Qoyunların qışda saxlanma qaydaları – Fermerlərə tövsiyə


Qışda qoyunlar əlverişli havalarda otlaq, gecələr və soyuq havalarda isə qapalı tövlə şəraitində saxlanılmalıdır. Havanın temperaturu mənfi 2-5 °C olduqda, qoyunları qalın və quru döşənək üzərində saxlamaq məqsədəuyğundur. Onları rütubətli binada saxladıqda orqanizmləri zəifləyir və xəstəliklərə (dırnaq çürüməsi, pnevmoniya və s.) tez tutulur, həmçinin yunun inkişafı pisləşir, məhsuldarlığı isə aşağı düşür.

Qışda qoyunlar ölkəmizin cənub, cənub-şərq və cənub-qərb rayonlarında qışlaq yerlərində açıq havada və ya həyətdə, üç tərəfi bağlı və üstü örtülü binalarda saxlanır, gündüzlər isə otarılır.

Qışda otlaq kimi  fermaətrafı xəsillik və biçənəklərdən, yayda otarılmamış otlaqlardan, meşəətrafı sahələrdən və yovşanlıqlardan istifadə edilir.  Boğaz qoyunlar doğumun son 25 günü və doğumdan sonra  25 gün ərzində tövlə və ətraf ərazilərdə saxlanılır.
Qoyunlar səhərlər otlağa aparılmamışdan qabaq yemlənir və suvarılır, sonra otlağa aparılır. Qoyunlar bütün günü otarılmalı, axşam isə əlavə olaraq şirəli, qaba və konsentrat yemlər verilməlidir. Boğaz qoyunlar əlverişli havalarda, qarı az olan və tövlədən 1,5 km-dən uzaq olmayan sahələrdə otarılmalıdır. Əlverişli havalarda qoyunlar bütün günü otarılır, axşamlar isə xal-xalda, həyətdə və ya çardaqda saxlanır. Qoyunlar soyuq havalarda binada suvarılır və yemlənir. Yem qablarına yalamaq üçün duz qoyulur. Qoyunlar otlaqda və xal-xalda saxlandıqda onların qar üzərində uzanmasına yol verilməməlidir. Suvarmadan qabaq qoyunlara sulu-şirəli, suvarmadan sonra isə konsentrat yemlər verilməlidir. Silos təzə, meyvəköklər isə təmizlənmiş və doğranmış halda verilməlidir. Küləkli havalarda un qarışıq yemlər azacıq isladılmalıdır.
Qış-payız otlaqlarında qoyunlara qarğıdalı silosu, qaba və konsentrat yemlərin verilməsi sürünün sağlamlığını artırır, məhsuldarlığını (yun, süd) yüksəldir, heyvanların yaxşı inkişaf etməsinə səbəb olur.
Hazırda qoyunların saxlanmasında köçəri qoyunçuluq tətbiq olunur. Belə ki, qoyunlar yay otlaqlarından, payız-qış otlaqlarına və ya dağ-otlaqlarından aran otlaqlarına 200-300 km-ə qədər yol gedirlər.
Qoyunları payız-qış otlaqlarında saxladıqda, yaxud bir otlaqdan digər otlağa keçirdikdə onlar yem və su ilə təmin edilməli, soyuqdan, qardan, yağışdan, küləkdən, yoluxucu və parazitar xəstəliklərdən qorunmalıdır. Hər hansı bir otlağa keçirmək üçün isə 1-1,5 ay əvvəl lazımi hazırlıq işləri görülməlidir.
Hazırlıq işləri aşağıdakılardan ibarətdir: sürülər təşkil edilir; hər bir sürüyə çobanlar təhkim olunur, sürünün köklük dərəcəsi yoxlanır, zəif, xəstə və arıq qoyunlar ayrılır, sürü yoluxucu və parazitar xəstəliklərə görə yoxlanır, qoyunlarda peyvəndləmə və dehelmintnzasiya tədbirləri aparılır, köç marşrutu müəyyən edilir, sürünün sağlamlığı haqda lazımi sənədlər və sürünün gedişi üçün müəyyən qrafik, vaxt cədvəli tərtib edilir. Qrafik ona görə lazımdır ki, bir-birinin arxasınca gedən qoyun sürüləri baytarlıq nəzarət məntəqələrində, suvarma və yemləmə yerlərində toplanıb qalmasın. Bu yerlərdən vaxtaşırı keçən qoyun sürüləri üzərində ciddi baytarlıq nəzarəti qoyulur.
