Sumqayıtda "Qərbi Azərbaycan İrsi" kitabının təqdimatı keçirilib - FOTO

 Sumqayıt şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdən öncə iştirakçılar Heydər Əliyev adına Mərkəzi Parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra teatrın foyesində rəsm sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasına dair videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə və xüsusilə Qərbi Azərbaycan İcmasına təşəkkür edib. O bildirib ki, bu bu kitab xalqımızın yaddaşına, məcburən ayrıldığı torpaqlarla bağlı tarixi gerçəkliyə və haqqa söykənən səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov çıxışında bildirib ki, bu kitabda toplanan məlumatlar yalnız tarixi gerçəkliyin üzə çıxarılması üçün deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın mədəni dəyərlərini yaşatmaq məqsədi daşıyır. O əlavə edib ki, bu cür tədbirlər Qərbi azərbaycanlıların geri dönüş əzmini daha da gücləndirir.

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov çıxışında “Qərbi Azərbaycan İrsi” kitabını ciddi elmi-tədqiqat əsəri kimi dəyərləndirib. Onun sözlərinə görə, bu nəşr tarixi ədalətin bərpası, azərbaycanlıların soy-kökünün sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Xalid Novruzov öz çıxışında qeyd edib ki, təqdim olunan kitabda yer alan sənədlər, fotoşəkillər və arxiv materialları sübut edir ki, Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irs məqsədyönlü şəkildə məhv edilib. O, bu nəşrin beynəlxalq hüquq baxımından da əhəmiyyətli sənəd olduğunu vurğulayıb.

Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov çıxışında vurğulayıb ki, kitabda təqdim olunan faktlar, xəritələr və arxiv materialları Ermənistanda azərbaycanlılara qarşı aparılan mədəni soyqırımı aydın şəkildə göstərir. O qeyd edib ki, bu işlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və yaxın gələcəkdə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdacağına dərin inam yaradır.

Tədbirdə çıxış edən natiqlər yekdilliklə bildiriblər ki, “Qərbi Azərbaycan İrsi” nəşri yalnız keçmişin sənədləşdirilməsi deyil, həm də gələcəyə hesablanan milli yaddaş layihəsidir. Bu kimi təşəbbüslər Qərbi Azərbaycana qayıdış arzularının reallığa çevrilməsi yolunda mühüm addımlardır.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.

 

 

 

 

 

 

30-07-2025, 12:16 266

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060