“Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə keçiriləcək


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AR-nın Mədəniyyət Nazirliyi və AR-nın Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən cari ilin 23 fevral tarixində “Yaradıcı Sənayelərdə Çağırışlar və Biznes İmkanları” mövzusunda İctimai Müzakirə təşkil olunacaqdır.

İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiyalar və innovasiyaları özündə birləşdirən yaradıcı sənayelər dünyada dinamik surətdə inkişaf edir. Ədəbiyyat və nəşriyyat, dizayn və memarlıq, musiqi, rəqs və teatr, moda və təsviri sənət, film, video və foto sənəti, oyunlar və yaradıcı texnologiyalar, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənayelər ölkədə milli gəlirlərin artmasında və məşğulluq imkanlarının genişlənməsində böyük potensial vəd edir. Xüsusilə, post-pandemiya reallıqları kontekstində, yaradıcı sənaye təmsilçiləri olan biznes subyektləri – şirkətlər, fərdi sahibkarlar və frilanserlər, eləcə də qeyri-kommersiya təmsilçiləri olan ictimai birliklər və assosiasiyarla dinləmələrin və müzakirələrin keçirilməsinə böyük ehtiyac vardır.
Bu məqsədlə keçiriləcək ictimai müzakirədə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır:
  • Post-pandemiya reallıqları, çağırışlar və yeni imkanlar, qazanılmış təcrübə və yeni texnoloji həllər;
  • Yaradıcı sənayelərin müasir biznes çağırışları (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.);
  • Dövlət-özəl təfədaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s.
 
Pandemiya ilə bağlı məhdudiyyətlərə görə tədbirdə iştirak xüsusi dəvətnamə ilədir.

22-02-2022, 16:57 149

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903