Gülbekyan, Gülnəzəryan, Gözəlyan və Hunanyan adlarının alban mənşəyi



Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli gül və titul, rütbə, mənsəb bildirən bəy/bek komponentlərindən yaranmış mürəkkəb Gülbəy/Gülbek şəxs adından ü-u əvəzlənməsi ilə düzəldilmişdir.


Kazbek dağı və Kazbek şəxs adlarıyla müqayisə etmək olar. Gülbekyan soyadını əmələ gətirən Gülbəy//Gülbek sözü gülən bəy, gül kimi gözəl, qəşəng bəy, əshabələri ilə yaxşı münasibətdə olan bəy anlamına gəlir. Gül sözü mürəkkəb şəxs adlarının düzəldilməsində mühüm rol oynamışdır: Gülxar, Gülnaz, Gülsənəm, Gülyaz, Gülcahan, Gülbahar, Gülnar, Gülağa, Gülbala, Səməngül, Güllər, Gültəkin, Qızılgül və s.
Gülnazaryan:
Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli gül sözündən və Nazar//Nəzər şəxs adından yaranmış Gülnəzər şəxs adından ə-a əvəzlənməsi ilə düzəldilmişdir. Mənası “xoş nəzər”, “mehriban nəzər”, xeyirxah baxış” anlamlarına gəlir.
Erməni dilində gül komponentli Gulbekyan, Gulumyan, Gulumcanyan, Guluncyan və s. erməni soyadları ilə müqayisə oluna bilər.
Gül sözü dilimizdə də mürəkkəb şəxs adlarının düzəldilməsində mühüm rol oynamışdır: Gülxar, Gülnaz, Gülsənəm, Gülyaz, Gülcahan, Gülbahar, Gülnar, Gülağa, Gülbala, Səməngül, Güllər, Gültəkin, Qızılgül və s.
Gözalyan:
Bu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli “gözəl” sifətindən yaranmış Gözəl şəxs adından ö-o//u, ə-a//e əvəzlənməsi ilə düzəldilmişdir. Soyadın Güzalyan variantı isə Gözəl şəxs adının ö-ü, ə-a əvəzlənməsi nəticəsində yaranmışdır.
Türk xalqlarının dialektlərində gözəl//güzel// gözel//qüzel formaları vardır və aşağıdakı mənaları bildirir:
1. bütün qaynaqlarda qəşəng, sənəm, cazibədar, cazibəli, göyçək;
2. türkmən, türk, Azərbaycan türkcəsi, qaqauz, qumuq və qırğızlarda – gözəlçə, sənəm, qəşəng;
3. noqaylarda – sevimli, əziz;
4. xüsusi isim – şəxs adı kimi.
M.Ryasanen və A.Zayançkovski “gözəl” sözünün “göz” ismindən düzəldiyini qeyd edirlər. Həmin türkoloqlara istinad edərək demək olar ki, göz ismi gözəl sifətindən öncə yaran mışdır və onu isimdən düzəldilmiş söz adlandırmaq daha düzgün olardı. Ermənicə “gözəl” sirun deməkdir və ermənilərdə Sirunyan soyadlı yoxdur.
Hunanyan:
Hunanyan erməni soyadı qədim türk etnoslarından olan hun türklərinin adına -an cəmlik şəkilçisi əlavə etməklə yaranmış hunlar anlamında Hunan şəxs adından düzəldilmişdir.
Hunan adının “hunlara xas”, “hunlara aid” mənalarını bildirdiyi də iddia olunur.
Bizcə, bu soyadı daşıyan ermənilər IV yüzildə dünyaya meydan oxuyan hunların törəmələridir. Deməli, ermənilərin soykökündə türk hunlar da iştirak etmişlər.
Azərbaycanın Tovuz rayonu ərazisindəki qədim Hunan//Xunan qala-şəhər adı ilə müqayisə oluna bilər. Adın Unan variantına gəldikdə isə, E.Sevortyana görə, Unan şəxs adı, türk dillərinin müxtəlif dialektlərində işlənən -una feilinin əmr formasından -ni şəkilçisinin köməyi ilə düzəldilmişdir. Bəziləri də -una, ona, -unu, -nu komponentlərinin “o” şəxs əvəzliyinin yönlük hal formasından (kimə? – ona) düzəlməsini iddia edirlər. Bizcə, bu iddiaların heç birinin elmi əsası yoxdur. Adın Unan variantı Hunan adından “h” samitinin düşməsi ilə yaranmışdır. Qədim türklərdə quruluşca uyğun gələn Anahun şəxs adıyla da müqayisə etmək olar.

Tarixçi Alim 

Əziz Ələkbərli







22-12-2021, 14:36 409

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086