Hafizəni yaxşılaşdırmağın 10 sadə üsulu- İsrailli mütəxəssis


"Cəmi 8 saniyə ərzində oksigen azlığından sonra insan huşunu itirir, 4 dəqiqə ərzində oksigenin olmaması beyinin ölümünə səbəb olur..." "İmtahandan öncə gecələr   qızğın əzbərçilik yaxşı nəticələrə gətirib çıxarmayacaq..." "Əl ilə qeydlər klaviaturada yazmaqdan daha səmərəlidir..." Hafizəmiz necə işləyir? Nədən məlumatın birini daha yaxşı yadda saxlayırıq, digəri hafizəmizdən silinir? İsrailin "Şiba" xəstəxanasından neyrocərrah Lion Unger beynin işinin necə gücləndirilməsini izah edib. Sumqayit.tv xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb. Hafizə insan həyatının ən mühüm komponentidir. "İnsanın baş verənlərdən xəbərdar olması və onu anlaması, habelə zaman və məkanda oriyentasiyası üçün hafizə lazımdır, - neyrocərrah, doktor Unger deyir. Hafizə insan şəxsiyyətinin əsasıdır, insanın kim və nə demək olduğunu, harada olduğunu, ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduğunu anlamağa imkan verir. Mükəmməl hafizə olmadan biz bu vəzifələrin öhdəsindən gələ bilməzdik. Təkamül nəticəsində insanın özü barədə təsəvvürlərini möhkəmləndirmək üçün inkişaf etmiş hafizəyə ehtiyacı olub". Hafizəni yaxşılaşdırmaq üçün 10 məsləhət Bütün dünyada beynin fiziologiyasının tədqiqatı göstərib ki, sağlam həyat tərzi bütün orqanlar üçün faydalıdır, beyin də istisna deyil. Həkimlər və tibb işçiləri hafizəni qorumaq və yaxşılaşdırmaq üçün aşağıdakıları tövsiyə edir. 1. Sağlam həyat tərzinə riayət edin Beyin oksigen çatışmazlığına çox həssasdır. Cəmi 8 saniyə oksigen azlığından sonra insan huşunu itirir. 4 dəqiqə ərzində oksigenin olmaması beynin ölümünə səbəb olur. Beyni oksigen azlığı vəziyyətində saxlayan hər bir şey hafizəni pisləşdirir.  Bədən tərbiyəsi, düzgün qidalanma, qanda şəkər və lipidlərin normal miqdarının saxlanılması, normal arteriyal təzyiq, siqaret və spirtli içkilərdən sui-istifadə edilməsindən imtina beynin işini və hafizəni yaxşılaşdırır. 2. Unutqanlıq zamanı analiz verin Əgər siz materialın öyrənilməsində problemlərlə üzləşirsinizsə, həkimə müraciət etmək lazımdır və o, sizi analizlərə göndərəcək. Hafizəyə bir çox amillər, o cümlədən dəmirin və D vitaminin qıtlığı, qalxanabənzər vəzin disfunksiyası, iltihabi proseslər və xroniki xəstəliklər təsir edir.  3. Kifayət qədər yatın İmtahanlar və başqa mühüm hadisələrdən öncə keçirilən stres yuxusuzluq yaradır. Yuxu təkcə yorğunluğu aradan qaldırmaq üçün deyil, hafizəni normada saxlamaq üçün vacibdir.  Tədqiqatlar göstərib ki, imtahanlardan öncə az yatan tələbələr daha aşağı qiymət alıb. İmtahandan öncə gecələr qızğın əzbərçilik yaxşı nəticələrə gətirib çıxarmır.  