Ramondan Romana qədər – Trotskinin qatilinə “Qızıl ulduz” verən Kreml Krasikovu təltif edəcəkmi?

 



Avqustun 1-də Ankarada baş tutan məhbus mübadiləsi zamanı Rusiya tərəfinin Artyom və Anna Dultsevləri, Vladislav Klyuşini, Vadim Konoşenoku, Vadim Krasikovu, Mixail Mikuşini, Pavel Rubtsov və Roman Seleznyovu geri alıb.
Mübadilə edilənlərin yeddisi casus, biri isə qatildir. Düzdür, Rusiya mediası onların çoxunun “şərlənib” tutulduğunu iddia edir, amma hamı bilir ki, Qərb dövlətlərinin hüquq sistemi bu xüsusda dürüstdür, adamın günahı daşdan keçən dəlillərlə sübut edilməyincə barəsində cəza hökmü verilmir.
RF və dünya mediası daha çox Almaniyada çeçen komandiri qətlə yetirmiş Vadim Krasikovun personasına fokuslandılar, digərləri haqqında informasiyalar o qədər də çox yayılmadı.
RF prezident Vladrimir Putinin aeoportda azad edilənləri şəxsən qarşılayarkən məhz Krasikovla xüsusi iltifat göstərməsi də beynəlxalq medianın diqqətini çəkdi və bəzi KİV qurumları bu məsələdə “gizli bağlılıqlar”, “incə detallar” axtarmağa başladılar. Elə bağlılıq və detallar bəlkə də var, ancaq gerçəklik budur ki, Krasikov dövlətin xüsusi tapşırığını yerinə yetirdiyi, Rusiyanın düşmənlərindən birini öldürdüyü üçün Kremlin və Putinin sevimlisidir. Media da onun “xidmət”ini danmır və sevə-sevə qeyd edir.
Onu cəsarətlə “ikinci Ramon Merkader” adlandırmaq olar. Bilindiyi kimi, Barselonada varlı ailədə doğulan (1913) Ramon Merkader bolşevik inqilabının iki liderindən biri, sovet ordusunun qurucusu Lev Trotskini qətlə yetirməsi ilə məşhurdur.
Bu hadisə 1940-cı ildə Meksikada baş verib. 1937-ci ildə sovet kəşfiyyatı tərəfindən casusluğa cəlb edilən Ramon rezident Naum Eytinqonun rəhbərliyi ilə keçmiş hərbi nazir, 1929-cu ildə SSRİ-dən qovulmuş, 1932-ci ildə sovet vətəndaşlığından məhrum edilmiş, amma Stalinə və bolşeviklərə qarşı mübarizəsini davam etdirən Lev Trotskiyə qarşı hazırlanan sui-qəsdin zərbəçi fiqurantı olub. O, 1939-cu ilin sentyabrında kanadalı iş adamı Frank Ceksonun adına olan pasportla Trotskinin yaxın ətrafına daxil olub, özünü qızğın trotskiçi kimi təqdim edib, onun etibarını qazanıb.
1940-cı il avqustun 20-də Cekson-Merkader məqaləsini Trotskiyə göstərmək istədiyini bəhanə edərək onun yaşadığı villaya gəlib. Trotski yazını oxuyan vaxt Merkader onun başına buz baltası ilə zərbə endirib. Trotski aldığı ağır zərbədən sonra qışqırıb və Ramona hücum edib. Mühafizəçilər qışqırıq səsinə gələrək Merkaderi tutublar və möhkəm döyüblər. Lakin Trotski onu öldürməməyi əmr edib, özü isə ertəsi gün ölüb.
Eytinqon aradan çıxıb və Meksikadan qaçıb. Merkader tam ifşa olunub və ona 20 il həbs cəzası kəsiblər. O, uzun müddət polis həbsxanalarında saxlanılıb, davamlı olaraq döyülməyə və işgəncələrə məruz qalıb. Merkader cəzasını günə-gün çəkib, 1960-cı il may ayının 6-da azad edilib, Kubaya aparılıb, sonra isə gizli şəkildə gəmi ilə SSRİ-yə yola salınıb.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 may 1960-cı il tarixli fərmanı ilə Ramon Merkader - Ramon İvanoviç Lopes “Lenin” ordeni, “Qızıl ulduz” medalı və “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub. Mükafatı ona şəxsən DTK rəhbəri Aleksandr Şelepin təqdim edib.

ramvadrom.JPG (42 KB)
          Ramon Merkader                             Vadim Krasikov                               Roman Seeznyov

Bu, SSRİ-nin öz agentlərini atmadığına, mükafatlandırdığına dair ən parlaq faktdır. Yəqin ki, çox çəkməz, Vadim Krasikov da orden-medalla təltif olunar.
Mübadilə edilən digər şəxslər isə Rusiyanın xeyrinə casusluq edənlərdir.

diles.JPG (43 KB)

