Sülhə doğru atılan addımlar

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü fəal xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdə qazandığınüfuz daha da yüksəlməkdədir. Azərbaycan Respublikası dövlətlər arasında mədəni inteqrasiya proseslərinin dərinləşdirilməsində də aktiv iştirak edir. Ölkəmizin paytaxtı Bakı şəhərində, həm də digər regionlarımızda keçirilən tədbirlərdə yüksək səviyyəli təşkilatçılıq dünya dövlətlərinin diqqətini cəlb edir. Artıq belə tədbirlərin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında zəngin bir təcrübə formalaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 may 2024-cü ildə Bakıda təşkil olunmuş “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində etdiyi çıxışında bir çox aktual məsələlərə ətraflı münasibət bildirdi. Dövlət başçımız həmçinin ölkəmizlə bağlı bir çox vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Dövlət başçımız qeyd etdi ki, üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Əvvəlki bütün dialoq forumlarında işğal və ədalətsizlik haqqında danışılıb və bildirilib ki, insanlar bundan əziyyət çəkirlər. Ərazinin 20 faizi demək olar ki, müstəqiliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olan şəhərlər və kəndlər var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, biz səsimizi ucaltmışıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər onların icra olunması üçün heç bir şey etmədilər. Azərbaycan sülhə müharibə yolu ilə nail oldu və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad olundu. Ötən ilin sentyabrında ölkəmiz öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdi. 44 günlük Vətən müharibəsi sona çatdıqdan sonra Azərbaycan Ermənistanla sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü və baza prinsiplərini, sülh sazişinin layihəsini hazırladı. Bəzi dövlətlər Ermənistana dəstək verərək Cənubi Qafqazda qalıcı sülhü əngəlləməyə çalışsalar da hazırda iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar təkliflərin layihəsi üzərində aparılır. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayıb.
Qalib Azərbaycan dövləti öz qalib Lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək beynəlxalq aləmdəki nüfuzunu daha da artırmaqdadır. Artıq Avropa və dünya dövlətləri də yaxşı anlayırlar ki,Azərbaycan sülhə və təhlükəsizliyə, mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. Ölkəmiz aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmağa nail olub. Bütün bunlar isə öz növbəsində müasir dünyada mühüm sabitlik amilidir. //yap.az

6-05-2024, 12:58 310

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903