Şəhriyar Məmmədyarovun doğum günüdür


Azərbaycanın ikiqat dünya çempionu tituluna sahib olan şahmatçısının doğum günüdür.
Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub. Burada 23 nömrəli məktəbi bitirib. 1993-cü ildə atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar özünün ilk şahmat məşqçisi Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.
O, 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək qalib olur. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerin sahibi olur. 1997-ci ildə Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək ikinci yerə çıxır. Bir il sonra Ş.Məmmədyarov Azərbaycan çempionatında ikinci yerə sahib olaraq, Avstriyada keçirilən Avropa çempionatında iştirak hüququ qazanır. O, həm də Azərbaycanın Zaqatala şəhərində keçirilən uşaqlar arasında Dünya Olimpiadasında 2-ci yerə çıxmaqla Azərbaycan milli komandası tərkibində iştirak hüququnu qazanır. Şəhriyar Məmmədyarov Türkiyədə keçirilən uşaqlar arasında Dünya Olimpiadasında öz lövhəsində gümüş medalın sahibi olur və bununla beynəlxalq turnirlərdə birinci müvəffəqiyyətini qeyd edir.
2000-ci ildə Şəhriyar Məmmədyarov 16-18 yaşadək Azərbaycan Şahmat Çempionatının qalibi, 2001-ci ildə Bakıda keçirilən gənclər arasında Avropa şahmat çempionatında gümüş medalın sahibi olur.
O, 18 yaşadək Avropa Şahmat Çempionatında 11 xaldan 10-nu yığaraq rekord vurur. 2003-cü ildə Məmmədyarov Azərbaycanın Naxçıvan Muxtar Respublikasında keçirilən U20 Dünya Çempionatında qızıl medalın sahibi olur. Şəhriyar həmin il dünya çempionatında qızıl medal qazanır. 2004-cü ildə Türkiyədə keçirilən Klublararası Avropa Çempionatında 1-ci lövhədə 1-ci yerin sahibi və “Dubay Open” turnirinin qalibi olur.
2005-ci ildə Məmmədyarov İstanbulda 20 yaşadək gənclər arasında keçirilən dünya çempionatında yenidən çempion titulu qazanaraq, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olan yeganə şahmatçı olur.
2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın üç ən güclüsü sırasında yer alır. O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçıdır. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
2018-ci il ərzində Şəhriyar Məmmədyarov şəxsi yarışlarda “Tata Stil Masters” (13-28 yanvar, Veyk an Zee, Niderland), FİDE Namizədlər (10-28 mart, Berlin, Almaniya), Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkir Şahmat (19-28 aprel Şəmkir, Azərbaycan), Altiboks Norveç Şahmat (27 may-8 iyun, Stavanger, Norveç) turnirləri, Bil Beynəlxalq Şahmat Festivalı (22 iyul-1 avqust, Bil, İsveçrə), Sinkfild Kubokunda (18-27 avqust, Sent-Luis, ABŞ) komanda yarışlarında isə Azərbaycan Milli Komandasının tərkibində 43-cü Dünya Şahmat Olimpiadası (Batumi, Gürcüstan) və “Odlar Yurdu” klubunun tərkibində 34-cü Avropa Klub Kubokunda (Çaldikidi, Yunanıstan) - ümumilikdə səkkiz beynəlxalq turnirdə iştirak edib.
