III ŞUŞA QLOBAL MEDİA FORUMU – QƏTİYYƏTİN DAHA BİR ADI

 Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Bütün hallarda verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və hökmlü siyasətindən zəmin alırdı. Eyni zamanda təcrübədən keçən nəzəri baxış və dünyagörüş amilini də unutmamalıyıq. Belə mövqe ölkə başçısının Ukraynadan olan jurnalistin sualını cavablandıran zaman bir daha sərgiləndi. Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “siz... Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”.
Düşünürəm ki, ölkə başçısı, cənab İlham Əliyev bununla əslində Azərbaycanın ölkə olaraq duruşuna diqqət çəkdi, özünün lider kimi qətiyyətini bir daha meydana qoydu. Bu, sadəcə Azərbaycan Prezidentinin işğal faktoruna münasibətidir. Ona qalsa, Azərbaycan bütün hallarda başqa xalqlarla dostluq və əməkdaşlıq prinsipi əsasında körpülər qurur. Məsələn, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir. Yaxud Rusiya-Ukrayna arasında müharibə başlamazdan bir neçə gün əvvəl, 2022-ci il, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” də imzalayıb. Həmin sənəddə siyasi, iqtisadi və daha bir çox sahədə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Buna baxmayaraq, meydanda işğal faktoru varsa, otuz ilə yaxın müddətdə bunun əziyyətini çəkən lider olaraq, həssaslıq və qətiyyət nümayiş etdirməsi təbiidir. Bu cavabdan kimlərinsə rəncidə olması isə artıq onların öz işləridir. Azərbaycan Prezidenti bütün sözlərini nəzərə alaraq səsləndirir. Yəni o mövqedən çıxış edərək səsləndirir ki, arxa fonda bunun əyani nümunəsi görünsün. Elə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də Azərbaycanın ötən əsrin 90-cı illərində üzləşdiyi çətin və kataklik dönəmlərə vurğu salmağı nahaq deyildi. Prezident bununla demək istəyirdi ki, biz bütün gərginlikləri aşaraq məqsədimizə doğru irəlilədik. Əgər işğalla barışsaydıq, baş verənlərə, itki və faciələrə inadlı şəkildə dözüb davam gətirərdikmi? Prezidentin tövsiyəsi bu mənada, keçilmiş tale yoluna, aşılan çətinliklərin miqyasına güvənilərək söylənən, uğurlu taktiki gedişə əsaslanan və ən əsası, Azərbaycan xalqının və onun liderinin obrazını simvolizə edərək meydana qoyulan yaxşı düşünülmüş cavab idi.

ELNARƏ AKİMOVA
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

21-07-2025, 18:26 302

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102