
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən umumtəhsil müəssisələrinin XI sinifləri üzrə qızıl və gümüş nişana namizəd məzunların statistikası açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, cari tədris ilində region üzrə ümumilikdə 42 məzun qızıl və gümüş nişana namizəd olub. Onlardan 30 nəfəri qızıl, 12 nəfəri isə gümüş nişana namizəddir.
Məzunların məktəblər üzrə bölgüsü aşağıdakı kimidir:
Təbiət Elmləri Təmayüllü Gimnaziya: 15 qızıl, 3 gümüş (ümumi 18 məzun);
Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb: 6 qızıl, 5 gümüş (ümumi 11 məzun);
Təbiət Elmləri Təmayüllü Lisey: 2 qızıl nişan namizədi;
Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəb: 1 qızıl, 1 gümüş nişan namizədi;
Sumqayıt şəhəri 35 nömrəli tam orta məktəb: 2 qızıl nişan namizədi;
Xırdalan şəhəri 5 nömrəli tam orta məktəb: 1 qızıl, 1 gümüş nişan namizədi;
Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəb: 1 qızıl nişan namizədi;
Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb: 1 qızıl nişan namizədi;
Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəb: 1 qızıl nişan namizədi;
Masazır qəsəbə 4 nömrəli tam orta məktəb: 1 gümüş nişan namizədi;
Masazır qəsəbə 2 nömrəli tam orta məktəb: 1 gümüş nişan namizədi.
Statistikaya əsasən, qızıl və gümüş nişan namizədlərinin böyük hissəsi Sumqayıt şəhərindəki təhsil müəssisələrinin payına düşür.
Bu gün, 15:03
36