Qoyunlar bir gündə 8-12 km-dən artıq yol getməməlidir. Onlara hər 3 saatdan bir 1-1,5 saat istirahət verilməlidir. Bir yerdən başqa yerə gedən sürüyə birinci gün 10-12 saat, 10-15 gündən sonra isə 2-3 günlük istirahət verilməlidir. Dayanma məntəqələrində qoyunlar əlavə yemlənməli və suvarılmalı, zəiflərə isə konsentrat yemlər verilməlidir. Konsentrat yemləri, dərman maddələrini, yeni doğulmuş quzuları və xəstə qoyunları daşımaq üçün hər sürünün ayrıca nəqliyyatı (araba və ya yük avtomobili) olmalıdır.
Qışlaqlarda müvafiq tövlələr və ehtiyat yemlər (silos, qaba yem, arpa, qarışıq, dən və mineral yemlər) olmalıdır. Su mənbələri qaydaya salınmalıdır. Bina avadanlıqla təmin edilməli, doğum şöbəsi, quzu küzləri, yeni doğmuş qoyunlar üçün isti bölmə olmalıdır.
Otlaqlar yem bitkilərinə və yemin keyfiyyətinə görə sürülər arasında bölüşdürülür. Qışda qoyunlar üçün şoranlı və yovşanlı otlaqlar ayrılır.
Payızda və qışın başlanğıcında əvvəlcə fermadan uzaq, tez qar düşən sahələr, soyuq günlərdə isə fermaya yaxın otlaqlar otarılmalıdır. Çox soyuq, boranlı və küləkli günlərdə qoyunlar tövlələrdə, çardaqlarda, yaxud həyətlərdə yemləndirilməli və ilıq su ilə suvarılmalıdır.
Boğaz (doğuma 1 ay qalmış və doğumdan 1 ay sonra), zəif, xəstə və arıq qoyunlar isti binalarda və ya həyətlərdə yemləndirilməlidir.
Qışda qoyunları soyuqdəymə, mədə-bağırsaq xəstəliklərindən və boğaz qoyunları bala salmaqdan qorumaq üçün onların suvarılmasına düzgün əməl edilməlidir. Qışda qoyunlar günün ikinci yarısında (saat 15-16-da) qruplarla (50—60 baş) suvarılmalıdır. Təknələrdə və ya suvarma məntəqələrində suyun üzərində buz olarsa, onu qırmaq və üzərinə isti su əlavə etmək, suvarma yerlərinin ətrafını qardan təmizləmək məsləhətdir.
Qoyunlar pəyənin külək tutmayan tərəfindən çıxarılmalıdır. Qapıdan qoyunların çıxmasına çobanlar nəzarət etməli və onların hərəkətini nizamlamalıdırlar. Vaxtaşırı sürü baytar müayinəsindən keçirilməli, onların köklük dərəcəsi yoxlanmalıdır. Qotur və nekrobakterioz xəstəliyi olanlar sürüdən ayrılmalı və müalicə edilməlidir. Çobanlar qoyunların uzanmış dırnaqlarını baytarlıq mütəxəssislərinin göstərişi ilə kəsməli və onların gözlərinin üstünə düşən yunu qırxmalıdırlar. Yuna yapışan tikanlı toxumlar təmizlənməlidir.
Pəyənin sanitar-gigiyenik qaydaları gözlənilməlidir. Yüksək nəmliyə və rütubətə yol verilməməlidir. Qoyunların altına təmiz və quru döşənək səpilməlidir.
Sürülər qış düşərgələrinə gətirilməmişdən əvvəl tövlələr, xalxallar, quzu küzləri və onların ətrafı təsərrüfat sahibləri tərəfindən mexaniki təmizlənməli və ərazi baytarlıq tərəfindən qarşılıqlı müqavilə əsasında dezinfeksiya, dezinseksiya və deratizasiya edilməlidir.

15-11-2021, 12:46 445
Dünən, 19:36
Dünən, 15:19
Dünən, 15:16
Dünən, 15:13
Dünən, 07:28
Dünən, 07:12
15-05-2024, 17:55
15-05-2024, 17:52
15-05-2024, 17:45
15-05-2024, 17:42
15-05-2024, 17:37
15-05-2024, 17:17
15-05-2024, 17:16
15-05-2024, 17:14
15-05-2024, 17:06
15-05-2024, 16:25
15-05-2024, 16:22
15-05-2024, 16:21
15-05-2024, 16:20
15-05-2024, 16:19
15-05-2024, 16:17
15-05-2024, 16:08
15-05-2024, 16:02
15-05-2024, 15:57
15-05-2024, 15:15
15-05-2024, 15:11
15-05-2024, 13:43
15-05-2024, 13:41
15-05-2024, 13:39
15-05-2024, 11:28
14-05-2024, 18:46
14-05-2024, 18:43
14-05-2024, 11:40
14-05-2024, 11:30
13-05-2024, 17:49
13-05-2024, 17:47
13-05-2024, 17:39
13-05-2024, 15:14
13-05-2024, 15:14
13-05-2024, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 849