Sumqayıt Bələdiyyəsi sakinlərin rahatlığı üçün abadlıq işlərini davam etdirir-FOTOLAR

 Sumqayıt şəhərində əhalinin rahatlığının və istirahət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilən abadlıq və təmizlik işləri planlı şəkildə davam etdirilir.

Hazırda şəhərin sevilən istirahət məkanlarından biri olan "Bələdiyyə parkı"nda genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilir. Park ərazisi alaq otlarından, daş-kəsəklərdən təmizlənib, uzun müddətdir baxımsız vəziyyətdə olan və təhlükə yaradan saralmış sarmaşıqlar, kolluqlar tam şəkildə sökülərək utilizasiya olunub. Görülən tədbirlər nəticəsində ərazidə səliqə-sahman yaradılıb, park yenidən abad hala salınıb.

Qeyd edək ki, Sumqayıt Bələdiyyəsi il ərzində şəhərin müxtəlif nöqtələrində ekoloji və sosial məsələlərin həllinə yönəlmiş tədbirləri ardıcıl şəkildə həyata keçirməyi planlaşdırır. Sakinlərin daha rahat və təmiz mühitdə yaşamaları üçün bu istiqamətdə işlər diqqət mərkəzində saxlanılır.

Bələdiyyə rəsmilərinin bildirdiyinə görə, bu tipli abadlıq işləri təkcə parklarla məhdudlaşmayacaq, eləcə də bağça, məktəb, yaşayış massivləri və ictimai əraziləri də əhatə edəcək. Məqsəd – şəhərin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılması və əhalinin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Sumqayıt Bələdiyyəsi sakinlərin də bu prosesdə fəal iştirakı və ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.

 

 

29-07-2025, 10:27 221

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102