
Ucar rayonunun Qaradağlı kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.
Yaralananlardan biri – 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva – Sumqayıt şəhəri sakini olub. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.