Sumqayıtda 3 ildir kanalizasiya yalanı: Qurd dərəsində borular yox, səbir daşır


Sumqayıt şəhəri, Saray bağları, Qurd dərəsi massivi – Bu ərazidə yaşayan sakinlər artıq 3 ildir ki, kanalizasiya problemi ilə baş-başadır. Hər dəfə eyni cavab: “Layihə hazırlanır”.
Bu haqda Sumqayit.tv-yə daxil olan kollektiv şikayətdə bildirilir ki, Ruhulla Axundov küçəsi 50 ünvanında, Murad marketin 150 metr aşağısında yerləşən ərazidə yaşayanlar dəfələrlə “Azərsu” ASC-yə və Sumqayıt şəhəri Bağlar Sukanal İdarəsinə yazılı və telefonla müraciətlər etsələr də, real nəticə yoxdur.
Sakinlərin dediyinə görə, hər dəfə şikayətdən sonra simvolik olaraq bir neçə kanalizasiya borusu gətirilir, yollara düzülür, lakin günlər sonra heç bir iş görülmədən yenidən aparılır. Bu isə əhali arasında aldadılma və məsuliyyətsiz davranış təəssüratı yaradır.
Kanalizasiya sisteminin olmaması səbəbindən ətrafda çirkab sular, natəmiz axıntılar, pis qoxular əmələ gəlir. Bu, uşaqların və yaşlıların sağlamlığı üçün birbaşa təhlükədir.
“Artıq səbir kasamız daşır. Hər dəfə ‘layihə hazırlanır’ bəhanəsi ilə illərlə süründürülürük. Əgər layihə varsa, nə zaman həyata keçiriləcək? Yoxdursa, niyə bizə yalan məlumat verilir?”-deyə, sakinlər bildiriblər.
Sumqayit.tv olaraq bu şikayəti işıqlandırdıq. Ümid edirik ki, rəsmi qurumlar çağırışa cavab verəcəklər.
Mənbə: Sumqayit.tv

28-07-2025, 14:23 306

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041