4. Sakitləşməyi öyrənin Stres hafizə ilə bağlı problemlərin başlıca səbəblərindən biridir. Kortizol stres hormonu təlimi pisləşdirir, diqqəti cəmləşdirmək üçün lazım olan dofamin kimi neyromediatorların funskiyasını pozur. Stres təkcə təlimə deyil, həm də informasiyanın hafizədən çıxarılmasına mane olur. Əgər əsəbiliyin öhdəsindən gələ bilmirsinizsə, alternativ təbabət metodlarını sınamaq, psixoloqla və ya ailə həkimiylə məsləhətləşmək lazımdır.  5. Məlumatı qaydaya salın Məlumat nə qədər qaydaya salınacaqsa, bir o qədər yaxşı yadda qalacaq. Bəziləri böyük həcmdə məlumatları cədvəllər formasında təqdim edildikdə daha asan yadda saxlayır, kimsə uzun mətnləri öz sözləri ilə ifadə edir, digərləri mətndəki mühüm yerləri qeyd edir. Hər kəs yadda saxlamağın rahat olması məqsədilə informasiyanın qaydaya salınması üsulunu özü üçün tapmalıdır. Və bu, zehni işdə nəticələrə müsbət təsir edəcək.  6. Qeydiyyatlar aparın Heç demə əl ilə qeydiyyat aparmaq yadda saxlamağa kömək edir. Tədqiqatlar göstərib ki, əl ilə qeydlər klaviaturada yazmaqdan daha səmərəlidir. Əl ilə yazdıqda beynin hərəki, diqqət və hafizə mərkəzləri işə düşür ki, bu da informasiyanın mənimsənilməsi və saxlanılmasına kömək edir. Tədqiqatlar göstərib ki, dəftərlərində, yaxud yazı taxtasında yazan məktəblilər dinləyən və məlumatları kompüterə daxil edənlərə nisbətən mətnləri daha yaxşı yadda saxlayır.  7. Ucadan danışın Tədqiqatlar göstərib ki, nitq və onun dinlənilməsi informasiyanın hafizədə uzun müddət saxlanılmasına kömək edir. Ehtimal ki, bu, beynin həm də hafizəni tənzimləyən sahələri ilə bağlı olan nitq mexanizmlərinin yadda saxlanılması və işlədilməsinə kömək edən təkrarla bağlıdır. Təcrübələr bu metodun düzgünlüyünü göstərib. 8. Materialı təkrarlayın Bu, aktyorlara daha yaxşı məlumdur. Onların məşqləri roldakı mətni yaxşı yadda saxlamağa kömək edir. Hətta o qədər kömək edir ki, aktyorlar bir neçə tamaşada paralel iştirak edə və mətni çaşdırmaya bilir. Eyni mətnin bir neçə ay ərzində təkrar oxunması onu hafizədə uzun müddət möhkəmlənməsinə kömək edir. 9. Vizual üsulları tətbiq edin Bunlara xəritələr, qrafiklər, çertyojlar və s. aiddir. Onlar məlumatı asanlaşdırır, onu anlamağa və yadda saxlamağa kömək edir. Bu həm də lazımi məqamda informasiyanı hafizədən çıxarmağa kömək edir. Təlim zamanı beynin görmə mərkəzlərinin digərləri ilə eyni zamanda işə düşməsi informasiyanın daha səmərəli saxlanılmasına kömək edir. 10. Qeyri-adi assosiyasiyalar formalaşdırın Anatomiya fənnini öyrənən zaman ali tibb məktəblərinin tələbələrinə sümüklərin? əzələlərin, damarların və s. hər hansı məntiqdən uzaq olan uzun siyahılarını mexaniki şəkildə əzbərləmək lazım gəlir. Bütün bunları yadda saxlamaq üçün onlar maraqlı asosiyasiyalar formalaşdırır. Onlar nə qədər qeyri-adi olarsa, informasiya beyinə daha möhkəm hopur. Asosiyasiyaları nə ilə istəsəniz səslərlə, qoxularla və başqa şeylərlə düşünə bilərsiniz. Bu, informasiyanı hafizədə saxlamağa və lazımi məqamda onu oradan çıxarmağa kömək edəcək.

3-05-2023, 11:56 261

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081