Sərhədsiz səlahiyyətləri olan DTK generalı – o, Kreml məmurları üçün arzuolunmaz şəxs sayılıb

 

 
Sovet dövründə, xüsusilə də Leonid Brejnev hakimiyyətə gəldikdən sonra baş katib Dövlət Təhlükəsizlik Komitəsinin quruma rəhbər təyin etdiyi Yuri Andropovun səlahiyyətlərini daha da artırıb. Qeyd edək ki, Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sayca dördüncü sədri olub. O, əvvəlki sədrlərdən, İvan Serovdan, Aleksandr Şelepindən, Vladimir Semiçastnıdan peşəkarlığına, vəzifə məsuliyyətinə, dövlət məmurları ilə münasibətdə həssas, pərdəli davranışı ilə fərqlənib. Andropov bütün məsələlərin həllində həmişə ehtiyat variant saxlayıb. Amma bu balanslaşdırılmış siyasət heç də Andropovun xidməti fəaliyyətini problemlərdən tam xilas edə bilməyib. Bu problemləri yaradanlardan biri də elə Andropovun öz müavini, ordu generalı Georgi Sinyev olub. Belə ki, Brejnev Sinyevə qeyri-rəsmi olaraq sərhədsiz səlahiyyətlər verib.
Andropovla dostluq münasibətində olan Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazov öz xatirələrində DTK sədrinin problemləri haqqında aşağıdakıları qeyd edib:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq, xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Hər iki müavini, Semyon Sviqun və Georgi Sinyev Brejnevlə yaxın əlaqədə idilər. Hətta DTK-nın bəzi məsələlərini müavinlər birbaşa Brejnevlə müzakirə edirdilər. Sözsüz ki, subordinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, müavinlərinə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi. Çünki müavinlər Brejnevə Andropovun onlara qarşı münasibətləri haqqında da məlumat verirdilər. Brejnev Andropovun onun “dostlar”ına qarşı xoş münasibətini eşidəndə məmnun qalırdı. DTK-dan Brejnevə daha çox məlumat ötürən isə Georgi Sinyev idi...”

Brejnevlə Sinyevin yaxınlığı haqında baş katibin kürəkəni Yuri Çurbanov da öz xatirələrində yer ayırıb:
“Leonid İliçlə Sinyev arasında heç bir rəsmi münasibətdən söhbət gedə bilməzdi. O, istədiyi vaxt Brejnevin bağına gedirdi, Qalina ilə zarafatlaşırdı, Viktoriya Petrovnanın (Brejnevin həyat yoldaşı) mətbəxinə də ərklə baş çəkirdi. Sonra baş katiblə bir süfrə arxasına keçirdi. Zarafatlaşırdılar, bir-birlərinin sağlığına qədəh qaldırırdılar, daha sonra ciddi söhbətlər başlanırdı. Sinyev DTK-da baş verənlərdən, Andropovun gördüyü işlərdən ətraflı və böyük həvəslə danışırdı. Sonda Brejnev ona növbəti məxfi tapşırıqlarını verirdi...”
Maraqlıdır, Brejnevlə Sinyev arasındakı bu isti münasibətlər haradan qaynaqlanıb?
Brejnevdən bir yaş kiçik olan Georgi Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya institutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.
Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.
1954-cü ildən Georgi Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra o, DTK-da əsas simalardan birinə çevrilib, general-polkovnik rütbəsini alaraq DTK sədrinin müavini vəzifəsinə təyinat alıb.
Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməkdən çəkinməyib. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.

Sinyev təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə qədəh toqquşdurması olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio- video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə də Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlayıb və bununla da yüksək ranqlı dövlət məmurları üçün o, arzuolunmaz şəxsə çevrilib.
Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.
1978-ci ildə, 71 yaşında olarkən Sinyevə ordu generalı rütbəsini Brejnev şəxsən özü təqdim edib. Nitqində problem olan, danışanda çətinlik çəkən baş katib Kremldə keçirilən təqdimat mərasimində Sinyevin xidmətləri haqqında düz 23 dəqiqə nitq söyləyib. Brejnev bu nitqi ilə Kreml məmurlarına dolayısı yolla başa salıb ki, Sinyev adi generallardan biri deyil.
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.

Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafındakılarla  bağlı kifayət qədər materiallar olub və onun istənilən vaxt istədiyi yüksək çinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.
Sinyev yaşına və gərgin xidməti fəaliyyətinə baxmayaraq çox sağlam, gümrah və enerjili bir adam olub. O, bu durumu ilə baş katiblər, Brejnevin, Andropovun,  Çernenkonun dəfn mərasimlərində “yorulmadan” fəxri qarovulda dayanıb.
Nəhayət, Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən altı ay sonra ordu generalı rütbəsində olan Geogi Sinyev DTK sədrinin birinci müavini vəzifəsindən istefaya göndərilib. O, sonrakı fəaliyyətini Müdafiə Nazirliyinin generallardan ibarət inspeksiyasında davam etdirib. Ordu generalı 1996-cı ildə, 89 yaşında vəfat edib.

//Musavat.com

17-08-2024, 13:22 62

Digər xəbərlər

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT: iranlıya görə iki nəfər TUTULDU - VİDEO

Dünyadan hörmətlə köçməyi öyrənməliyik - İBARƏT

Türkmənistan lideri Azərbaycana gəldi

Sumqayıtın bu ərazisində məhəllə komitələrinə seçki prosesi ilə bağlı növbəti görüş keçirilib-FOTOLAR

Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub

Sumqayıtda ev almaq istəyənlərin NƏZƏRİNƏ

Arvadını pəncərədən ataraq öldürən şəxslə bağlı Sumqayıt Məhkəməsinin QƏRARİ

Sabah 40 dərəcə isti olacaq – Sumqayıt və çimərliklərdə hava necə olacaq?

Parisin "sülh göyərçini" təqdimatı: Makron erməni tərəfkeşliyindən əl çəkmir ŞƏRH

Sumqayıtda 16 yaşlı oğlan qadını vurub öldürdü

Sumqayıtda "motoxuliqanlıq" edən sürücü saxlanıldı 

Sumqayıtda mebel fabrikində güclü yanğın nəticəsində, süngər anbarı tamamilə külə döndü

Sumqayıtda 6 gün öncə motosikletin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıt Bələdiyyəsinin sosial yönümlü fəaliyyət planı davam edir: Şəhid Gəray Məmmədov küçəsinə yeni asfalt örtüyü çəkildi-FOTOLAR

Uğurlu layihələrin müəllifi

Sumqayıta hərbi prokuror təyin edildi

Sumqayıtda qadına qarşı zorakılığa görə, məhkəmə hökm çıxardı

Sumqayıtda 21 yaşlı oğlan qonşu qadını bıçaqlayıb

Sumqayıtda ətraf mühitə zərər vuran “Elat" quşçuluq fabriki çayı çirkləndirib - FOTO

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin iki illiyi qeyd olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 966
Bu gün, 18:57
Bu gün, 15:38
Bu gün, 11:17
Bu gün, 10:20
Bu gün, 10:16
Dünən, 18:27
Dünən, 17:51
Dünən, 17:45
Dünən, 17:37
Dünən, 12:52
Dünən, 12:39
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:41
Dünən, 11:38
14-07-2025, 17:14
14-07-2025, 16:58
14-07-2025, 16:55
14-07-2025, 16:33
14-07-2025, 16:25
14-07-2025, 14:18
14-07-2025, 13:08
14-07-2025, 12:37
14-07-2025, 12:22
14-07-2025, 11:51
14-07-2025, 11:34
13-07-2025, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
1 2 3 4 5 6 7 8 9 10 ... 966