MİQ imtahanları: müəllimlərin narazılığı əsaslıdır? - Açıqlama


Bu günlərdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.


Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.


İmtahanda iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Bildirilir ki, suallar bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir. Bu səbəbdən də iştirakçılar imtahanda az bal toplayırlar.





Sumqayit.tv xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az-a deyib ki, MİQ imtahanında, xüsusilə də metodikadan olan suallarla bağlı illərdir ki, bir müəllimin kitabı ortadadır:

"Hamı bilir ki, metodika sualları bir kitab üzərindən gedir. Bu kitabı hamı tanııyır. Ölkənin aparıcı bir sahəsində işə qəbul imtahanının biznes xarakterli müəyyən məqsədlərə xidmət etməsi təəssüfedicidir".


Ekspert qeyd edib ki, MİQ müsabiqəsindəki suallar daha çox metodikadan olmalıdır:


"Çünki biz müəllimi işə qəbul edirik. 4 il o sahədə oxuyub, tədris etdiyi fəndən hansısa bir çalışmanı edə bilməsi bizim üçün əsas götürülməməlidir. Daha çox metodiki suallar salınmalı və müəllimin metodiki bacarıqları yoxlanılıb işə qəbul edilməlidir. Bir də psixoloji baxımdan yoxlanılmalıdır. Amma çox təəssüf ki, bizdə müəllimin sağlamlığı və psixoloji durumu yoxlanılmadan işə qəbul olunur. İndi elektron qaydada sənəd qəbulu olduğu üçün burada bəzi məqamlar unudulur".

E.Qafarovun sözlərinə görə, cinayət törətmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilməməlidir:

"Ona görə də düşünürəm ki, müəllimlərin işə qəbulu vaxtı ASAN Xidmətdən məhkumluğun olmaması barədə bir arayış olmalıdır. Cinayət törətmiş insanın müəllim işləməsi nə dərəcədə doğrudur? Bəlkə həmin şəxsin cinayəti cinsi zorakılıq, cinsi istismarla bağlıdır? Belə cinayətləri törədən şəxsin pedaqoji fəaliyyətlə məşğul olması qanunla qadağandır. Sağlamlıq, psixoloji durum və məhkumluqla bağlı məsələlərə diqqət edilməlidir”.

Ekspert əlavə edib ki, hazırda imtahan suallarının 40-ı ixtisasdan, 20-si metodikadandır:

“Fikrimcə, metodikadan 40 sual, ixtisasdan 20 sual salınmalıdır. Çünki biz müsabiqənin sonunda müəllim seçirik. Müəllim də ümumi pedaqoji və metodiki bacarıqlar əsasında müəyyən olunur. Bu riyaziyyatdan hansısa məsələ-misalı, çalışmanı və ya düsturu bilməsi ilə ölçülməməlidir”.




Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, uzun illərdir ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir:

"Bu imtahan obyektiv və şəffaf keçirilməsi ilə yadda qalır. Düzdür, istisna hallarda bəzən suallarda texniki, elmi xətalar olur. Bu da narazılıq yaradır. Amma əksərən imtahan tam obyektiv qaydada keçirilir. Hər kəs əldə etdiyi ümumi nəticə əsasında müvafiq vakant yerlər uğrunda mübarizə apararaq qəbul olduqdan sonra da təyinatını alıb əmək fəaliyyətinə başlayır".


Ekspert qeyd edib ki, son illərdə dəfələrlə imtahandan sonra bəzi müəllimlər tərəfindən müəyyən şikayətlər olur:


"Bu şikayətlər mövzular, suallar çətin olması və.s-lə bağlıdır. Burada imtahan mövzuları və sualların çətinliyi konkret olaraq imtahan verən namizədlərin bilik, bacarıqlarına əsasən müəyyənləşir. Yəni, konkret olaraq, vahid çərçivə, mövzu var və bu mövzular çərçivəsində suallar tərtib olunub imtahanda istifadə edilir. Məsələn, ixtisaslar var ki, namizəd maksimal - 90-95 bal toplaya bilirsə, deməli, burada çətinlik məsələsi əsas deyil. Əgər böyük əksəriyyət 30-40, 50-60 bal toplasa, onda sualların çətin olduğunu deyə bilərik. Amma görürük ki, böyük əksəriyyət yüksək nəticə əldə edir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi konkret mövzuları, o cümlədən sualların tərtibini namizədlərin bilik səviyyəsinə uyğun hazırlamalıdr. Düzdür, bu nəzərə alınır. Amma bundan sonra daha çox nəzərə alınsa, yersiz fikirlər də səsləndirilməz”.

15-08-2024, 13:53 46

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964