Oğlum qəhrəman bir oğul idi.
Aşıq Ələsgər demiş: "Özün getdin, sözün qaldı dünyada".
Rövşən və Rövşən kimi bütün komandirlər, əsgərlər boyunlarına kəfən dolayıb döyüşə getdilər. Onların məqsədi Azərbaycanın bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına iştirak etmək idi. Azərbaycan torpaqlarını düşməndən təmizləmək uğrunda qəhrəmancasına vuruşmaq idi. Qəhrəmancasına da vuruşdular. Onlar hamısı qəhrəman idilər. Bilə-bilə Vətəni mənfur düşməndən azad etmək üçün şəhid oldular.
Bu, birinci ailə tərbiyəsindən, ikinci vətənpərvərlikdən, üçüncü dünyagörüşünün saflığından irəli gəlir. O gedərkən dedim ki, müharibə uzana bilər. 30 ildir, Birinci Qarabağ Savaşı uzanıb. Ata, sənin və xalqımızın xəbər yoxdur ki, Cənab Prezident İlham Əliyev elə bir müzəffər ordu düzəlib, biz üç, dörd həftəyə Qarabağı, bir həftəyə Zəngəzuru xilas edib, erməniləri mühasirədə saxlayacağıq ki, gələcək nəsillərə problem yaratmasın, - dedi. Oğul, elə isə halal olsun sənə get, - dedim. O getdi, qəhrəmancasına şəhid oldu.
Onun cənab Prezident İlham Əliyev tərəfindən 5 medalı, bir ordeni var. Azərbaycan bayrağı ordenidir. Yeni Yasamalda onun adına küçə qoyulub. Rövşən Nurzadə adına küçə. Onlar Vətən, Azərbaycanın bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşdülər və şəhid oldular. Şəhidlik müqəddəslikdir. Şəhidlik ucalıqdır. Şəhidlik vətənə olan borcdur. Rövşən namusla, qeyrətlə onu yerinə yetirdi.
- Oğlunuz ailədə ən çox kimə bağlı olub?
- Rövşən ən çox anasına, bir də kiçik oğlu Kənana bağlı olub.
- Dostları Rövşən Nurzadə haqqında hansı xatirələri bölüşüb?
- Dostları onun haqqında sonsuz xatirələr danışırlar. Onun zabit, əsgər yoldaşları bildirir ki, bütün döyüş ərəfəsində, müharibə başlayandan Rövşən bizə səhərə qədər qəhrəmanlıqdan, yeri gələndə Vətən uğrunda şəhid olmaqdan, Vətəni xilas etməkdən danışaraq, bizi qəhrəmanlığa səsləyirdi. O, hətta arxa cəbhədə olanda müəyyən problemlər olurdu ki, kiminsə uşağı, qohumu probleml yaşayırdı. Həmin dəqiqə Rövşənə bildirirdilər. Rövşən o məsələni müsbət yöndə həll edirdi. O, çox xeyirxah bir uşaq idi, o özü üçün deyil, sevdikləri, dostları üçün yaşadı.
- Hərbi xidmətə getməyi çoxmu sevirdi?
- Bəli, könüllü, qəhrəmancasına hərbi xidmətə yollandı.
- Bu yaşadıqlarınızdan sonra səhnəyə çıxmaq gücünü özünüzdə necə tapırsız?
- Bu, mənim peşəmdir. Sənətimdir. Biz o ağrıları, kədəri bir tərəfə qoyuruq. Tamaşaçı maraqlanmır ki, sən kimisə, əzizlərini itirmisən.
Bizim üçün böyük bir qələbədir ki, bizim Ali Baş Komandan dünyanın fatehi, sərkərdəsi oldu. 300 ilə yaxın bir müddətdə heç vaxt Azərbaycanın itirilən torpaqları geri qayıtmadı. Cənab Prezident müzəffər ordusu isə bütün itirilən torpaqları geri qaytardı. Hələ onun böyük planları var. Qarabağda tikintilər, Füzulidə, Laçında böyük aeroport tikildi. Erməni bundan sonra başını qaldırsa, onun başına yumruq dəyəcək. Siz bilin ki, yer üzündə 200 dövlət var, onun 195-i erməninin tərəfində idi. Cənab Prezident onların 195-nin də təpəsinə "Dəmir Yumruğ"u vurdurdu. Hamısını lal edərək susdurdu. Bu, Azərbaycan xalqının qəhrəmanlığı idi, bundan böyük qəhrəmanlıq ola bilməz.

4-12-2023, 14:00 197

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903