Qida məhsulları bahalaşacaq? - ARAŞDIRMA - FOTO



Ötən gün “Azersun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda irimiqyaslı yanğın baş verib.

Yanğın bir gün sonra səhər söndürüldüyündən miqyasının nə dərəcədə dəhşətli olduğu hər kəsə bəllidir. Bu səbəbdən yanğından sonra yaşanacaq fəsadlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. 
Belə ki, məlum yanğın ölkədə əsas qida tədarükçüsü olan şirkətlə bağlıdır. Cəmiyyətdə qiymət artımı və qida məhsullarında çatışmazlıq ola biləcəyinə dair narahatlıq yaranıb. 
Sosial şəbəkələrdə bu istiqamətdə artıq müəyyən fikirlər, proqnozlar səsləndirilir.
Məsələ ilə bağlı ekspertlərin proqnozlarının daha məqbul olacağını düşünərək iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrəndik. 

Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, duru yağların qiyməti son dönəmlərdə sürətlə artıb:
“Ümumdünya Ticarət Təşkilatının statistikasına görə, 2016-cı il ilə müqayisədə duru yağlar dünyada 2,5 dəfə bahalaşıb. Təkcə Azərbaycanda deyil, dünyada belədir. Artım xüsusilə duru yağların – qarğıdalı, günəbaxan, palma, soya, zeytun və s. - qiymətində özünü büruzə verir. Ukrayna-Rusiya müharibəsi başlayanda duru yağların bahalaşması daha çox müşahidə edildi. Çünki günəbaxan yağının dünyada əsas ixracatçılarından biri Ukraynadır. Qarğıdalı yağının ixracatçısı kimi də əhəmiyyətli rol oynayır. Bu səbəblə tək mart ayında duru yağlar dünya bazarında 23,2 faiz bahalaşıb, qlobal miqyasda. Bu bahalaşma Azərbaycana da təsir edir və edəcək. Bahalaşma hələ tam olaraq bazarda oturuşmayıb”.
Ekspert deyir ki, Azərbaycanda 2020-ci il üzrə 75 min ton duru yağ istehsal edilib, 162 min ton idxal və 22 min tona yaxın duru yağ isə ixrac edib:
“İxracdan idxalı çıxsaq, ölkədə xalis duru yağ idxalı 140 min tondur. Ölkədə istifadəsinə baxanda isə bunun yarısından çoxu idxal edilir, 75 min ton isə istehsal edilir. Yəni bazarın təxminən 35 faizini (üçdən biri) yerli istehsal təmin edir”.
Yerli istehsalda “Azersun Holdinq” MMC-nin xüsusi rolunu vurğulayan, Bakı Yağ Zavodunun bu məsələdə əsas əhəmiyyəti olduğunu deyən ekspert baş verən yanğının yerli bazara təsirsiz ötüşməyəcəyinə diqqət çəkib:
“Azersun” “Gülüm”, “Möcüzə”, “Final”, “Teksun” markaları altında bir çox günəbaxan, qarğıdalı, zeytun yağlarını istehsal edərək bazara buraxır. “Azersun”un duru yağlarla bağlı bazarda əhəmiyyətli rolu var və onun ehtiyatlarının yanaraq kül olması, sözsüz ki, xoş xəbər deyil.
Təbii olaraq, bu, bazar üçün qiymət artımı deməkdir. Daxili istehsal olmadığından idxala üstünlük veriləcək. Belə olan halda isə 23 faizlik bahalaşmanı sürətlə hiss edəcəyik. Yerli bazarda artım ehtiyatlı şəkildə, nəzarət altında və əhaliyə ciddi təsir etməyəcək tərzdə artırılırdı. Bu bahalaşma dünyada baş verən prosesdir, sadəcə vəziyyət nəzarətdə saxlanmağa çalışılırdı. Lakin idxaldan asılılıq özünü qiymət artımı şəklində mağazalarda göstərəcək”.

29-04-2022, 15:30 504

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101