Təhsil eksperti: Bəzi müəllimlər şagirdlərin dinməz-söyləməz olmasını istəyirlər


Müəllimlərin tədris zamanı yol verdiyi səhvlərdən biri şagirdlərə yanaşma tərzidir. Bəzən müəllimlər düşünmürlər ki, şagirdlər fərdi, müstəqil şəkildə öyrənə bilərlər. Əslində hər şagirdə bir şəxs kimi yanaşmaq daha doğrudur.
Bunu təhsil eksperti Qoşqar Məhərrəmov AZƏRTAC-a müsahibəsində söyləyib.
Ekspertin sözlərinə görə, tədris zamanı digər yanlış cəhət müəllimlərin tədris prosesini çox ciddi şəraitdə qurmağa çalışmalarıdır. Onlar belə zənn edirlər ki, dərs zamanı əylənmək, gülmək olmaz, yalnız ciddi olmaq lazımdır.
“Bəzi müəllimlər istəyirlər ki, şagird heç yorulmasın, onun daxili motivasiyası həmişə yüksək olsun. Partada düzgün otursun, hətta saatlarla otura bilsin, sual veriləndə cavab versin, sual verilməyəndə sussun. Yəni müəllimlər, necə deyərlər, quzu kimi uşaq istəyirlər. Lakin unutmaq olmaz ki, şagirdlərin bir qismi hiperaktiv ola bilər, digər qismi öyrənmə çətinliyi yaşaya bilər, başqa bir qismi isə hansısa xüsusiyyəti ilə daha bacarıqlı ola bilər. Onların fərdi xüsusiyyətlərinin nəzərdən keçirilməsi baxımından ciddi səhvlər olur”, - deyə təhsil eksperti diqqətə çatdırıb.
Q. Məhərrəmovun fikrincə, əgər tədris prosesi uyğunlaşdırılarsa və əyləncəli hala gətirilərsə, şagirdlər fənləri daha yaxşı mənimsəyə və öyrənə bilərlər. Virtual alətlərdən istifadə olunduğu və şagirdin fəallığı nəzərə alındığı zaman daha keyfiyyətli tədris aparıla bilər. Belə olduqda şagirdlərdə dərsə qarşı maraq oyanacaq. Eyni zamanda, mövzuları daha yaxşı mənimsəyəcəklər.
“Müəllimlər elə şərait yaratmalıdırlar ki, şagird yanlış cavab verdikdə özünü sinifdə narahat, zəif, gücsüz hiss etməsin. Hamı özünü arxayın, etibarlı, bullinqə məruz qalmayan bir mühitdə hiss etməlidir. Müəllim belə bir mühit yaratmalıdır”, - deyə Q. Məhərrəmov fikrini yekunlaşdırıb.

5-03-2024, 12:09 182

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041