Məşhur “Doktorskaya”nln tarixçəsi – Mikoyana qalsa, kolbasanın adı “Stalinskaya” olacaqmış



Ölkənin ərzaq təminatı məsələsi bütün dövrlərdə dövlət başçıları üçün əsas məsələlərdən biri sayılıb. Bununla bağlı xüsusi proqramlar qəbul edilib, ölkələr arasında ticarət əlaqələri genişləndirilib, əhalinin ərzaq təminatı məsələsi ilə məşğul olan müvafiq qurumlar fəaliyyət göstərib.
SSRİ-də də ərzaq təminatı sovet liderlərinin həmişə diqqət mərkəzində saxlanılıb. Düzdür, sovet dövrünün ayrı-ayrı vaxtlarında ölkədə ərzaq qıtlığı müşahidə olunub, hətta bu qıtlıqla bağlı talon sisteminə də keçilib. Amma bu çatışmazlığa baxmayaraq ərzaq məhsullarının keyfiyyətinə xüsusi diqqət yetirilib. Stalinin hakimiyyəti dövründən başlamış Brejnevin baş katib olduğu illərə qədər birincilər yeyinti sənayesi müəssisələrinə tez-tez baş çəkiblər, yerli istehsalın daha keyfiyyətli olması üçün bütün lazımi tədbirləri həyata keçiriblər. Həmçinin bu sahədə siyasi liderlərin öz təklif və təşəbbüssləri də olub.
554354730743.0004-1200x.jpeg (229 KB)
Belə təşəbbüslərdən birini də 1935-ci ildə Stalin irəli sürüb. Həmin ilin dekabr ayında Mərkəzi Komitədə ərzaq təminatı ilə bağlı keçirilən müşavirədə Stalin müalicə müəssisələri, xəstəxanalar, sanatoriya və pansionatların qida rasionuna kolbasa məmulatlarının daxil edilməsini təklif edib, bunun üçün yeni bir pəhriz kolbasasının hazırlanmasının zəruriliyini vurğulayıb.
Müşavirədən sonra Stalinin təklifi SSRİ Qida Sənayesi Komissarlığında (nazirliyində) geniş müzakirə edilib. Qeyd edək ki, həmin dövrdə bu komissarlığa Anastas Mikoyan rhbərlik edib. Mütəxəssislər yeni pəhriz kolbasasının reseptlərini hazırlayıblar. 1936-cı ildə bütün təqdim olunan reseptlər nəzərdən keçirilib və ümumi rəydən sonra onlardan biri istehsal üçün seçilib. İstehsaldan öncə həmin yeni növ kolbasanın dadına Stalin də baxıb, tərkibi ilə maraqlanıb və məhsulu bəyənib.
mikoyan.jpg (157 KB)
Ərzaq “eksküliziv”ləri ilə həmişə özünü öyən və bununla da Stalinin qarşısında özünü əvəzolunmaz kadr kimi gösrtərmək istəyən Mikoyan kolbasa məsələsində də fərqlənməyə çalışıb. Lazım olan xammallar Moskva Ət Məhsulları Kombinatına verildikdən sonra kolbasanın hansı ad altında buraxılması məsələsi ortaya çıxanda ilk növbədə ölkənin yayinti sənayesinə cavabdehlik daşıyan Mikoyana müraciət edilib. Mikoyan ad seçimində özünü çox da əziyyətə salmayıb. Erməni siyasətçi belə düşünüb ki, pəhriz kolbasası Stalinin təklifi olduğundan məhsulun adını da “Stalinskaya kolbasa” qoysunlar.
Ad məsələsi bir neçə yüksək ranqlı dövlət məmuru arasında qeyri-rəsmi şəraitdə müzakirəyə səbəb olub. İlk etirazı “NKVD”-yə yeni komissar təyin olunmuş Nikolay Yejov bildirib:
- Anastas İvanoviç, Stalinin adının qarşısında yalnız Leninin adı ola bilər. Mən kolbasaya Stalinin adının verilməsinin qəti əleyhinəyəm və yəqin ki, o özü də buna razılıq verməz.
kolbasa_doctorskay.jpg (84 KB)
Vyaçeslav Molotov da Mikoyanın təklifinə qarşı çıxıb və bu ada siyasi don geyindiriləcəyini bildirib:
- Əslində təklif Stalin tərəfindən olduğu üçün bu adı vermək olar. Amma gəlin məsələyə bir az ətraflı yanaşaq. Sabah qərb mətbuatı haqqımızda nələr yazacaq? Bunu düşünmüsünüzmü? Stalin və kolbasa... Haqqımızda lətifələr də qoşacaqlar...
Həmkarlarının etirazları Mikoyanı ad məsələsindən çəkindirib. Düşünüb ki, Stalin də onlar kimi fikirləşə bilər və bu da onun qəzəbinə səbəb olar. Ümumi müzakirələrdən sonra qərara alınıb ki, yeni növ pəhriz kolbasasının müalicə müəssisələrində qida rasionuna daxil ediləcəyindən ona “Doktorskaya” adı verilsin. Stalinin özü də bu adı məqbul sayıb.
“Doktorskaya” kolbasası çox qısa bir zamanda öz dadı və keyfiyyəti ilə tanınıb. 1936-cı ildən istehsal edilən bu məhsul müalicə müəssisələri ilə yanaşı ərzaq mağazalarında da satışa buraxılıb. Kolbasa mağazalarında bu məhsul üçün həmişə uzun-uzadı növbələr yaranıb.
8fl5354bfc01de85_1024.jpg (113 KB)
Qeyd edək ki, “doktor” kolbasası mağazalarda öz maya dəyərindən ucuz qiymətə satılıb. Əhaliyə 2 rubl 20 qəpiyə satılan bu məhsulun maya dəyəri 2 rubl 75 qəpik olub. Mikoyan qiymət artımı etmək istəyəndə Stalin buna imkan verməyib:
“Vətəndaş müharibəsindən və çarizm despotundan əziyyət çəkən, aclıq görən insanlar keyfiyyətli məhsullarla qidalanmalıdırlar. Buna görə “doktorskaya” kolbasasının qiymətini sabit saxlamaq lazımdır. Biz digər ərzaq məhsullarından əldə etdiyimiz gəlirin cüzi bir hissəsini bə məhsulun istehsalına yönəltməklə qiyməti sabirt saxlaya bilərik...”
108b4e90b67c3c3034583e9fb80d385c.jpg (121 KB)
SSRİ süquta uğrayana qədər sovet vətəndaşları üçün bu kolbasa növü ən tələbatlı ərzaq məhsullarından biri sayılıb. Uzun illər kolbasanın reseptində heç bir dəyişiklik edilməyib. Yalnız 1977-ci ildə onun tərkibinə az miqdarda un və kraxmal əlavə olunub və istehlakçılar bu fərqi hiss ediblər.
Müasir dövrümüzdə də ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda da Stalinin təşəbbüsü ilə ərzaq menyusuna daxil edilən “doktor” kolbasası ən çox istifadə edilən ərzaq məhsullarından biridir. Amma sözsüz ki, bu gün satışda olan “doktorskaya” sovet dövründə keyfiyyət nişanı ilə vətəndaşlara satılan məhsuldan dadı və keyfiyyəti ilə fərqlənir.

Musavat.com

20-12-2022, 16:58 182

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903