Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müxtəlif mükafatlar qazanıblar



19-20 fevral 2022-ci il tarixdə İsveçin Stokqolm şəhərində onlayn formatda keçirilən “AURORA” ifaçılıq və bədii sənət üzrə II Beynəlxalq müsabiqə-festivalda Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri 2 nominasiya üzrə: Xalq artisti Yusif Qasımovun yetirmələri olan akademiyanın orta ixtisas (kollec) tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı milli rəqs nominasiyasında, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın yetirmələri olan tam orta məktəbin şagirdləri Əmirsalamova Şirin, Bernadina Liana, Dəmirova Leyla klassik rəqs nominasiyasında iştirak ediblər. Klassik rəqs nominasiyasında D.Minkusun “Amurlar”, L.Delibin “Pyatsekato” əsərlərindən Pas-deux-trois ilə çıxış edən Bernadina, Əmiraslanova və Dəmirova I dərəcəli Laureat, “Cəngi” və “Cıdır düzü” rəqs nömrələri ilə müsabiqəyə qatılan akademiyanın “Bakının ulduzları” rəqs ansamblı isə müsabiqənin Qrand-Prix mükafatına layiq görülmüşdür.
Müsabiqədə Azərbaycan Respublikasından yalnız Bakı Xoreoqrafiya Akadmiyası iştirak edirdi, bununla yanaşı Rusiya Federasiyası, Norveç, Belorusiya, Niderland, Tatarstan, Özbəkistan, İsveç, Finlandiya, Fransa kimi ölkələrdən (ümumilikdə 18 ölkədən) iştirakçılar qatılmışdılar.
Müsabiqənin əsas məqsədi və amalı yaxın və uzaq xarici ölkələrlə mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi, mədəni mübadilənin aktivləşdirilməsi, festival iştirakçıları arasında onlayn formatda ünsiyyət üçün yaradıcı mühitin yaradılması, onlayn formatda qarşılıqlı əlaqə, təcrübə mübadiləsi üçün şəraitin yaradılmasıdır.

4-03-2022, 13:12 274
Bu gün, 14:11
Bu gün, 14:05
Bu gün, 14:04
Bu gün, 14:03
Bu gün, 14:00
Bu gün, 13:59
Bu gün, 13:58
Bu gün, 11:15
Bu gün, 09:30
Bu gün, 07:18
Dünən, 13:10
Dünən, 12:34
Dünən, 11:48
Dünən, 11:24
Dünən, 11:08
Dünən, 11:05
Dünən, 11:03
17-04-2024, 18:25
17-04-2024, 18:23
17-04-2024, 14:17
17-04-2024, 13:53
17-04-2024, 13:45
17-04-2024, 13:43
17-04-2024, 13:41
17-04-2024, 13:35
17-04-2024, 12:15
17-04-2024, 12:06
17-04-2024, 12:04
17-04-2024, 12:02
17-04-2024, 11:55
17-04-2024, 11:53
16-04-2024, 19:30
16-04-2024, 16:53
16-04-2024, 16:51
16-04-2024, 13:35
16-04-2024, 13:28
16-04-2024, 11:42
16-04-2024, 11:40
16-04-2024, 11:34
16-04-2024, 11:25
1 2 3 4 5 6 7 8 9 10 ... 836