Fermer məlumatları CATI və CAPI sistemində toplanacaq



Hər bir ölkədə həyata keçirilən aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsirini xarakterizə edən göstəricilər bu siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib indikatorlar sistemidir. Azərbaycanda da həyata keçirilən dövlət dəstəyi tədbirlərinin fermerlərin fəaliyyətinə təsirinin qiymətləndirilməsi, onların ehtiyaclarının müəyyən edilməsi, ümumilikdə isə müxtəlif sektorlar və bazarlar üzrə trendlərin qiymətləndirilməsi məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən mütəmadi olaraq fermerlər arasında sorğular keçirilir, birbaşa məlumatlar toplanır. Bu sorğular hər il orta hesabla 8-12 min fermeri və bazar iştirakçısını əhatə edir.

Sumqayit.tv xəbər verir ki, Sorğuların keçirilməsi, məlumatların toplanması prosesinin təkmilləşdirilməsi məqsədilə artıq ATM-də CATI (Kompüter Telefon Sorğuları - Computer-Assisted Telephone Interviewing) və CAPI (Planşet Sistemli Sorğu - Computer-Assisted Personal Interviewing) sistemlərinin tətbiqinə başlanılıb.
CATI sistemi qruplaşdırılmış nömrə bazası üzərindən telefon vasitəsilə sorğu keçirib anketlərin toplanmasına imkan verir. Bu isə məlumatların toplanması, emalı və analizi prosesinin daha da çevik və keyfiyyətli həyata keçirilməsinə, vaxta və resurslara qənaət edilməsinə şərait yaradır. Bu metodun əsas üstünlükləri mürəkkəb keçidli sualların məntiqi ardıcıllığını təmin edən sorğuların hazırlanması, məlumatların sürətli toplanması, toplanan datanın keyfiyyətinə nəzarət, emal prosesinin asanlığı və vaxta qənaətdir. Həmçinin sistem sorğuların başlama və bitmə müddətinin avtomatik olaraq serverə köçürülməsi, səslərin yazılması, sorğuların internet tələb olunmadan keçirilməsi, keçirilmiş sorğuların günün sonunda toplu halda internet vasitəsilə serverə göndərilməsi kimi texniki parametrlərə malikdir.
CAPI sistemi planşetlər vasitəsilə toplanan məlumatların kompüterlə işlənməsi texnikasıdır, yəni ki, sistem anketlərdən toplanan məlumatların planşetdə istifadə ediləbilən bir proqramın köməyi ilə şifrəli daxilolmasını təmin edir və məlumatların analizə uyğun tərtib olunmasını asanlaşdırır. Bu metod da məlumatların sürətli toplanmasını, toplanan datanın keyfiyyətinə nəzarəti, emal prosesini asanlaşdırmanı, bununla da vaxta qənaəti ehtiva edir. Habelə CAPI sistemi CATI-dən fərqli olaraq GPS modulu vasitəsilə sorğu keçirilən məntəqələrin izlənməsinə imkan verir.
Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzində fermerlər arasında sorğuların keçirilməsi, birbaşa məlumatların toplanması ilə ayrıca bölmə - Fermer məlumatları və bazar informasiyaları bölməsi məşğul olur.
Yeri gəlmişkən, hazırda “Fermerlərin resurslarla təminatı və bazara çıxışı problemləri” üzrə hər il keçirilən sorğuya başlanılıb. Sorğu çərçivəsində fermerlərin toxum, gübrə, pestisid, aqrotexniki xidmət, baytarlıq və bitki mühafizəsi xidmətləri ilə təminatı (resursun mövcudluğu, qiyməti və keyfiyyəti) məsələləri, suvarma suyu və örüş-otlaq sahələri ilə təminatdakı vəziyyət, habelə bazara çıxışla (nəqliyyatla təminat, yolların keyfiyyəti, məhsulun satış qiymətləri, satış yerləri və s.) bağlı məsələlər birbaşa fermerlərdən öyrənilir. Bu sorğu hər il keçirildiyindən qeyd edilən məsələlərlə bağlı dinamikanı müşahidə etmək mümkün olur, başqa sözlə, irəliləyişlərin səviyyəsi və problemlərin miqyası sistemli şəkildə müəyyən olunur.
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən fermer məlumatlarının toplanmasında CATI və CAPI sisteminə keçildi





2-11-2021, 16:20 274

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964