Artyom və Anna Dultsevlər 2017-ci ildə Lüdviq Qiş və Maria Mayer-Muñoz adına alınmış Argentina pasportları ilə Sloveniyaya gəlib, orada informasiya texnologiyaları şirkəti yaradıblar. 2022-ci ilin fevralında Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Sloveniya kəşfiyyatı cütlüyü ifşa edib. Onların Rusiyada doğulduqları, Rusiya Xarici Kəşfiyyat Xidmətinin məxfi əməkdaşları olduqları məlum olub. Ər-arvada uzun müddətli həbs cəzası kəsiləcəyi gözlənilsə də, srağagün Lyublyana məhkəməsi onları casusluqda ittiham edərək, 1 il 7 ay həbs cəzasına məhkum edib. Həmin gün onların cəzası bitib və adları mübadilə siyahısına salınıb.
Vladislav Klyuşin 21 mart 2021-ci ildə İsveçrədə, Sion hava limanında saxlanılıb və həmin il dekabrın 18-də ABŞ-a ekstradisiya edilib. Onu bir sıra Amerika şirkətlərinin daxili maliyyə məlumatlarını oğurlamaqda, 2016-cı ildə ABŞ Demokratlar Partiyasının serverlərinə haker hücumlarında itiham ediblər. 14 fevral 2023-cü ildə münsiflər heyəti Klyuşini təqsirli bilib. 2023-cü il sentyabrın 7-də Boston (Massaçusets ştatı) məhkəməsi ona 9 il həbs cəzası verib.
Tallində (Estoniya) anadan olan Vadim Konoşçenok 2022-ci il dekabrın 6-da Estoniyada həbs edilib, 2023-cü il iyulun 14-də ABŞ-a ekstradisiya edilib. ABŞ səlahiyyətliləri onun “Rusiya kəşfiyyatının əməliyyatçısı” olduğunu iddia ediblər. İddialara görə, o, Aleksey Brayman və Vadim Yermolenko (ABŞ-ın daimi sakinləri; 2022-ci ilin dekabrında ABŞ-da həbs edilib) ilə birlikdə işləyib. Onu 30 ilə qədər həbs cəzası gözləyirdi.

Mixail Mikuşin 2022-ci ilin oktyabrında Rusiya hakimiyyətinin göstərişi ilə məlumat toplamaqda şübhəli bilinərək Norveçdə saxlanılıb. Həmin vaxt o, Xose Assis Gimarra adlı braziliyalı kimi universitetdə işləyirmiş. İstintaq müəyyən edib ki, Mikuşin Rusiya kəşfiyyatının qeyri-leqal əməkdaşı olub. 2022-ci ilin oktyabrında o, casusluqda ittiham olunub. 2023-cü ilin dekabrında Norveç mediası yazıb ki, təqsirləndirilən şəxs əslində Mixail Valeriyeviç Mikuşin adlı rus olduğunu etiraf edib.
Moskvada doğulan Pavel Rubtsovun anası ispan olub. 1990-cı illərin əvvəllərindən o, İspaniyada anasının soyadı ilə yaşayıb - Qonsales. 2022-ci ilin fevralında o, Polşada jurnalist kimi ukraynalı qaçqınların qəbulu ilə bağlı vəziyyəti işıqlandırıb. Fevralın 28-də Pavel casusluqda şübhəli bilinərək həbs edilib. Jurnalistin iki pasportunun (Pavel Rubtsov və Pablo Qonsales) olması əlavə şübhələrə səbəb olub. Ona qarşı rəsmi ittihamlar irəli sürülməyib, lakin Polşa qanunlarına görə, o, 10 ilə qədər həbs cəzası ala bilərdi.
Nəhayət, sıra 8-ci məhbusa, 7-ci casusa çatdı. Bu, Roman Seleznyovdur. O, Dövlət Dumasının (RLDP-dən) deputatı Valeri Seleznyovun oğludur. Roman 2014-cü ilin iyulunda Amerikanın kəşfiyyat xidmətləri tərəfindən Maldivdə tutulub, sonra Vaşinqtonun Sietl şəhərindəki həbsxanaya aparılıb. O, 200-ə yaxın Amerika şirkətinin məlumat bazalarını sındırmaqda ittiham olunurdu. 2017-ci il aprelin 21-də Roman 27 il müddətinə azadlıqdan məhrum edilib və 170 milyon dollar ödəməyə məhkum edilib, 2017-ci ilin iyulunda ona qarşı əlavə ittihamlar irəli sürülüb və sonda o, əlavə 14 il müddətinə azadlıqdan məhrum edilib. Mübadilə edilənlərin arasında olmasaydı, Roman Seleznyov ABŞ-də 41 il həbsdə yatacaqdı.
Beləliklə, Rusiya öz killer və casuslarını geri alaraq, bu sahədə işləyənlərə açıq mesaj verdi: “Dövlət hər zaman arxanızdadır, qorxmayın”.
//Musavat.com

3-08-2024, 14:39 187

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083