Bakını işğal edən sovet generalı – Almanlar özünü vuran Yefremovu ehtiramla dəfn ediblər


Onun tərcümeyi-halında qaranlıq məqamlar çoxdur. Məsələn, Mixail Yefremov imperator ordusunda xidmətə başlayanda bütün sənədlərdə heç də yoxsul olmayan xırda burjua ailəsində anadan olduğunu qeyd edib. 

Sonralar qırmızı orduda xidmətə başlayanda isə özünü fəhlə oğlu kimi təqdim edib. Bu kimi qeyri-dəqiq bioqrofik faktlara çox rast gəlmək olar.
Amma Yefremovun xidməti fəaliyyətində bir fakt tam dəqiqdir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk “Qırmızı bayraq” ordeni (1 nömrəli ulduz) məhz ona təqdim edilib. 13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb. Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb. Əmrdə qeyd edilib ki, XI qırmızı ordunun və Azərbaycan SSR-in dəmir yollarının mühafizəsi qoşunlarının rəisi Mixail Yefremova bu orden Bakının tutulmasında göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib. Hadisələrdən öncə Yefremov XI ordunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib.
Mixail Yefremov 1897-ci ildə Kaluqa vilayətinin Tarusa şəhərində anadan olub. Yeniyetməlik yaşlarından öz şəxsi təsərrüfatlarında atasının yanında işləyib. 1915-ci ildə Yefremov imperator ordusuna hərbi xidmətə çağrılıb. Bir aydan sonra onu Gürcüstana, Telavi şəhərinə gizirlər məktəbində oxumağa göndəriblər. Məktəbi bitirdikdən sonra o, Cənub-Qərb cəbhəsində artileriya divizionunda xidmət edib, I dünya müharibəsinin iştirakçısı olub.
Yefremov 1917-ci ildə ordudan tərxis olunub. Ancaq çox keçməmiş, 1918-ci ildə o, qırmızı ordunun sıralarında yenidən xidmətə başlayıb. Zabit kurslarında, sonralar isə Frunze adına hərbi akademiyada təhsil alıb.
Yefremovun qırmızı orduda ilk xidməti Qafqazdan başlayıb və o, məhz bu bölgədən tanınıb. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın ilk “Qırmızı bayraq” ordenini alan Yefremov bu təltifdən az sonra ikinci dəfə də “Gəncəyə görə” eyni mükafata layiq görülüb. İkinci ordenin arxasında məhz belə də yazılıb: “Gəncəyə görə”.
Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb.
Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağrılıb. Paytaxta axşam saatlaında çatdığından o, Moskva mehmanxanasında yer alıb. Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib. Məsələyə Anastas Mikoyan müdaxilə edib. Onların arasında hələ Bakı hadisələri vaxtından sıx dostluq münasibətləri yaranıb. Nəhayət, Yefremovla son sorğu-sual Mikoyanın da iştirakı ilə Stalinin kabinetində aparılıb. Bundan sonra Stalin onu azadlığa buraxıb. Mikoyanın oğlu Serqo öz xatirələrində bu məsələyə də toxunub:
“Yefremovun azad olunması sırf atamın xidmətidir. Atam onu 1920-ci illərdən tanıyırdı. Onların aralarında yaxın yoldaşlıq münasibətləri var idi. Qafqazda çətin və mürəkkəb inqilabi proseslərdə birlikdə olmuşdular. Sözsüz ki, atam Yefremovun həbsinə imkan verə bilməzdi...”
Sovet-alman müharibəsi dövründə Yefremov 21-ci, 10-cu, 33-cü orduların komandanı olub. General-leytenant rütbəsi daşıyıb.
Yefremov müharibə zamanı daha çox 1941-ci ilin noyabr ayında Nara çayı sahili boyunca alman qoşunları ilə üzbəüz olan 32 kilometrlik zolağın müdafiəsi zamanı yadda qalıb. Vermaxt qoşunları bu ərazini keçdikləri halda Moskvaya istiqamət almaları daha da asanlaşdığından onların qarşısını kəsmək sovet qoşunları üçün vacib sayılıb. 33-cü ordu bu missiyanı lazımi səviyyədə həyata keçirib və almanları geri çəkilməyə məcbur edib. Əslində bu heç də Yefremovun xidməti olmayıb. Georgi Jukov Yefremova güvənmədiyi üçün həmin oktyabr və noyabr günlərində generala 15-dən artıq əmr-təlimat göndərib və əməliyyatları hər dəqiqə öz nəzarətində saxlayıb. Sonralar Jukov 1942-ci ilin yanvarında Yefremov haqqında xasiyyətnamə yazanda aşağıdakı ifadələr də öz əksini tapıb:
“General-leytenant Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir...”
1942-ci ildə keçirilən əməliyytların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqmətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub. Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib. Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib. Bu haqda Stalinə məruzə edəndə o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib.
Buna baxmayaraq, Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu həm canlı qüvvə baxımından, həm də texnika və silah-sursat itkisi böyük itki verib. Yefremov mühasirəyə düşən zaman yararlanıb. Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan uzaq olmaq üçün özünü güllələyib.
Almanlar sovet generalının meyidini tapdıqdan sonra ona fərqli münasibət bəsləyiblər, Yefremovun nəşini meşənin içində atıb getməyiblər. 45 yaşlı Yefremov müharibə dövründə həlak olan yeganə general olub ki, alman zabitləri onu hərbi şərəflə dəfn ediblər. Onun məzarı üzərinə qoyulan xatirə lövhəsində adı, soyadı və rütbəsi isə həm rus, həm də alman dilində yazılıb. Bununla da Bakını işqal edən generalın karyerası intiharla yekunlaşıb.
İlham Cəmiloğu.

18-10-2022, 11:30 232

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964