Biz Qərbi Azərbaycana qayıdırıq...


XIX yüzilliyin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqaz sanki qan çanağına döndü. Digər yandan, 1800-cü illərdə Osmanlı dövlətinin zəifləməsi də Qafqazın türk-müsəlman xalqlarının taleyində faciəli rol oynadı. 
1828-ci ildə Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldılar. O dövrdən başlayaraq İran və Türkiyədən onminlərlə erməninin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirildi.
1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman, tarixi-memarlıq abidələri erməni vandalizminin qurbanına çevrilib.

1988-1991-ci illərdə Ermənistandan 300 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan parlamentinin qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. 
Bəli, zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıb.
Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti və qanı bahasınadüşmən tapdağından azad edildi. 
Prezident İlham Əliyev daim vurğulayır ki, bütün   Azərbaycan ərazisində, eləcə də İrəvanda, Zəngəzurda xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdıqları mədəni irsə sahib çıxmalıyıq. 

Əzəli torpaqlarımızdan zaman-zaman deportasiya edilən, qovulan, müxtəlif zorakı üsullarla çıxarılan Azərbaycan türklərinin bir təşkilatda birləşməsi və mübarizə aparması gözlənilən idi. Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü ideyanı inkişaf etdirən cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstəyini ifadə edərək bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd etdiyimiz kimi, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın qayıdışını daim gündəmdə saxlayır. Məhz buna görə də Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək və soydaşlarımızın rahat həyat şəraitini təmin etmək üçün “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz ad gününü əlamətdar bir hadisə ilə yaddaqalan edir. Məhz ölkə başçımızın 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı.
Biz 30 il işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarımıza 44 gündə qayıtdıq. Artıq növbəti dayanacaq Qərbi Azərbaycandır. Bəli! Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

Lalə Hüseynqızı

QAİ. Sumqayıt şəhər
nümayəndəliyinin qrup 
rəhbəri

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
WE ARE RETURNING TO WESTERN AZERBAIJAN !!!

At the beginning of the 19th century, after the Kurakchay, Gulustan, Edirne and Turkmenchay agreements concluded between Russia, Turkey and Iran, the South Caucasus turned into a blood vessel as a result of the mass transfer of Armenians to the lands of Azerbaijan. On the other hand, the weakening of the Ottoman state in the 1800s also played a tragic role in the fate of the Turkic-Muslim peoples of the Caucasus. 
In 1828 as a result of the Turkmenchay peace treaty, 40000 Armenians were settled in different areas of Azerbaijan. According to the results of the 1829 Edirne peace 90000 Armenians living in the territories of the Ottoman Empire were settled in Azerbaijan. They were mainly settled in the territories of Nakhchivan, Iravan and Karabakh khanates. Starting from that period, the ethnic composition of the population in the region was changed with the transfer of tens of thousands of Armenians from Iran and Turkey to the historical lands of Azerbaijan. 
On May 28. 1918. after the establishment of the state called Armenia in the territory of the former Iravan Khanate and the historical territories of Azerbaijan, our compatriots living there were deported from their historical lands from time to time. Buildings belonging to Azerbaijanis, as well as Turkish-Muslim, historical-architectural monuments in the city of Yerevan, have become victims of Armenian vandalism.
In 1988-1991, about 300000 Azerbaijanis were deported from Armenia. With this the foundation of a mono-ethnic Armenian state was laid in the historical lands of Azerbaijan. After that, by the decisions of the Armenian parliament, the names of settlements belonging to Azerbaijanis, as well as rivers, lakes, and hills, were changed, the historical, material and cultural heritage was completely erased and Armenianized. 
Yes, the aggressor Armenia, which has carried out a policy of genocide against our people from time to time, resorted to the ugliest means to destroy our national-cultural and historical heritage and erase the traces of Azerbaijan from these lands in the 90s of the last century.
Our native lands occupied by Armenia for nearly 30 years were liberated from the enemy at the cost of the bravery and blood of our brave army under the leadership of President, Supreme Commander-in-Chief Muzaffar Ilham Aliyev. 
President Ilham Aliyev constantly emphasizes that we must own the cultural heritage that belongs to our people and was created by our ancestors for thousands of years in the entire territory of Azerbaijan, as well as in Yerevan and Zangezur.
It was expected that the Azerbaijani Turks, who were deported, expelled from our ancient lands from time to time, and expelled by various violent methods, would unite and fight in one organization. Mr. Ilham Aliyev, who developed the idea put forward by the national leader, Great Leader Heydar Aliyev, expressed his support for the activities of the West Azerbaijan Community and highly appreciated the activities of this organization. As we mentioned, the powerful state of Azerbaijan always keeps the return of our compatriots on the agenda. That is why the “Concept of Return to Western Azerbaijan is of great importance in order to restore the right of all Azerbaijanis expelled from Western Azerbaijan to return to their homeland and ensure the comfortable living conditions of our compatriots. The “Return Concept established by the West Azerbaijan Community” is a document that determines the main directions of its activities in this field to ensure the peaceful, safe and dignified return of Azerbaijanis expelled from the territory of present-day Armenia to their homeland.
The attention and care allocated by President Ilham Aliyev to this issue should be specially noted. It should be noted that the President of Azerbaijan Ilham Aliyev makes his birthday memorable with a significant event every time. It is from this type that our head of state met with a group of representatives of West Azerbaijani intellectuals on December 24. 2022 and defined important tasks before them. The opinions expressed by our head of state at this meeting announced the beginning of a new era in the history of our nation. The head of state announced new national strategic goals regarding the return of our compatriots to their native lands.
We returned to our lands of Karabakh and Eastern Zangezur, which were under occupation for 30 years, in 44 days. The next stop is West Azerbaijan. Yes! As we returned to Karabakh and Eastern Zangezur, we will also return to Western Azerbaijan.

Lala Huseyngizi.
WAC. Sumgait city
representative group 
head


8-07-2024, 16:32 715

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903