Şəhriyar “Tata Stil Masters”i 8,5 xalla 4-cü bitirib. Bu yarışdakı nəticələrindən sonra dünya reytinq sıralamasında 2-ci yerə yüksəlib. Namizədlər turnirində isə o, üç qələbə, 10 heç-heçə və bir məğlubiyyətlə yarışın qalibi, ABŞ şahmatçısı Fabiano Karuanadan 1 xal az toplayaraq 8/14 xalla turniri ikinci yerdə bitirib. Nəticədə Şəhriyar dünya çempionluğu matçına gedə bilməyib. O, Altiboks Norveç Şahmat turnirində 3,5/8 xal toplayaraq yeddinci olub.
Bil Beynəlxalq Şahmat Festivalı Şəhriyarın 2018-ci ildə ən uğurlu yarışı olub. Burada o, 9-cu turda dünya çempionu Maqnus Karlsenə ağ fiqurlarla 57-ci gedişdə qalib gələrək 7,5/10 xalla (ümumilikdə beş qələbə, beş heç-heçə) turnirin qalibi olub, həm də şəxsi canlı reytinq rekordunu yeniləyib. Şəhriyar Sinkfild Kubokunda 5/9 xalla 4-cü olub. Bu turnirdə ABŞ şahmatçısı Uesli So üzərindəki qələbəsi ilə diqqət çəkib.
Şahmat Olimpiadası da Şəhriyar Məmmədyarov üçün şəxsi baxımdan yaddaqalan olub. O burada Mixail Adams (İngiltərə), Levon Aronyan (Ermənistan), David Navara (Çexiya) üzərində qələbələr qazanıb.
2018-ci ildə iştirak etdiyi turnirlərdən ən uğurlusu dünya çempionatı olub. Belə ki, çempionatın rapid yarışlarında Şəhriyar 10,5/15 xalla Rusiya şahmatçısı Daniil Dubovdan 0,5 xal az toplayaraq dünya ikincisi olub. Blits yarışlarında isə 13,5/21 xalla 13-cü olub. Şəhriyar 2018-ci ildə Azərbaycanda “İlin idmançısı” adına layiq görülüb.
Şahmat cameəsində “Şah” ləqəbi ilə tanınır. Futbol həvəskarıdır, “Barselona” klubunun azarkeşidir. Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç qrosmeyster yetişdirib: Şəhriyar Məmmədyarov, böyük bacısı Zeynəb Məmmədyarova və kiçik bacısı Türkan Məmmədyarova.
Şəhriyar Məmmədyarov 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qursa da, cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb. 2017-ci ildə ikinci dəfə evlənib. Bu evlilikdən Raul və Həmid adlı iki oğlu var.
Şəhriyar Məmmədyarovun oyun tərzi taktiki və aqressiv olduğu üçün vəzirlə oynamağa daha çox üstünlük verir. FIDE-nin ötən il may ayının 1-nə olan reytinq sıralamasında 2770 ELO xalı ilə yeddinci sırada qərarlaşıb. Ən yüksək canlı reytinqi 30 sentyabr 2018-ci ildə 2826,2 olub. Bu nəticə ilə o, şahmat tarixinin altıncı ən güclü şahmatçısı olub.

12-04-2023, 12:34 99

Digər xəbərlər

Dünən, 15:46
Dünən, 15:39
Dünən, 15:32
Dünən, 11:42
Dünən, 11:38
Dünən, 11:35
Dünən, 11:23
Dünən, 09:32
3-10-2024, 16:19
3-10-2024, 15:44
3-10-2024, 15:38
3-10-2024, 13:06
3-10-2024, 12:31
3-10-2024, 11:36
3-10-2024, 11:30
3-10-2024, 11:27
3-10-2024, 11:20
2-10-2024, 23:42
2-10-2024, 17:28
2-10-2024, 16:55
2-10-2024, 13:06
2-10-2024, 13:03
2-10-2024, 13:01
2-10-2024, 12:57
2-10-2024, 12:51
1-10-2024, 22:46
1-10-2024, 18:40
1-10-2024, 18:32
1-10-2024, 15:47
1-10-2024, 15:46
1-10-2024, 15:43
1-10-2024, 15:29
1-10-2024, 15:26
1-10-2024, 11:27
30-09-2024, 22:29
30-09-2024, 15:58
30-09-2024, 12:52
28-09-2024, 13:18
28-09-2024, 12:05
27-09-2024, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 890